REGİONLAR
Fransanın tanınmış yazıçısı Xınalıqda
Quba, 2 avqust, Elxan Yusifli, AZƏRTAC
Fransanın tanınmış yazıçısı Jerar Kardon dünyanın ən yüksək yaşayış məntəqələrindən biri sayılan Quba rayonunun Xınalıq kəndinə ekskursiya edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən kəndə gələn tanınmış yazıçı Xınalığın tarixi, yerli əhalinin adət-ənənələri və yaşam tərzi ilə maraqlanıb.
İki gün Qubada olan Jerar Kardon dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbə, Quba Soyqırımı Memorial Kompleksi və rayonun digər görməli yerləri ilə tanış olub.
Strasburq şəhərində fəaliyyət göstərən Beynəlxalq Reyn dərnəyinin prezidenti, Elzas Universitetində mühazirələr oxuyan, Fransanın bir çox ali dövlət mükafatlarına layiq görülmüş Jerar Kardonun humanitar məsələlər, dünyada qadın hüquqları, habelə münaqişələrə dair onlarla əsəri müxtəlif dillərə tərcümə olunub.
1935-ci ildə anadan olan fransız yazıçısı humanitar məsələlərin və qadın haqlarının müdafiəsi ilə bağlı 40-dək kitabın müəllifidir.