Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elm və təhsilin inteqrasiyasında yeni mərhələ

Elm və təhsilin inteqrasiyasında yeni mərhələ

Bakı, 28 iyul, AZƏRTAC

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli Fərmanından sonra ölkəmizdə elm və ali təhsil sahəsində qarşılıqlı əlaqələrin tənzimlənməsi və istiqamətləndirilməsi sahəsində yeni bir mərhələ başlanıb. Keçən dövr ərzində Azərbaycan Milli Elmlər Akademiyası da, Elm və Təhsil Nazirliyi də dövlətimizin başçısının Fərmanından irəli gələn məsələlərin həll edilməsi üçün qarşılıqlı əlaqə şəraitində mühüm addımlar atıblar.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəylinin “Elm və təhsilin inteqrasiyasında yeni mərhələ” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Elm və Təhsil Nazirliyinin strukturuna daxil olmuş elmi-tədqiqat institutlarının mövcud idarəetmə sistemindəki yerinin, mövqeyinin və imkanlarının müəyyən edilməsi, habelə ölkəmizin ali məktəblər şəbəkəsi ilə əlaqələrinin yenidən qurulması üzrə apardığı səmərəli elmi-təşkilati iş bu mərkəzi icra hakimiyyəti orqanının fəaliyyətinin əhəmiyyətli bir başlanğıcı olub. Eyni zamanda, AMEA elm və ali təhsil mühiti üçün keçid dövrü olan bu prosesdə artıq yeni struktur daxilində fəaliyyətini davam etdirir, elmi-tədqiqat institutlarının AMEA ilə Elm və Təhsil Nazirliyi arasındakı münasibətlərinin tənzimlənməsi və elmi kollektivlərin ölkəmizin təhsil sisteminə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə bir sıra mühüm addımlar atıb. Beləliklə, müvafiq Fərmanın davamlı icrası üçün etibarlı bir təməl formalaşdırılıb. Həmin proses nəinki akademik qurumların fəaliyyətinin təhsil sferası ilə uzlaşdırılmasında, hətta uzun illər yanaşı qurumlar kimi işini davam etdirmiş AMEA ilə Elm və Təhsil Nazirliyinin əlaqələrinin yenidən qurulmasında mühüm addıma çevrilib.

Bütün bunlarla bərabər, Azərbaycan Respublikasının elm və təhsil mühitində baş vermiş yeni reallıq bundan sonrakı inkişafın tənzimlənməsi, idarə olunması və istiqamətləndirilməsi üçün mövcud inkişaf proseslərini və perspektiv inkişafı müəyyən edən dövlət səviyyəsində qəbul edilmiş direktiv sənədlərin, yeni qaydaların qəbul edilməsi zərurətini meydana çıxarıb. Bu baxımdan Prezident İlham Əliyevin 2023-cü il iyulun 24-də təsdiq etdiyi “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil Agentliyinin Əsasnaməsi” ölkəmizin elm və ali təhsil şəbəkəsinin yenidən təşkil olunmasının təmin edilməsi baxımından mühüm əhəmiyyətə malik olan dövlət sənədidir. Əsasnaməsi bu sahədə mövcud dünya təcrübəsinin müddəalarının nəzərə alınması və ən başlıcası isə elm və ali təhsil sahəsində ölkəmizin reallıqlarının və perspektiv inkişafının əsas kimi qəbul edilməsi prinsipləri əsasında hazırlanmış əhəmiyyətli bir yol xəritəsidir. Belə ki, Əsasnamədə ali təhsil sistemi ilə əlaqədar öz əksini tapmış mühüm vəzifələr respublikamızda universitet təhsilinin yeni mərhələyə çıxarılmasına hüquqi təminat verən, geniş yol açan, bələdçilik edən müddəalardır. Bundan başqa, Əsasnamədəki elm və ali təhsil haqqındakı müddəalar universitetlərin və elmi-tədqiqat institutlarının nizamnamələrinin də mahiyyətini və əhatə dairəsini müəyyənləşdirməyə imkan verir.

Elm və Təhsil Nazirliyi yanında Elm və Təhsil üzrə Dövlət Agentliyinin Əsasnaməsi bu mərkəzi icra hakimiyyəti orqanının tabeliyində olan elmi-tədqiqat institutlarının fəaliyyətinin müasir tələblər səviyyəsində tənzimlənməsinə və istiqamətləndirilməsinə təminat verən müddəalar kimi mühüm əhəmiyyətə malikdir. Əsasnamədə ana maddələr kimi yer almış “elm və təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi üçün tədbirlər görmək”; “elmi fəaliyyətlə tədris prosesinin inteqrasiyasını təmin etmək”; “elm və təhsil müəssisələrində nəticəyönlü, şəffaf və səmərəli idarəetmə modelini formalaşdırmaq və bu prosesdə müasir idarəetmə texnologiyalarından istifadə etmək”; “elm və təhsil müəssisələri ilə xarici elm və təhsil müəssisələri arasında mübadilə proqramlarını həyata keçirmək” və sair kimi müddəalar hazırkı mərhələdə təhsil sferasında elmi tədqiqat mühitini formalaşdırmağa və inkişaf etdirməyə geniş və münbit şəraitin yaradılmasına xidmət edir. Fikrimizcə, qeyd edilən müddəalar hər biri ayrılıqda elm və ali təhsil mühitinin inkişaf etdirilməsi üçün zəruri olan fərqli bir istiqamətin yenidən qurulmasına, təkmilləşdirilməsinə və inkişaf etdirilməsinə yol açır. Həmin müddəaların işığında elmin və təhsilin müasir mərhələdəki əsas problemlərini təhlil edib qiymətləndirmək və inkişaf etdirmək üçün əməli addımlar atmaq mümkündür.

