Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvi və musiqi

Bakı, 21 may (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun Qafqaz Albaniyası memarlıq və incəsənəti şöbəsinin böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sehranə Kasimi qədim musiqi mədəniyyətimizin tədqiqi ilə məşğuldur.

Alimin AZƏRTAC-a təqdim etdiyi “Məhsəti Gəncəvi yaradıcılığında musiqinin rolu” sərlövhəli yazısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 17 yanvar tarixli Sərəncamı ilə yaradıcılığının 900 illik yubileyi dövlət səviyyəsində qeyd edilən böyük Azərbaycan şairəsi Məhsəti Gəncəvinin irsinin daha bir səhifəsinə aydınlıq gətirmişdir.

AZƏRTAC alimin yazısını təqdim edir:

- XII əsr Azərbaycan tarixinə qədim Gəncənin əsl intibah dövrü kimi daxil olmuşdur. Xüsusən Atabəylər sülaləsi şair və sənətkarlara, musiqiçilərə hamilik edirdi. Gəncənin intibah dövrünün əvəzsiz incisi olan “Dar-əl-Kütüb” kitabxanası bu şəhərdə ədəbi mühitin yaranmasına güclü təkan vermişdir.

Belə bir mühitdə böyümüş qüdrətli şairə Məhsəti Gəncəvinin həyatı barədə məlumatlar, əsasən əlyazma nüsxələri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda, İstanbulda, Londonda saxlanan və XIII əsrə aid edilən “Məhsəti və Əmir Əhməd” dastanından götürülmüşdür. Azərbaycan ədəbiyyatşünaslarının son tədqiqatları göstərir ki, dastanın müəllifi XIII əsrdə yaşamış Azərbaycan şairi və alimi Abdulla Cövhəri Zərgər Təbrizidir və buradakı qəhrəmanlar, o cümlədən şair Əmir Əhməd, Gəncə şahı Sultan Məhəmməd və II Gəncə şahı Sultan Mahmud real şəxsiyyətlərdir.

Həmin əsrdə Nizami Gəncəvi ilə bərabər, adı dillər əzbəri olmuş ilk qadın şairə Məhsəti Gəncəvinin yaradıcılığı da müasirləri tərəfindən sevilmiş, əsərləri bu günümüzə qədər gəlib çatmışdır. Məhsəti Gəncəvi - XII əsrdə yaşamış mənşəcə Azərbaycan türklərindən olan şairə, sufi Əxi təriqətinin üzvü olmuşdur. Onun əsl adı Mənicə idi. Deyilənlərə görə, Bəlx şəhərində yaşayan bir ilahiyyat aliminin qızı olan Mənicə 18 yaşına çatanda atası onu musiqi xadimlərinin yanına apararaq 12 muğam və 24 şöbəni öyrətmələrini xahiş edir. O, həmçinin xahiş edir ki, ustadlar qızına cəng, ud, qanun, bərbət və digər simli alətlərdə çalmağı öyrətsinlər. Məhsəti adı onun təxəllüsü olmuşdur. O, həm şairə, həm şahmatçı, həm də musiqiçi kimi böyük qüdrət və istedad sahibi idi. Bu böyük şəxsiyyətin musiqi sahəsindəki fəaliyyəti haqqında bir çox tarixi faktlar vardır.

Şairənin həyatı üçün əsas mənbə yuxarıda qeyd etdiyimiz kimi, muzeylərdə saxlanılan “Məhsəti və Əmir Əhməd dastanı”dır. Dastanın qısa məzmunu belədir: Bəlx şəhərində yaşayan bir ilahiyyat aliminin qızı olur. O, uşağın taleyinə baxdırmaq üçün münəccimlərə müraciət edir. Ulduzlar qızın böyük gələcəyindən, xalqın rəğbət və məhəbbətini qazanacağından xəbər verirlər. Həmçinin məlum olur ki, qızın taleyi xərabat (içki içilən yer, meyxana) ilə bağlı olacaqdır. Atası qızını tərbiyə olunmaq üçün məktəbə verir. On səkkiz yaşına qədər burada oxuyan qız yaxşı təhsil görür. Bundan sonra atası qızını mütəxəssislərin yanına apararaq ona 12 muğamı və bunların 24 şöbəsini öyrətmələrini xahiş edir. O, həmçinin xahiş edir ki, musiqiçilər qıza cəng, ud və bərbət alətlərində çalmağı öyrətsinlər. Camaat heyrətlə ondan soruşur: “Bu necə olan şeydir? Sən əvvəl qızına yaxşı təhsil verir, ona Quranı öyrədirsən, sonra isə onu rəqqasəliyə hazırlayırsan? Yoxsa sən istəyirsən ki, qızın azğın və əxlaqsız olsun?” Ata cavab verir ki, əgər onun alnında xərabata düşmək varsa, qoy buna da hazır olsun.

Atasının vəfatından sonra Məhsəti Gəncəyə köçür və Xərabat məhəlləsində yaşayır.

Dastandan da göründüyü kimi, artıq 20 yaşında Məhsəti öz savadı, gözəlliyi, məlahətli səsi və poetik istedadı ilə müsəlman dünyasının bir çox ölkələrində nüfuz və rəğbət qazanmışdır. Sonralar Məhsətinin həyatında mühüm rol oynayan Əmir Əhməd Xərabat məhəlləsinə Məhsətinin yanına gəlir və onu 40 incəbel qızın əhatəsində görür. Onlar ney, qanun, dəf çalır, rəqs edirdilər. Məhsəti qızlara musiqi dərsi keçirdi. Burada Məhsəti mükəmməl bir şairə olmaqdan əlavə həm də bir musiqi müəlliməsi kimi, bir bəstəkar kimi göstərilir.

Londonda saxlanılan, XII əsrə aid edilən dastanda isə yazılır ki, artıq 20 yaşında olan Məhsəti Gəncəvi öz savadı, gözəlliyi, məlahətli səsi və dərin istedadı ilə müsəlman dünyasının bir çox ölkələrində rəğbət və nüfuz qazanmışdır. Gəncənin Xərabat məhəlləsində yaşayan Məhsətinin səsini dinləmək üçün uzaqdan-yaxından axın-axın insanlar buraya gəlirdilər. Onu hazırcavab, bədahətən şeir deməyi bacaran bir şairə kimi tanıyırdılar.

Məhsəti Gəncəvini Azərbaycanın ilk görkəmli qadın bəstəkarı, musiqiçisi və gözəl, məlahətli səsi olan müğənnisi, ilk qadın şahmatçısı kimi gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur. Onun həyatı rəvayətlər, dastanlarla zəngindir. Məhsəti Gəncəvinin həyatı musiqi və rəqs məclislərində keçmişdir. O, rəqs, qanun və digər simli musiqi alətlərindən dərs deyirdi.

Məhsəti tarixi şəxsiyyətdir. Onun ərəb, fars dillərində yazılan məşhur rubailəri, kövrək duyğulu poetik tərənnümləri müsəlman intibahının nadir inciləridir. O, Yaxın Şərq qadın şairlərinin təmsilçisi olmuşdur. Onun bir rübaisində deyilir:

Səndən ayrılmama tədbir tökdülər,

Hicrində belimi iki bükdülər.

Hədər olmazmı bu çalışdıqları,

Sabah biz səninlə qovuşsaq əgər?

Onun rübailərindəki bu axıcılıq, dərin hikmət, nikbinlik, humanizm Məhsətinin incə, həssas qəlbli bir şairə olduğunu göstərir. Həmçinin şeirlərindəki bu axıcılıq onun necə gözəl musiqi duyumu olduğuna da sübutdur.

Rus akademiki Y.Bertels Məhsətinin real şəxsiyyət olmadığını, onun sadəcə bir mif, bədii obraz olduğunu söyləyirdi. Bir çox Qərb alimləri isə hətta onu ilahiləşdirirdilər. Lakin Məhsəti Gəncəvi Azərbaycan poeziyasında Şəhraşub (Şəhrəngiz) poetik janrının gözəl nümunələrini yaratmışdır. Bəllidir ki, Şəhraşubda, əsasən sadə zəhmət adamları, müxtəlif peşə sahibləri vəsf edilir. Onun hansı rübaisini oxuyursansa, elə bil bu gün yazılmışdır. Ürəkdən gəldiyi üçün o dəqiqə də qəblərə yol tapır.

Təzkirələrdə yazılanlara görə, Məhsəti Gəncəvi həm də, gözəl qanun ifaçısı olmuşdur. Azərbaycanın çox qədim musiqi alətlərindən olan qanun Yaxın və Orta Şərqdə, eləcə də, ölkəmizin ərazisində tarixən geniş yayılmış bir alətdir. Orta əsrlərdə qanun adlandırılan bu qədim musiqi alətindən klassiklərimizin-Nizami Gəncəvinin, Məhəmməd Fizulinin və musiqi traktatçılarımızın Mir Möhsün Nəvvabın, Səfiyəddin Urməvinin yaradıcılıqlarında bəhs olunur.

Azərbaycan ilk qanun ifaçısı və ilk bəstəkarı da elə Məhsəti Gəncəvi olmuşdur. Klassiklər qanunu “sən nə qədər bəxtəvərsən ki, öz sevdiyin adamın qucağında uzanmısan” deyə təsvir edirdilər. Əsasən qadınlar tərəfindən ifa olunan qanun alətini Məhəmməd Füzuli “Yeddi cam” əsərində belə təsvir etmişdi.

Xam nəğmələrlə edərək aləmi məmnun

Bir huri-mələk çalırdı qanun.

Qanun miniatür sənət əsərlərində də öz əksini tapmışdır. Tarixi inkişaf yolu keçən bu alət zaman-zaman formalaşaraq dövrümüzə kimi gəlib çatmışdır. Ermənilər qədim Şərq aləti olan qanunu da öz adlarına çıxarmağa cəhd etmişdilər. Lakin bütün dünya bu alətin məhz Şərq musiqi aləti olduğunu çox gözəl bilir. Sədəf işləmələrlə qoz ağacından hazırlanmış qanun üçləşdirilmiş 24 sıra simlərlə bağlanmışdır. Burada simlər yarımton və tonlarla bərkidilmişdir. Keçmişdə simlər bağırsağdan və ya ipək saplardan xüsusi üsulla hazırlanırmış, indi isə kapron saplarla əvəz olunmuşdur. Diotonik səs düzümünə malik olan qanun bu gün xalq çalğı alətlərində çalındığı kimi, soloda da ifa olunur. Çox incə və kövrək səsə malik olan qanun 3 oktava yarım səs diapazonuna malikdir. Bu zərif alətin səs gözəlliyi onun musiqi aləmimizdə unudulmasına imkan verməmiş, daim yaşamasına yardımçı olmuş, bu gün də yaşadılır. Bu qədim Şərq alətinin fəlsəfi şairəmiz, incə ruhlu musiqiçimiz Məhsəti Gəncəvinin yaradıcılığında böyük rol oynadığını danmaq olmaz.

Məhsətidən bəhs edən ilk Avropa tədqiqatçıları içində Alecu Russo, Raul Horn, Edvard Braun, Yan Ripka, Frits Meyerin adlarını çəkmək olar.

Raul Horn 1901-ci ildə Leypsiqdə çapdan çıxmış “Fars ədəbiyyatı tarixi” kitabında Məhsətini Sultan Səncərin nəğməçisi kimi göstərmiş, onun sərbəst fikirlərini xüsusilə qiymətləndirmişdi.

Məhsətinin musiqiyə aid yazdığı bir rübaidə deyilir:

Sənə dəm verirəm gül dodağımdan,

Qara zülflərimdən, şux yanağımdan,

Məst, ayıq, ya xumar, rəqs eləyirəm,

Çəng çalıram sənin qarşında hər an.

Belə bir rəvayət var ki, Nizami Gəncəvi özünün yazdığı bu qəzəlini məhz Məhsəti Gəncəviyə ünvanlanmışdır:

Sənin sənətin musiqi çalmaqdırsa,

Mən zil və bəm səsləri dinləmək istəyirəm.

Bilirsən ki, sənsiz yaşamağa qüdrətim çatmır,

Əgər həyatımı istəyirsənsə, al, sənə verim,

Görürəm, əbəs yerə uğura ümid bağlamışam,

Mən son nəfəsimdə səni çağırıram,

Nizami öz canını sənə bağışlayır, qəbul et,

Necə ki, mən iztirabları qəbul edirəm.

