Azərbaycan Dövlət İnformasiya Agentliyi

“İrəli” İctimai Birliyinin VI hesabat-seçki konfransı keçirilib

Bakı, 25 dekabr, Həsrət Mahmudova, AZƏRTAC

Dekabrın 25-də "İrəli" İctimai Birliyinin VI hesabat-seçki konfransı keçirilib. “İrəli”nin təşkilat kimi fəaliyyətinin 10, hərəkat kimi isə 15 illiyinə həsr edilən konfransa dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, gənclər təşkilatlarının təmsilçiləri qatılıblar.

AZƏRTAC xəbər verir ki, İctimai Birliyin üzvləri əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

“İrəli” İctimai Birliyinin sədr müavini Orxan Rüstəmov qurumun fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, iki il ərzində İctimai Birlik ölkə gənclərinin ictimai, siyasi, iqtisadi, ekoloji, mədəni və digər sahələrdə fəallıqlarının artırılması məqsədilə genişmiqyaslı layihələr həyata keçirib, Birliyə yeni üzvlər qəbul olunub. Bildirilib ki, “İrəli” İctimai Birliyi 2003-cü il avqustun 26-da gənclər hərəkatı kimi fəaliyyətə başlayıb. Qurumun əsas məqsədi Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsinə töhfə vermək və gənclərin inkişafına nail olmaqdır. Beş ildən sonra İctimai Birlik gənclər hərəkatı kimi fəaliyyətini dayandırıb. Qurum 2008-ci il dekabrın 24-dən təşkilat kimi fəaliyyət göstərməyə başlayıb. İctimai Birliyin əsas məqsədi dövlət gənclər siyasətinin inkişafına dəstək ola biləcək gənclərin təşəbbüslərini stimullaşdırmaq və ölkəmizin maraqlarını qoruya bilən vətəndaş cəmiyyətinin formalaşmasında iştirak etməkdir. Həmçinin bu sahədə çalışan dövlət orqanları, qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqələri gücləndirmək və mövcud əməkdaşlığı gücləndirərək Azərbaycanın gənclər siyasətinin uğurla reallaşdırılmasına töhfə vermək də İctimai Birliyin əsas məqsədlərindəndir.

İctimai Birliyin sədri Mirhəsən Seyidov tədbirdə çıxış edərək deyib: “İrəli” İctimai Birliyi olaraq daim ölkəmizin maraqlarını ön planda saxlamağa, gənclərə düzgün istiqamət göstərərək onların milli-mənəvi dəyərlər ruhunda yetişməsinə nail olmağa çalışmışıq. İnanıram ki, buna nail ola bilmişik. Prezident İlham Əliyevin “gənclərə dəstək ideologiyası” missiyasını əsas tutmuşuq və bunu özümüzə borc bilmişik. “İrəli” İctimai Birliyi olaraq daim öz üzərimizdə çalışırıq. Biz komanda olaraq ölkə gəncliyinin sağlam, intellektual yetişməsini əsas tutaraq dəstəkləyir, onların nümunəvi şəxsiyyət kimi formalaşmasına dəstək olmağa çalışırıq. “İrəli” İctimai Birliyi nəinki Azərbaycanda, ölkəmizin hüdudlarından kənarda da nailiyyətlər qazanıb. Onlarla gəncimiz xaricdə Azərbaycanı uğurla təmsil edib. Onlar beynəlxalq sahədə Azərbaycan gəncliyinin necə bilikli və istedadlı olduğunu təbliğ edərək ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırıblar”.

Sonra Birliyin 2014-2018-ci illərdəki fəaliyyətinin yekunlarına dair hesabat xarakterli videoçarx nümayiş etdirilib.

Milli Məclisin gənclər və idman komitəsinin sədri Ülvi Quliyev çıxış edərək ölkəmizin aparıcı gənclər təşkilatlarından olan “İrəli” İctimai Birliyinin fəaliyyəti dövründə bir sıra mühüm layihələr həyata keçirdiyini vurğulayıb. Bildirib ki, İctimai Birlik Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, eləcə də ekologiya, elm, təhsil, mədəniyyət, idman, vətənpərvərlik sahələrində yerli və beynəlxalq miqyaslı uğurlu layihələr reallaşdırıb. İctimai Birlik 10 illik fəaliyyəti dövründə Azərbaycanın gənclər təşkilatları arasında özünəməxsus yer tutub”.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev qurumun növbəti illərdə də böyük uğurlar qazanacağına əminliyini ifadə edib. Nazir müavini vurğulayıb ki, bu gün Azərbaycanda gənclər hərəkatı dinamik inkişaf dövrünü yaşayır. Ölkəmizdə aidiyyəti dövlət qurumları gənclər təşkilatlarının uğurlu fəaliyyəti üçün lazımi dəstək göstərirlər. Hazırda Azərbaycanda yüzlərlə gənclər təşkilatının olduğunu deyən nazir müavini “İrəli” İctimai Birliyinin fəallığı ilə seçildiyini diqqətə çatdırıb. Qeyd edib ki, regionun ən böyük və peşəkar gənclər təşkilatlarından biri olan “İrəli” İctimai Birliyinin təşkilat kimi 10, hərəkat kimi fəaliyyətinin 15 yaşı tamam olur. İctimai Birlik reallaşdırdığı layihələrlə ölkəmizin inkişafına töhfə vermək istəyən gənclərin təşəbbüslərinin həyata keçirilməsinə şərait yaradır. Ulu öndər Heydər Əliyev daim Azərbaycanda yüksək intellektli, vətənpərvər gənclərin yetişməsinə çalışırdı. Sevindirici haldır ki, Azərbaycandakı gənclər təşkilatlarının, o cümlədən “İrəli” İctimai Birliyinin üzvləri ölkəmizin inkişafında fəal iştirak edirlər.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri İrfan Davudov dövlət gənclər siyasətinin əsas istiqamətlərindən danışaraq bildirib ki, ulu öndər Heydər Əliyev hakimiyyətinin bütün dövrlərində gənclərə xüsusi diqqətlə yanaşıb. Ümummilli Liderin parlamentdə gənclərlə görüşü, Gənclər və İdman Nazirliyinin yaradılması ilə bağlı Fərmanı dahi rəhbərin bu sahəyə göstərdiyi diqqət və qayğının bariz göstəricisidir. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində bu sahədə Dövlət proqramları qəbul olunur, mühüm tədbirlər reallaşdırılır. Məhz bu qayğının sayəsində bu gün Azərbaycan gəncləri istər yerli, istərsə də beynəlxalq səviyyədə mühüm uğurlar qazanırlar. Bu gün ölkəmizdə fəaliyyət göstərən QHT-lər arasında gənclər təşkilatları fəallıqları ilə seçilirlər”, - deyə İ.Davudov qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılması nəticəsində müstəqil ölkəmizdə dinamik və vətənpərvər gəncliyin yetişdiyini qeyd ediblər. Bildirilib ki, təşkilatın müəyyənləşdirdiyi prioritet istiqamətlərə nəzər yetirdikdə Birliyin öz üzərinə böyük məsuliyyət götürdüyünü görmək mümkündür. Əminliklə diqqətə çatdırılıb ki, “İrəli” İctimai Birliyi qarşıdakı dövrdə də bu istiqamətdə uğurlu layihələr həyata keçirəcək.

Çıxışlardan sonra səsvermə olub və Mirhəsən Seyidov yenidən “İrəli” İctimai Birliyinin sədri seçilib. Səsvermə nəticəsində qurumun idarə heyətinin tərkibi də formalaşdırılıb.

Mirhəsən Seyidov çıxış edərək dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi, gənclərin ideya və təşəbbüslərinin üzə çıxarılması və dəstəklənməsi işində bundan sonra səylə çalışacağını bildirib.

Konfransda İctimai Birliyin il ərzində fərqlənən gənc üzvləri, eləcə də təşkilatla səmərəli əməkdaşlıq edən qurumların təmsilçiləri təltif olunublar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: Qərb ölkələri Rusiya iqtisadiyyatını düzgün qiymətləndirməyib

ABŞ patrul təyyarəsi İran yaxınlığında kəşfiyyat uçuşu həyata keçirib

İspaniya La Liqası: “Atletiko” evdə uduzub, “Real Madrid” səfərdə qalib gəlib

Meksikada 5,7 bal gücündə zəlzələ baş verib

A Seriyası: “İnter”dən 5 cavabsız qol, “Yuventus” xal itirib

PSJ 3 xalı darmadağınla qazanıb

Nigeriyada avtomobil qəzasında 30-dan çox insan həlak olub

Fransa və Ukrayna birgə PUA-ların hazırlanması barədə razılığa gəliblər

Livanda beşmərtəbəli bina çöküb, ölənlər var

Səudiyyə Ərəbistanı İspaniyadan 20 yeni sürət qatarı alır

İngiltərə Premyer Liqası: “Mançester Siti” “Liverpul” üzərində əzmkar qələbə qazanıb