Diqqətəlayiq cəhətlərdən biri də ondan ibarətdir ki, həmin Əsasnamədə elm və təhsilin qarşılıqlı inteqrasiyası məsələsinə xüsusi fikir verilib. Çünki uzun illər ərzində ölkəmizdə yanaşı qurumlar kimi fəaliyyət göstərmiş AMEA ilə Təhsil Nazirliyi dövründə elm və təhsilin inteqrasiyası pərakəndə şəkildə aparılıb, tərəflərin arzusu və ya fərdi təşəbbüsləri sayəsində təşkil olunub. Halbuki elmi nailiyyətlərinin, mühüm elmi nəticələrin ölkəmizin ali və orta təhsil proseslərinə daha çevik və fəal şəkildə daxil olması, dərsliklərdə və proqramlarda öz əksini tapması, əsas meyarlardan birinə çevrilməsi müstəqil Azərbaycanda geniş dünyagörüşünə, ən yeni elmi-texnoloji bacarıqlara və vərdişlərə yiyələnmiş yeni nəsillərin yetişdirilib hazırlanmasına mühüm töhfə verə bilər. Elmin və tədrisin, təhsilin əlaqələndirilməsi, eyni zamanda, ali təhsil mühitindən müasir təfəkkürə və yüksək intellektual xüsusiyyətlərə malik gənc qüvvələrin elmi qurumlara gəlməsinə fərqli bir imkan açar. Nəticədə elm və təhsilin inteqrasiyası ölkəmizdə tam yeni təfəkkürə, ən müasir bacarıqlara, zəngin ideya-mənəvi xüsusiyyətlərə malik gənc nəsillərin yetişib formalaşdırılmasına, idarəetmə proseslərində özünəməxsus yer tutmasına geniş meydan açacaq. Yeni yaradılmış Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin qarşısında duran əsas vəzifələrdən biri də məhz bundan ibarətdir. Agentliyin Əsasnaməsində verilmiş “elm və təhsil müəssisələrində aparılan elmi tədqiqatların müasir standartlar səviyyəsinə çatdırılmasına, elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində və istehsalatda tətbiqinə kömək göstərmək, elmi informasiya sisteminin gücləndirilməsi, beynəlxalq elmi əlaqələrin dərinləşdirilməsi sahəsində tədbirləri təşviq etmək” kimi hüquqi cəhətdən əsaslandırılmış müddəaların “Agentliyin vəzifələri” maddəsində xüsusi yer tutması nəinki elm və ali təhsil sahəsində mövcud boşluqları aradan qaldırmağa kömək edəcək, hətta bu istiqamətdəki addımların ölkədaxili qarşılıqlı elmi əlaqələr səviyyəsindən dünya elm və təhsil mühiti ilə münasibətlərin yenidənqurulması və daha da inkişaf etdirilməsi mərhələsinə çatdırılmasına sanballı töhfələr verəcək. Bu isə öz növbəsində, həm ali təhsil sistemində, həm də AMEA mühitində yeni bir canlanmaya təkan vermək, yeniləşmə meyillərini qüvvətləndirmək imkanlarına malik olan addımların atılmasını təmin etmək deməkdir. Deməli, elm və təhsilin inteqrasiyasının təmin olunması Elm və Təhsil Nazirliyi və onun tabeliyində olan elmi müəssisələr üçün olduğu kimi, AMEA üçün də faydalı və əhəmiyyətli faktorlardır. Prezident İlham Əliyevin 2023-cü il 24 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Elm və Təhsil Nazirliyi yanında Elm və Təhsil üzrə Dövlət Agentliyinin Əsasnaməsi” ölkəmizdə elm və təhsil qurumlarının vahid amal naminə qarşılıqlı əlaqə şəraitində fəaliyyətlərini davam etdirmələrinə təminat verir və qarşıda yeni üfüqlər açır, ən müasir trendlərə və hədəflərə çatmağa zəmanət verir.

Hazırda üzərində son təkmilləşdirmə işləri gedən AMEA-nın Nizamnaməsi də öz növbəsində ölkəmizdə elm və təhsil sahəsində qarşılıqlı etimad mühitinin və birgə fəaliyyətin təmin olunmasına xidmət edən müddəalar üzərində formalaşdırılıb. Təklif olunan Nizamnamə mətnində akademik elmi qurumun davamlı və dayanıqlı ənənələrinin yaradıcı şəkildə inkişaf etdirilməsi ilə yanaşı, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetməni təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli Fərmanından irəli gələn müasir reallıqlar öz əksini tapıb. Bu mənada yeni Nizamnamə müasir tarixi şəraitdə AMEA-da yenidən təşkilatlanmanı və bu elmi qurumda islahatların həyata keçirilməsini tənzimləməklə bərabər, elm və təhsilin qarşılıqlı şəkildə inkişaf etdirilməsinə də geniş yol açır. Bütün bunlar öz növbəsində hazırda qüvvədə olan “Təhsil haqqında”, “Elm haqqında” qanunlarda da müvafiq dəyişikliklərin edilməsi zərurətini meydana çıxarır. Qanunvericilik sənədlərində aparılacaq təkmilləşmə və yeniləşmələr son nəticədə Azərbaycanda elmin və təhsilin zamanın çağırışlarına uyğun olaraq yenidən qurulmasına, müasirləşdirilməsinə, modernləşdirilməsinə səbəb olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək