Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanın səhiyyə sistemində görülən işlərlə bağlı konfrans keçirilib

 

Naxçıvan, 22 may, AZƏRTAC

Mayın 22-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101, Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 və Naxçıvan səhiyyəsinin 100 illiyi münasibətilə “Naxçıvan Muxtar Respublikasının səhiyyə sistemində görülən işlər və qarşıda duran vəzifələr” mövzusunda konfrans keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev və konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər. Sonra Heydər Əliyev Muzeyi ziyarət edilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Azərbaycan Respublikasının səhiyyə naziri Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Uşaq Xəstəxanasının fəaliyyəti ilə maraqlanıb, xəstəxanada yeni yaradılan Təcili Tibbi Yardım Bölməsinə baxıblar. Bildirilib ki, bölmə funksional çarpayılar, xəstəbaşı monitorlar, infuzomatlar, perfuziya aparatları ilə təmin edilib. Burada xəstələrin yaşıl, sarı və qırmızı sahələr üzrə çeşidləmə sistemi tətbiq edilir.

Sonra Naxçıvanda yeni yaradılan Təcili Tibbi Yardım Mərkəzinin fəaliyyəti ilə tanışlıq olub. Mərkəzdə qurulan müasir sistemlə bağlı məlumat verilib ki, muxtar respublika üzrə fəaliyyət göstərən təcili tibbi yardım avtomobilləri daxili və xarici müşahidə kamerası və GPS sistemi ilə təchiz edilib. Modern texniki və tibbi avadanlıqlarla tam təchiz olunmuş reanimobillər təcili tibbi yardım işinin təşkilində xidmətin keyfiyyətini artıracaq. Mərkəzdə fəaliyyət göstərən “103 Çağrı Mərkəzi”ndə quraşdırılan proqram təminatı vahid koordinasiya mərkəzindən idarəolunmanı təmin edir. Yeni sistem real vaxt rejimində təcili tibbi yardım avtomobillərinin hərəkətinə onlayn xəritə və canlı video vasitəsilə nəzarət etməyə imkan yaradır.

Naxçıvan MR Mərkəzi Xəstəxanasının tam avtomatlaşdırılmış rejimdə fəaliyyət göstərən beynəlxalq akkreditasiyalı laboratoriyası ilə tanışlıq zamanı qeyd edilib ki, burada klinik laborator diaqnostikasının bütün sahələri üzrə keyfiyyətli və dəqiq xidmət göstərilir. Xəstəxananın Təcili Tibbi Yardım Şöbəsində aparılan yenidənqurma işləri barədə məlumat verilib ki, xidmət xəstələrin vəziyyətinə görə təcili yardımın müvafiq 3 sahəsinə uyğun təşkil edilib və uyğun tibbi avadanlıqlarla təchiz olunub. Həmçinin xəstəxanada müxtəlif tibbi profilli təlimlərin keçirilməsi məqsədilə 60 və 15 nəfərlik olmaqla müasir təchizatlı 11 təlim-treninq otağı yaradılıb. Treninq otaqlarına şəhid tibb işçilərinin adları verilib.

Sonra xəstəxananın konfrans zalında “Naxçıvan Muxtar Respublikasının səhiyyə sistemində görülən işlər və qarşıda duran vəzifələr” mövzusunda konfrans öz işinə başlayıb. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təqdim etdiyi videoçarxa baxış olub.

Konfransın Azərbaycanın müstəqillik və dövlətçilik tarixində müstəsna yeri olan 28 May – Müstəqillik Günü ərəfəsində keçirildiyini deyən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli əlamətdar gün münasibətilə iştirakçıları təbrik edib.

Qeyd edib ki, Ümummilli Liderimiz Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən milli istiqlalımız uğrunda aparılan mübarizəni yüksək qiymətləndirib, müstəqilliyimizin bərpası və möhkəmləndirilməsi uğrunda misilsiz xidmətlər göstərib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi və 2023-cü ildə antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olunub, regionda yeni reallıqlar yaranıb.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq görülən işlər barədə məlumat verən səlahiyyətli nümayəndə diqqətə çatdırıb ki, icrası davam etdirilən 11 prioritet istiqamətdən biri də səhiyyənin müasir inkişafının təmin olunmasıdır. Hazırda Naxçıvan səhiyyəsinin maddi-texniki bazasının və kadr potensialının təkmilləşdirilməsi ilə bağlı mühüm layihələr icra olunur, innovativ yeniliklərə əsaslanan rəqəmsal səhiyyə sistemi qurulur. Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Naxçıvanın səhiyyə sistemində özünəməxsus rol oynadığını bildirən Fuad Nəcəfli vurğulayıb ki, sözügedən Dövlət Proqramına uyğun olaraq fakültə üçün əlavə kampus inşa olunacaq.

Səlahiyyətli nümayəndə ötən qısa dövrdə muxtar respublikada aparılan səhiyyə islahatları barədə məlumat verib, bu işlərin təşkilində dəstəyinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, eləcə də əməyi olan hər kəsə təşəkkür edib, konfransın işinə uğurlar arzulayıb.

Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev konfrans iştirakçılarını müstəqil və suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda salamlamaqdan məmnunluğunu ifadə edib. Nazir diqqətə çatdırıb ki, son illər muxtar respublikada institusional və qanunvericilik baxımından mühüm islahatlar həyata keçirilir. Bu islahatlar səhiyyə sistemində də özünü effektiv şəkildə göstərir, yeni tibb müəssisələri istifadəyə verilir, mövcud tibbi resurslar yenilənir, müasir texnologiyalar tətbiq edilir. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində göstərilən xidmətlərin keyfiyyətinin və əhatə dairəsinin artırılması, ixtisaslı kadrların yetişdirilməsi, özəl səhiyyə müəssisələrinin yaradılması kimi mühüm məsələlərin yer alması bu sahədə fəaliyyətin daha təkmil, müasir və etibarlı təşkilinə zəmin yaradacaq. Nazir qeyd edib ki, Azərbaycanda tibbi islahatlar 3 əsas istiqamət üzrə – səhiyyədə çalışan insan kapitalının formalaşması, səhiyyənin rəqəmsallaşması və yeni səhiyyə iqtisadiyyatı, yəni səhiyyənin maliyyələşməsində yeni mexanizmlər yönündə aparılır. Sevindirici haldır ki, son illər Naxçıvan Muxtar Respublikasında bu istiqamətlərdə əsaslı işlər görülüb. Xüsusilə tibbi təhsilin inkişafı istiqamətində mühüm addımlar atılır. Bütün bunlar Naxçıvanın yaxın gələcəkdə regional tibbi təhsil və tədqiqat mərkəzi kimi formalaşmasına xidmət edəcək.

Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq son illər muxtar respublikada kompleks səhiyyə islahatları aparılır. Bunun nəticəsidir ki, Azərbaycan Respublikasında rezidentlərin hazırlanması üçün klinik baza kimi müəyyən edilmiş tibb müəssisələrinin siyahısında Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən 11 tibb müəssisəsi də yer alır. Muxtar respublikada əhali pulsuz tibbi prosedurlarla və müvafiq dərman vasitələri ilə təmin edilib. Həkim və tibb bacılarının peşəkarlığının artırılması üçün Türkiyənin Hacettepe və Qazi Universitetlərinin xəstəxanaları ilə əməkdaşlıq haqqında müqavilələr imzalanıb. Razılaşmaya əsasən 80-ə yaxın tibb işçisi sözügedən universitetlərdə təlim və təcrübələrdə iştirak edib. Bu proses mərhələli şəkildə davam etdiriləcək. Bundan başqa, tibbi personalın əməkhaqqı əhəmiyyətli şəkildə artıb, həkimlər üçün əlavə stimullar tətbiq olunur. Bütün bunların nəticəsidir ki, ölkəmizin digər bölgələrindən də rezidentlər Naxçıvanın tibb müəssisələrini seçirlər.

Konfransda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təqdim etdiyi “Ümid əllərdə” videoçarxına baxış olub.

“Naxçıvan Muxtar Respublikası Həkimlər Assosiasiyası” İctimai Birliyinin sədri İsa Abdullayev klinik tibbi bazaların Naxçıvan Muxtar Respublikası üzrə fəaliyyəti barədə məlumat verib, ona Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin diplomu təqdim olunub.

Sonda Səhiyyə sisteminin elektron idarə edilməsi və “103 Çağrı Mərkəzi”nin proqram təminatları, Təcili Tibbi Yardım xidmətində videotelematik sistemin tətbiqi və e-səhiyyə sisteminin təqdimatları olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Sankt-Peterburqda dron hücumundan sonra baş verən yanğınlar söndürülür

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim