MƏDƏNİYYƏT
Görkəmli rejissor Vladimir Menşov 80 illiyini qeyd edir
Moskva, 17 sentyabr, AZƏRTAC
Rusiyanın Xalq Artisti, məşhur rejissor və aktyor Vladimir Menşov 80 illik yubileyini qeyd edir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə yubilyarı Rusiya Prezidenti Vladimir Putin, Baş nazir Dmitri Medvedev, Dövlət Dumasının sədri Vyaçeslav Volodin və bir çox digər rəsmi şəxslər, sənət dostları təbrik ediblər.
Vladimir Menşov 1939-cu ildə Bakıda anadan olub.
Bir müddət Bakıda katerdə dalğıc işləyib. Sonradan Moskvada V.İ.Nemiroviç-Dançenko adına məktəb-studiyanın aktyorluq fakültəsini bitirib.
V.Menşov 120-dək filmdə müxtəlif səviyyəli rollara çəkilib, onlarca sevilən filmin rejissorudur. Onun ən məşhur filmlərindən biri 1978-ci ildə “Oskar” mükafatına layiq görülmüş “Moskva göz yaşlarına inanmır” melodramıdır.
V.Menşov doğulub boya-başa çatdığı Azərbaycanı unutmur. O, 80 illik yubileyi ərəfəsində jurnalistlərlə görüşü zamanı Bakı haqqında film çəkmək arzusunda olduğunu bildirib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva