CƏMİYYƏT
Gömrük nəzarətindən gizlədilən mobil telefonlar aşkarlanıb
Bakı, 7 fevral, AZƏRTAC
Gömrük nəzarətindən gizlədilən mobil telefonlar aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının “VAZ 21074” markalı minik nəqliyyat vasitəsi saxlanılıb və sürücü şifahi sorğu-sual olunub. Bu zaman o, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük yoxlaması zamanı onun idarə etdiyi avtomobilin salonunda gizlədilən 3 ədəd “iPhone 11”, vətəndaşın üzərindən isə 1 ədəd “iPhone 11 Pro” markalı mobil telefon aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.