REGİONLAR
İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Qubaya səfər edib
Quba, 19 may, E.Yusifli, AZƏRTAC
İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Foreri Qubaya səfər edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nazirin rəhbərlik etdiyi nümayəndə heyəti Qubada dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbəyə baş çəkib, buradakı sinaqoqları və Dağ Yəhudiləri muzeyi ilə yaxından tanış olub.
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev qonağa Qubanın tarixi, son dövrlərdə keçdiyi inkişaf yolu, burada yaşayan azsaylı xalqlar, rayondakı tolerantlıq mühiti haqqında ətraflı məlumat verib.
Bildirilib ki, Qırmızı qəsəbədə sinaqoqlar, yəhudi dinini öyrədən dərnəklər, turist informasiya mərkəzi və bir çox digər görməli yerlər var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [15:58]
Çinin Şaansi vilayətinin nümayəndə heyəti Sumqayıtda səfərdə olub
- 10.05.2024 [13:05]
Naxçıvanda iki gənc göldə boğulub
- 09.05.2024 [23:02]