“Gəncənin səsi” qəzetinin 90 illiyi qeyd edilmişdir
Gəncə, 9 dekabr (AZƏRTAC). Respublikamızda ən qocaman mətbu orqanı olan “Gəncənin səsi” şəhər qəzetinin 90 yaşı tamam olmuşdur.
Bu münasibətlə Azərbaycan Dövlət Aqrar Universitetinin akt zalında təntənəli yubiley mərasimi keçirilmişdir.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Ələkbərov qəzetin tarixindən, onun təbliğatçılıq, təşviqatçılıq, eləcə də təşkilatçılıq missiyasından danışmışdır. Natiq 1920-ci ildə “Qırmızı Gəncə” adı ilə nəşrə başlayan, sonralar “Zərbə”, “Kirovabad bolşeviki”, “Kirovabad fəhləsi”, “Kirovabad kommunisti” və nəhayət, “Gəncənin səsi” adı ilə fəaliyyət göstərən qəzetin redaksiya kollektivinə gərgin və şərəfli işlərində uğurlar arzulamışdır.
Sonra Azərbaycan Dövlət Aqrar Universitetin rektoru, professor Mirdamət Sadıqov çıxış edərək şəhərdəki ali təhsil müəssisələrində çalışan alimlərin sevimli tribunası olduğunu diqqətə çatdırmış və redaksiyanın fəaliyyətinə alimlərin töhfəsi olaraq bir dəst kompyuter hədiyyə etmişdir.
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri, professor İsrafil İsmayılov, AMEA-nın müxbir üzvü Fuad Əliyev və başqaları çıxış edərək yubiley münasibətilə redaksiya kollektivinə ən xoş arzularını bildirmişlər.
Qəzetin baş redaktoru, yazıçı-jurnalist Rəfiqə Sadıqova onların əməyinə verdikləri qiymətə görə ölkə başçısına və şəhər rəhbərliyinə minnətdarlıq etmişdir.
Yubiley tədbiri musiqi kollektivlərinin rəngarəng konsert proqramı ilə başa çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayıb
- 07.02.2026 [23:20]
İsmayıllıda istirahət mərkəzində baş verən yanğın söndürülüb-YENİLƏNİB
- 07.02.2026 [22:36]
Azərbaycan pəhləvanı Türkiyədə qar üzərində güləş turnirinin qalibi olub
- 07.02.2026 [21:06]
Rusiya Ermənistan AES-də yeni enerji bloku tikmək niyyətindədir
- 07.02.2026 [20:59]
Azərbaycan cüdoçusu “Böyük Dəbilqə” turnirinin qalibi olub
- 07.02.2026 [20:55]
Ermənistan XİN-də Azərbaycan ilə sülh sazişi müzakirə olunub
- 07.02.2026 [20:41]
Güləş üzrə U-20 Azərbaycan çempionatı başa çatıb
- 07.02.2026 [19:36]
“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu finala vəsiqə qazanıb
- 07.02.2026 [19:05]
Bolqarıstan Sosialist Partiyasının sədri istefa verib
- 07.02.2026 [18:57]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 07.02.2026 [17:10]
“Savadlı danışıq, xəbər dilində məsuliyyət” - təlim
- 07.02.2026 [17:01]
Sudanda silahlıların hücumu nəticəsində 24 nəfər həlak olub
- 07.02.2026 [16:17]
Tərtər sakini narkotikə görə həbs olunub
- 07.02.2026 [15:48]
Naxçıvanda Tumbul kəndinə qazın verilişi müvəqqəti dayandırılacaq
- 07.02.2026 [15:38]
Nazir: Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır
- 07.02.2026 [15:32]
Şəmkirdə ötən il baş vermiş qətlin üstü açılıb
- 07.02.2026 [15:30]
Səudiyyə Ərəbistanı Suriya ilə yeni investisiya müqavilələri imzalayacaq
- 07.02.2026 [15:24]
İşsizlik müavinətinin azaldılması finlərin gəlirlərini aşağı salıb
- 07.02.2026 [15:09]
AAYDA-nın İdarə Heyətinin yeni sədri kollektivə təqdim edilib
- 07.02.2026 [14:22]
Astarada torpaq sürüşməsi: Pensərçayda beton bəndlər çöküb
- 07.02.2026 [12:50]
Sabahın hava proqnozu açıqlanıb
- 07.02.2026 [12:44]
Şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
- 07.02.2026 [12:38]
Türkiyə Suriyanın enerji sektoruna investisiyalarda həlledici rol oynayacaq
- 07.02.2026 [12:09]
Rusiya yenidən Ukraynanın enerji obyektlərinə kütləvi hücuma keçib
- 07.02.2026 [12:01]
İsveçdə immiqrasiya qaydalarının geri tarixlə tətbiqi planlaşdırılır
- 07.02.2026 [11:50]
Şeyxülislam Allahşükür Paşazadə Vatikana səfər edəcək
- 07.02.2026 [11:24]
Salyan sakini itkin düşüb
- 07.02.2026 [11:13]
Azərbaycan neftinin qiyməti 70 dolları ötüb
- 07.02.2026 [11:07]
FHN: Daha bir qanunsuz tikili sökülüb
- 07.02.2026 [10:41]
DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb
- 07.02.2026 [10:30]
Albaniya Baş nazirinin müavini məhkəmə qərarı ilə vəzifədən uzaqlaşdırılıb
- 07.02.2026 [10:11]
Yol polisi: Yollarda diqqətsizlik ağır nəticələrə yol aça bilər
- 07.02.2026 [09:35]
ABŞ BMT-yə üzvlük haqqını ödəyəcək
- 07.02.2026 [09:04]