İQTİSADİYYAT
Hisə verilmiş quş ətinin satışı ƏDV-dən azad edilirmi?
Bakı, 10 noyabr, AZƏRTAC
Məlum olduğu kimi, quş ətinin satışı ƏDV-dən azaddır. ƏDV-dən azadolma hisə verilmiş quş ətinin satışına da şamil edilirmi?
Dövlət Vergi Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, quş ətinin satışına tətbiq edilən ƏDV-dən azadolma, kəsilmə və dondurulma əməliyyatları istisna olmaqla, emal əməliyyatlarına məruz qalan, o cümlədən hisə verilmiş şəkildə satışına münasibətdə tətbiq edilmir. Buna əsasən, hisə verilmiş quş ətinin satışı ümumi qaydada 18 faiz dərəcə ilə ƏDV-yə cəlb olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]