Türkiyə Superliqası: “Beşiktaş” öz meydanında xal itirib

Bundesliqa: “Bavariya” böyük hesabla qələbə qazanıb

Suriya dənizdə neft-qaz ehtiyatlarının kəşfiyyatına başlamağı planlaşdırır

Türkiyə millisinin basketbolçusu “NBA All-Star”ın heyətinə daxil edilib

“Virgin Atlantic” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda məcburi eniş edib

“Əldə olunmuş nailiyyətlər Qərbi azərbaycanlıların Ermənistandakı dədə-baba yurdlarına dönəcəyinə inam yaradır” – Bəyanat

Türkiyə Superliqası: "Qalatasaray" səfərdə asan qələbə qazanıb

Leyla Əliyeva və Alena Əliyeva Gəncə Autizm Mərkəzi ilə tanış olublar

“Fənərbağça” Anderson Talişka ilə müqavilənin müddətini uzadıb

Azərbaycan cüdoçuları "Böyük Dəbilqə" turnirini 3 medalla başa vurublar

Leyla Əliyeva və Alena Əliyeva Gəncə şəhər 45 nömrəli xüsusi ümumtəhsil məktəbində olublar

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”a, “Zirə” “Sumqayıt”a qalib gəlib

Yaponiyanın Baş naziri Sanae Takaiçinin partiyası parlamentdə çoxluğu təmin edib

İrakli Kobaxidze: Gürcüstanın tranzit funksiyasını inkişaf etdirmək əsas vəzifəmizdir

Qubada qonaqlıqda 8 nəfər zəhərlənib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin qalibi olub

Azərbaycanın Qış Olimpiya komandasına dəstək: Milanda idmançılarla görüş

Tailandda seçkilər: İlkin nəticələrə görə mühafizəkar “Bhumcaytay” partiyası qalibdir

Səudiyyə Ərəbistanı Suriyadakı layihələri üçün “İlaf” İnvestisiya Fondu yaradıb

Misirdə iri həcmdə narkotik qaçaqmalçılığının qarşısı alınıb

Qərbi Azərbaycan İcması: Ermənistan məhkəməsinin qərarı Azərbaycanın suverenliyinə qarşı yönəlib

Tbilisidə antisanitariya səbəbindən 9 məşhur restoran bağlanıb

Naxçıvan atleti ölkə üzrə rekord nəticə göstərib

Səudiyyə Ərəbistanı və Suriya birgə aviaşirkət təsis ediblər

Milandakı Qış Olimpiya Oyunlarında təqdim olunan milli formalar dizaynerlərin diqqət mərkəzindədir

Saloniki UNESCO tərəfindən “Qastronomiya şəhəri” seçilib

Neamts qalası: XVII əsrin gizli iqtisadiyyatı və saxta pul istehsalı

Azərbaycan və Türkiyə XİN rəhbərləri arasında telefon danışığı olub

Marneulidə Xalq artisti Qara Qarayevin xatirəsinə həsr olunmuş konsert verilib

“Odlar Yurdu” boks klubunun üzvü Berlində keçirilən beynəlxalq yarışda qələbə qazanıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Berlində keçirilən beynəlxalq yarışda qələbə qazanıb VİDEO

Nadir metallar uğrunda yarışda Rumıniya Aİ-nin strateji xəritəsində ön plana çıxır

“Exit-poll”: Liberal Demokrat Partiyası parlamentdə üstünlüyü təmin edib

“Qış nağılı” festivalında “Bakı-Neapol: musiqi körpüsü” kamera axşamı keçirilib VİDEO

“Qış nağılı” festivalında “Bakı-Neapol: musiqi körpüsü” kamera axşamı keçirilib VİDEO

Gürcüstanın qərbində torpaq sürüşməsi baş verib

Naxçıvanda tətbiq olunan güzəştlər sahibkarların fəaliyyətinin genişlənməsi üçün güclü baza yaradacaq - ŞƏRH

Emil Əfrasiyab: Qəbələ festivalı mədəniyyətimizin təbliğinə xidmət edən gözəl ənənəyə çevrilib

Gürcüstanın fiqurlu konkisürmə komandası Qış Olimpiya Oyunları tarixində ilk dəfə finala yüksəlib

Naxçıvanda 8–18 yaşlı şahmatçılar arasında birinciliyə yekun vurulub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sulutəpə dairəsi istiqamətindəki təmir işləri ilə bağlı yollarda nəqliyyatın sıxlığı müşahidə edilir

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Əməkdar artist: “Qış nağılı” ölkəmizdə keçirilən nüfuzlu festivallardan biridir

Azərbaycan aliminin elmi məqaləsi Oksford Universitetinin jurnalında dərc edilib

Gənc ifaçı: Belə mötəbər festivalda iştirak etdiyimə görə qürur duyuram

Misli Premyer Liqasında XIX tura start verilir

Azərbaycanın qadın güləşçisi reytinq turnirində bürünc medal qazanıb

Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə qadın sahibkarın sağlam qida brendi ilə tanış olublar

Sulutəpə dairəsi istiqamətində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb

Gəncə Dövlət Milli Dram Teatrında “İsi və Piti” animasiya serialının premyerası olub

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Gəncənin Şah Abbas məscidini ziyarət

Dünya birjalarında neft bahalaşıb

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə uşaq evində olublar

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə STEAM mərkəzində və 37 nömrəli tam orta məktəbdə olublar

Leyla Əliyeva və Alena Əliyeva Gəncə Memorial Kompleksini və Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər

Tailandda parlament seçkiləri keçirilir VİDEO

Tailandda parlament seçkiləri keçirilir VİDEO

Milanda polislə etirazçılar arasında toqquşmalar baş verib

Yaponiyada parlament seçkiləri keçirilir

Aralıq dənizində 5 maqnitudalı zəlzələ baş verib

Mbappe PSJ-dən 6 milyon avro tələb edir

Azərbaycan karateçiləri Kiprdə keçirilən Avropa birinciliyində 4 bürünc medal qazanıblar

Paris bələdiyyə seçkiləri: Lökornü Datidən gələn həftənin sonunadək hökumətdən getməsini istəyib

İspaniya səkkizinci dəfə qitə çempionu olub

"Mançester Yunayted"dən ardıcıl 4-cü qələbə, "Qarabağ"ın rəqibi evdə uduzub

“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayıb

İsmayıllıda istirahət mərkəzində baş verən yanğın söndürülüb-YENİLƏNİB

Elektron siqaretin görünməyən təhlükələri VİDEO

Elektron siqaretin görünməyən təhlükələri VİDEO

Azərbaycan pəhləvanı Türkiyədə qar üzərində güləş turnirinin qalibi olub

Rusiya Ermənistan AES-də yeni enerji bloku tikmək niyyətindədir

Azərbaycan cüdoçusu “Böyük Dəbilqə” turnirinin qalibi olub

ABŞ Dövlət katibinin müavini gələn həftə Azərbaycana səfəri zamanı vitse-prezident Vensə qoşulacaq

Ermənistan XİN-də Azərbaycan ilə sülh sazişi müzakirə olunub

Azərbaycanın hərbi attaşesi Kayseri və Kahramanmaraşda şəhid ailələrini ziyarət edib

Güləş üzrə U-20 Azərbaycan çempionatı başa çatıb

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu finala vəsiqə qazanıb

Bolqarıstan Sosialist Partiyasının sədri istefa verib

Milli Aviasiya Akademiyası ilə Təhsilin İnkişafı Fondu və “Kapital Bank” arasında əməkdaşlıq memorandumları imzalanıb

Bədii rəhbər: 90 illik yubileyini qeyd edən Xor kollektivi səhnəyə kino musiqisi ilə çıxacaq

II “GİNius” intellektual yarışı başlayıb YENİLƏNİB VİDEO

II “GİNius” intellektual yarışı başlayıb YENİLƏNİB VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

“Savadlı danışıq, xəbər dilində məsuliyyət” - təlim

Media: ABŞ-ın Tayvana silah satışı Donald Trampın Çinə səfərini qeyri-müəyyən edir

Azərbaycan sumo güləşçisi ilk dəfə Yaponiyada Hakuho kubokunda yarışıb VİDEO

Azərbaycan sumo güləşçisi ilk dəfə Yaponiyada Hakuho kubokunda yarışıb VİDEO

Sudanda silahlıların hücumu nəticəsində 24 nəfər həlak olub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib

Tərtər sakini narkotikə görə həbs olunub

Naxçıvanda Tumbul kəndinə qazın verilişi müvəqqəti dayandırılacaq

Nazir: Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır