“Şamaxı” klubu Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb
Bakı, 22 may, AZƏRTAC
Futbol üzrə I Liqada 2023-2024-cü illər mövsümünün qalibi bəlli olub.
AZƏRTAC xəbər verir ki, son turda lider “Şamaxı” doğma meydanda “Araz Saatlı”nı qəbul edib. Görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarını 57-yə çatdıran bölgə təmsilçisi aşağı dəstənin çempionu olub və Premyer Liqaya vəsiqə qazanıb.
Səfərdə “Mingəçevir”lə 2:2 hesablı heç-heçə edən “Qaradağ Lökbatan” isə mövsümü 54 xalla ikinci pillədə tamamlayıb.
Qeyd edək ki, “Şamaxı” ötən mövsümün sonunda I Liqaya düşmüşdü. Ramiz Məmmədovun başçılıq etdiyi komanda 1 illik fasilədən sonra elitaya qayıdıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:32]
Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb
- 10.10.2026 [20:49]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:34]
Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]
Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO
- 10.10.2026 [18:53]