SİYASƏT


Marian Lupu: Azərbaycan ilə Moldova arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədədir

Strasburq, 16 dekabr, AZƏRTAC

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması çox vacib və əlamətdar hadisədir. Bu münasibətlə təşkil olunmuş tədbirdə dostlarımla bərabər olmaqdan məmnunam. Bu, çox vacib və tarixi bir hadisədir. Bu tədbirdə biz 100 il qurulan Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı kifayət qədər məlumat aldıq.

Bu fikirləri Avropa Parlamentində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş tədbir çərçivəsində AZƏRTAC-a müsahibə verən Avropa Parlamentinin Moldovadan olan üzvü Marian Lupu söyləyib.

Azərbaycan Milli Məclisinin 90 illiyinə həsr edilmiş təntənəli tədbirdə iştirak etdiyini xatırladan Marian Lupu deyib: “Azərbaycan ilə Moldova arasında əməkdaşlıq yüksək səviyyədədir. Ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə əlaqələr inkişaf edir”.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.