DÜNYA


Keçən il bəzi terrorçu təşkilatlar Gürcüstan ərazisindən tranzit kimi istifadə etməyə cəhd göstəriblər

Tbilisi, 23 aprel, AZƏRTAC

Keçən il bəzi terrorçu təşkilatlar Gürcüstan ərazisindən tranzit kimi istifadə etməyə cəhd göstəriblər.

AZƏRTAC xəbər verir ki, bu fikri Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rəhbərinin birinci müavini Qriqol Liluaşvili parlamentdəki komitə iclasında söyləyib. O, qurumun 2018-ci ildəki fəaliyyəti barədə hesabatı komitə üzvlərinə təqdim edib.

Hesabatda Gürcüstanda korrupsiyaya, terrora, habelə kimyəvi, bioloji, radioloji təhlükələrə qarşı mübarizə və şəxsi məlumatların mühafizəsi istiqamətində görülən işlər əksini tapıb.

Bildirilir ki, mübarizə tədbirləri nəticəsində terrorçu təşkilatlarla əlaqəsi olan şəxslərin Gürcüstan ərazisindən tranzit kimi istifadə halları əsaslı surətdə azalıb. Buna görə də Gürcüstanın adı terror təhlükəsi riski çox olan ölkələrin siyahısında yoxdur.

DTX Gürcüstan sərhədini saxta sənədlərlə keçmək və ölkədə yaşayış hüququ almaq istəyən 1200-ə qədər əcnəbi vətəndaş aşkar edib.

Operativ məlumatlara əsaslanaraq 139 xarici ölkə vətəndaşı Gürcüstana buraxılmayıb.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.