Elm və təhsil nazirinin müavini Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib
Bakı, 22 may, AZƏRTAC
Mayın 22-də elm və təhsil nazirinin müavini Həsən Həsənli Sumqayıtda vətəndaşları qəbul edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbuldan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Sumqayıt şəhər sakinlərinin iştirak etdiyi qəbulda vətəndaşlar daha çox müəllimlərin yerdəyişməsi və işlə təmin olunma məsələləri ilə bağlı müraciətlər ünvanlayıblar.
Nazir müavini Həsən Həsənli qəbula yazılmış vətəndaşları dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində tapşırıqlar verib.