İQTİSADİYYAT
İSVEÇRƏDƏ KEÇİRİLƏCƏK BEYNƏLXALQ KONFRANSDA AZƏRBAYCANIN SƏRMAYƏ İMKANLARI DA MÜZAKİRƏ EDİLƏCƏKDİR
İsveçrə Federal Şurasının inkişaf perspektivləri, Azərbaycanın iqtisadi inkişafını təmin edəcək tədbirlər, ölkəmizə xarici sərmayələri cəlb etmək imkanları, Azərbaycanın neft sektoru, ucqar rayonlarda və kəndlərdə iqtisadi inkişaf potensialı və perspektivləri, maliyyə sektorunda həyata keçirilən islahatlar və digər məsələlər konfransda müzakirə ediləcəkdir. Eyni zamanda dövlət və özəl sektorun nümayəndələrinin iştirakı ilə dəyirmi masalar təşkil etmək də nəzərdə tutulur.
Tədbir çərçivəsində “Azərbaycan xarici sərmayələr üçün ideal ölkədir” mövzusuna həsr olunmuş seminar da keçiriləcəkdir. Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Ələkbər Məmmədov seminara rəhbərlik edəcək, respublikamızın sərmayə imkanları barədə ətraflı məlumat verəcəkdir.