Məhsəti isə çəng alətini belə təsvir edir:

Sazın ipək telli xoş avaz almış,

Çəngin qulağına halqalar salmış,

Zil pərdədən qalxan nəğmələr gözəl,

Çəngin ətəyində nazlanır qəzəl.

Azərbaycan arxeoloqlarının araşdırmalarından belə məlum olur ki, çəngin respublikamızda ilk tapıntıları eramızdan əvvəllərə aid edilir. Azərbaycanın qədim mədəniyyət mərkəzi olmuş Bərdə şəhərinin Şatırlar kəndi ətrafında eramızdan əvvəl IV - III əsrlərə aid, üzərində çəngçalan qadın fiquru təsvir edilmiş saxsı qablar tapılmışdır. Şərq xalqları əfsanələrində çəng ilahi qüvvə tərəfindən yaradılmışdır. Hətta ilk dövrlərə dair bəzi rəsmlərdə bu alət müqəddəs mələk kimi təsvir edilmişdir. Üzərinə balıq və ceyran dərisi çəkilən çəng alətinin ifa tərzi arfada olduğu kimi sağ və sol əllərin barmaqları ilə çalınır.

Məhsətinin daha bir alətdə, bərbətdə çaldığı onun şeirindən məlum olur:

Məclisdə işarət başlayan zaman

Çaldılar çəng ilə bərbəti haman,

Bərbətlə çəng səsi axıb müxtəsər,

Tük ilə rəng kimi birləşmişdilər.

Bərbət isə ud tipli alətdir. Ərəb alətidir və ona “əl-ud”, bərbət, deyilir, yəni “ördək döşü” mənasını daşıyır. Hər iki alətin birgə ifası həzin təranə yaradır.

Son vaxtlar bir çox musiqiçilər qədim musiqi alətləri ilə bağlı araşdırmalar aparmışlar. Bakı Musiqi Akademiyasında 1991 -ci ildən fəaliyyət göstərən “Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi” elmi laboratoriyasında unudulmuş qədim musiqi alətlərimizin - çəng, tənbur, ud, bərbət, çəganə, çoğur, rübab, santur, qopuz və s. kimi alətlərin elmi tədqiqatı, bərpası və təkmilləşdirilməsi üzrə bir çox işlər görülmüş və yüksək nəticələr əldə edilmişdir.

Ümumiyyətlə, 200-dən artıq alim və tədqiqatçılar Məhsətinin şairə və musiqiçi kimi həyat və yaradıcılığı haqqında araşdırmalar aparmışlar. Ulu şairənin həmyerlisi, Xalq Şairi Nigar Rəfibəyli Məhsətinin incə ruhlu rübailərini fars dilindən tərcümə edərək Azərbaycan oxucusuna çatdırmışdır. Məhsəti Gəncəvinin adı nəinki onun vətəni Gəncədə, hətta dünyanın bir çox ölkələrində uca tutulur, sevilir, yad olunur və dönə-dönə mütaliə edilir.

Təsadüfi deyildir ki, 2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında Məhsəti Gəncəvinin 900 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edilmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mikrobiologiya İnstitutu ilə Türkiyənin Altınbaş Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Ekvadorun cənub-qərbində sahilboyu zonada 5,5 bal gücündə zəlzələ baş verib

ŞKTR Prezidenti Azərbaycan və Türkiyənin ombudsmanlarının qəbul edib

Azərbaycanda ilk dəfə keçirilən Peşəkar Çövkən Liqasının açılış mərasimi olub

AzMİU ilə ABŞ şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Humanitar Kollec beynəlxalq əlaqələrini genişləndirir

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

Avropa çempionatı: Azərbaycanın 3 güləşçisi yarımfinala vəsiqə qazanıb

Gürcüstan DİN narkotiklərlə əlaqədar 77 nəfəri saxlayıb

Nəşi 30 ildən sonra tapılan şəhid Arif İmaməliyev dəfn olunub

"CareerLaw" layihəsi çərçivəsində BDU-nun Hüquq fakültəsinin tələbələri ilə ilk görüş keçirilib

Azərbaycan millisinin yoldaşlıq oyunlarına hakim təyinatları açıqlanıb

® “Bakcell”in baş icraçı direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb

Nazir: Özbəkistanlı həmkarlarımızı COP29-da iştirak üçün Bakıya dəvət edirik

COP29-la bağlı vergi güzəştlərinin tətbiqi təsdiqləndi

“Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilib

İqtisadiyyat naziri: Azad olunan ərazilərdə Özbəkistanla tekstil sahəsində birgə iş planlaşdırılır

Xalq artisti Yeganə Axundova Estoniyada konsert proqramı verib

Mikayıl Cabbarov: Özbəkistanla müxtəlif sahələrdə geniş əməkdaşlıq gündəliyi işlənib hazırlanıb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Prezident İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, İran Prezidentinin və digər şəxslərin helikopter qəzasında həlak olmaları ilə əlaqədar başsağlığı verib YENİLƏNİB VİDEO

Azərbaycan parlamentində İran Prezidentinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

ATMU nümayəndələri məktəblərdə təqdimatlar ediblər

“Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişikliklər edilib

Dünya futbolunda ən uzun penaltilər seriyası qeydə alınıb

Samur çayı üzərində Azərbaycan ilə Rusiya arasındakı avtomobil körpüsünün istismarı qaydaları müəyyənləşir

“Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun iclası keçirilib

Əqli Mülkiyyət Agentliyində təlim keçirilib

Sabah Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir

Şəhidin həyat yoldaşı: Təskinlik tapırıq ki, ziyarət edəcəyimiz yer var

Azərbaycan və Qazaxıstan dəniz gəmilərinin heyət üzvlərinin diplomları qarşılıqlı tanınacaq

Dünya çempionu: Milli komandamızın Parisdə də yaxşı nəticələr qazanacağına ümid edirəm

Azərbaycan ilə Qazaxıstan arasında təhsil sahəsində əməkdaşlıqla bağlı sazişə dəyişikliklər edilib

Evdə sosial xidmət göstərilən ahıl vətəndaşın 100 illiyi qeyd edilib

Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib  YENİLƏNİB VİDEO

Naxçıvanda “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib

Gürcüstanın Seçki Məcəlləsinə dəyişikliklər olunacaq

Azərbaycan yazıçısı Ümumdünya Yazıçılar Təşkilatının katibi seçilib

“Şuşa Türk Dövlətləri Birliyinin Mədəniyyət İncisidir” - beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək

Alman iqtisadçılarının proqnozları bədbindir

® “STP Şirkətlər Qrupu” Qarabağ bölgəsində qurulan yeni stansiyanı avadanlıqla təchiz edib

AMB: Bugünkü hərracda tələb 80 milyon dollara yaxın olub

Birinci Qarabağ müharibəsində itkin düşən şəhidimiz torpağa tapşırılıb

SXA-nın Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin beş yetirməsinə təhsil proqramı və kompüterlər hədiyyə edilib

Xalq artisti Azər Zeynalov “Gəncəyə gəlirəm” adlı solo konsert proqramı ilə çıxış edib

Parlamentdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı qəbul edilib

Pakistanın Pəncab əyalətində məktəblər bir həftəlik bağlanacaq

ŞƏT Xarici İşlər Nazirləri Şurası Astanada son regional prosesləri müzakirə edir

Azərbaycanın stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcəklər

Ermənistanın hakim partiyası Paşinyanın istefasını müzakirə etmək niyyətində deyil

FAO-nun Azərbaycandakı nümayəndəsi: Dünyada bitkilərin sağlamlığı çox ciddi problemlərlə üz-üzədir

DİN: Paytaxt və bölgələrdə keçirilmiş əməliyyatlar nəticəsində 46 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Azərbaycanda zərgərlik üzrə yeni dövlət standartları qəbul edilib

Daşkənddə azərbaycanlı alimin özbək dilində çap olunmuş kitabının təqdimatı keçirilib

FAO-nun nümayəndəsi: Müasir həyat tərzimiz bitkilər və onların rifahı üçün təhlükə yaradır

Qubada II Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilir

Nazir müavini: Ölkədə Eldar şamı və zeytun ağaclarında xəstəliklərin miqyasının genişlənməsi müşahidə edilir

Qazaxıstan yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlanıb

Ötən il fitosanitar sabitliyin təmin edilməsi məqsədilə 636 min hektar sahədə müşahidə aparılıb

Peruda yol-nəqliyyat qəzası nəticəsində səkkiz nəfər ölüb

Psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı imtahanın vaxtı açıqlanıb

İlyas Əfəndiyevin 110 illik yubileyi “Boy çiçəyi” tamaşası ilə qeyd edilib

Mirzə Bala Məhəmmədzadənin “Seçilmiş əsərləri” çapdan çıxıb

® Kredit öhdəliyini “Kapital Bank”a gətirənlər üçün əlverişli təkliflər davam edir

“Formula 1”: Məktəblilər Azərbaycan Qran-Prisinə hazırlıq prosesi ilə tanış olublar

Mayın 21-i Beynəlxalq Çay Günüdür

“AzerGold”un yeni qızıl sikkə kolleksiyası İçərişəhərə həsr olunub

ŞKTR-in naziri: Azərbaycan parlamenti Lefkoşanın təcridinə son qoyulması istiqamətində mühüm addım atıb

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı parlamentdə müzakirəyə çıxarılıb

Stokholmda Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş konfrans keçirilib

Naxçıvanda Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb

Azərbaycan Ordusunun hərbi qulluqçuları “EFES - 2024” çoxmillətli təlimində növbəti tapşırıqları icra ediblər VİDEO

Naxçıvanda əmək yarmarkasına 280-dən çox vakansiya çıxarılıb

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi keçirilir

Baş məşqçi: Hidayət Heydərov dünya çempionluğuna layiq idi

Lətif Qasımov: Bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə çevrilib

Türkiyənin dövlət strukturlarında fəaliyyət göstərən 44 FETÖ üzvü saxlanılıb

Hidayət Heydərov: Hələ özümə gəlməmişəm, dünya çempionu olduğuma inana bilmirəm

Bakı Mühəndislik Universiteti Türk Universitetlər Birliyinə üzv olub

“Azərişıq” Şəki və Balakəndə elektrik şəbəkəsini yeniləyir

Keçmiş məcburi köçkünlər mina təhlükəsi ilə bağlı məlumatlandırılıb

DİN: Ötən gün 4 tüfəng təhvil götürülüb

Rusiya İranda baş vermiş helikopter qəzasının təhqiqatında iştirak etməyə hazırdır

Azərbaycan - Kərkük ədəbi əlaqələri yeni müstəvidə

BMT: Baş katib Azərbaycanla Ermənistan arasında normallaşma prosesini yaxından izləyir - EKSKLÜZİV

Milli Məclis 11 məsələnin müzakirəsinə başlayıb

Bu gün Dialoq və İnkişaf Naminə Ümumdünya Mədəni Müxtəliflik Günüdür

“Ağalı” hoteli bölgədə turizmin inkişafına təkan verəcək

Avropa çempionatı: Azərbaycanın 5 güləşçisi mübarizəyə başlayır, 4-ü medal qazana bilər

Çexiyada göy öskürəyə 15 minə yaxın yoluxma halı qeydə alınıb

Bu gün Xalq rəssamı Tahir Salahovun anım günüdür

Hər il bitki zərərvericiləri və xəstəlikləri kənd təsərrüfatı məhsullarının 40 faizinin itkisinə səbəb olur

Qoşqar Təhməzli: “Bitki sağlamlığı haqqında” qanun layihəsi razılaşdırılması üçün digər qurumlara göndərilib

Əmək və əhalinin sosial müdafiəsi naziri Gədəbəydə vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

AQTA sədri: Ötən il bitki sahəsində ixracatçı ölkələrə 829 bildiriş göndərilib

Dünya Təhsil Forumu çərçivəsində ikitərəfli görüşlər keçirilib

Azərbaycan paraatletləri dünya çempionatında 3-cü qızıl medalı qazanıblar

Bakıda “Yaşıl Dünya Naminə” Bitki Sağlamlığı Forumu keçirilir

Dünya birjalarında neft ucuzlaşıb