Azərbaycan Dövlət İnformasiya Agentliyi

BMU-da tələbə və məzunlar üçün karyera festivalı keçirilib

Xırdalan, 22 may, AZƏRTAC

Bakı Mühəndislik Universitetində (BMU) “CareerFest BEU 2024” adlı karyera festivalı təşkil olunub.

BMU-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycanın bütün ali təhsil ocaqlarının tələbə və məzunları üçün açıq olan festivalda 104 nüfuzlu şirkət tərəfindən 1000-dən artıq aktiv vakansiya və təcrübə proqramları təqdim edilib. Tədbirdə Dövlət Məşğulluq Agentliyinin, Təhsilin İnkişafı Fondunun, Təhsil Tələbə Krediti Fondunun və digər qurumların rəhbər şəxsləri iştirak ediblər. Tədbirdən əvvəl qonaqlar universitetin binasında Heydər Əliyevin büstünün qarşısına gül dəstələri qoyaraq, Ulu Öndərin unudulmaz xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə ediblər.

Festivalın açılışında çıxış edən BMU-nun rektoru Yaqub Piriyev dövlətin gənclərin məşğulluğunun təminatı istiqamətində həyata keçirdiyi mühüm tədbirlərə diqqət çəkib və Prezident İlham Əliyev tərəfindən bu məqsədlə təsdiq olunmuş dövlət proqramlarının uğurla gerçəkləşdirildiyini bildirib. Karyera festivalının tələbə və məzunlar üçün önəmini vurğulayan rektor belə tədbirlərin həm mövcud əmək bazarındakı tələbat barədə məlumat əldə etmək, həm də iş, təcrübə imkanları, müxtəlif şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə birbaşa ünsiyyət qurmaq baxımından mühüm rol oynadığını söyləyib. Rektor BMU-nun Müəssisələrlə əlaqələr və karyera departamentinin xətti ilə məzunların öz ixtisasları üzrə uğurlu karyera qurmaları üçün görülən işlərdən, o cümlədən planlaşdırılan yeniliklərdən, universitetdə tədris olunan ixtisaslardan bəhs edib, müvafiq statistik göstəricilərə toxunub. Ölkəmizdə fəaliyyət göstərən dövlət və özəl müəssisələri ilə BMU-nun sıx əməkdaşlığının qurulduğunu deyən Yaqub Piriyev tələbə və məzunlar, eyni zamanda, işəgötürənlər üçün faydalı olan karyera tədbirlərinin davam etdiriləcəyini söyləyib. Açıq hava şəraitində keçirilən, böyük maraq doğuran “CareerFest BEU 2024”ün ənənəvi əmək yarmarkalarından öz xüsusiyyətləri ilə fərqləndiyini qeyd edən rektor festivalın təşkili zamanı müasir gəncliyin öyrənmə maraqlarının nəzərə alındığını bildirib və gəncləri festivalın yaratdığı fürsətlərdən istifadə etməyə səsləyib.

Karyera festivalının işinə uğurlar arzulayan və belə bir tədbirin təşkili üçün təşəkkürünü bildirən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli təmsil etdiyi qurumun il ərzində əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində gördüyü çoxşaxəli tədbirlər barədə məlumat verib. Bu gün əmək bazarında çox ciddi transformasiyaların baş verdiyini, yanaşmaların dəyişdiyini deyən Mustafa Abbasbəyli tələbə və məzunlara bu dəyişikliklərə uyğunlaşmaqla bağlı tövsiyələrini çatdırıb. Bu baxımdan universitetlərdəki karyera mərkəzlərinin fəaliyyətinin strateji əhəmiyyətini önə çəkən İdarə Heyətinin sədri bu mərkəzlərin inkişafı, tələbə və məzunlarla daha ciddi iş aparılması üçün Dövlət Məşğulluq Agentliyinin standartlar formalaşdırdığını və artıq bir çox universitetlərdə bunun tətbiq olunduğunu qeyd edib. Mustafa Abbasbəyli çıxışında universitet məzunlarının əmək bazarındakı fəaliyyəti ilə əlaqədar görülən digər işlərdən, məşğulluq reytinqi platformasının yaradılmasından danışıb. Bu platformanın verdiyi üstünlüklərdən, çox geniş təhlil imkanlarından yararlanmağın vacibliyini söyləyən Agentlik rəhbəri əmək bazarının çağırışlarına hazır olmaq üçün tələbə və məzunların üzərinə düşən vəzifələri nəzərə çatdırıb.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov təhsil müəssisəsinin uğurunun əsas göstəricilərindən birinin əmək bazarında onun məzunlarına olan tələbatlılıq səviyyəsi ilə ölçüldüyünü bildirib. O, bugünkü karyera festivalına çoxsaylı işəgötürənin qatıldığını və bunun BMU-da verilən ali təhsilin yüksək qiymətləndirilməsinin göstəricisi olduğunu fikirlərinə əlavə edib. Fondun tələbələrin uğurlu karyera qurması və digər istiqamətlərdə həyata keçirdiyi müxtəlif layihələri nəzərə çatdıran Elnur Nəsibov sahibkarlarla ali təhsil müəssisələri arasında əlaqələrin daha da gücləndirilməsinin vacib olduğunu deyib. Tələbə və məzunlara yalnız təhsillə kifayətlənməməyi, daima öz üzərilərində çalışmağı məsləhət görən Fondun sədri karyera festivalında işaxtaranların layiqli iş yeri tapacağına inandığını deyib.

Sonra festivalda Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının sədri Nigar Ələsgərova, Azərbaycan Korporativ İş Adamları Birliyi İdarə Heyətinin sədri Şirin Şərifov, “Norm ASC”nin insan resursları üzrə koordinatoru Ruslan Osmanlı çıxış ediblər. Çıxışlarda işəgötürənlərlə birbaşa ünsiyyətin qurulmasına əlverişli imkanlar yaradan karyera festivalının rolundan, həmçinin ali təhsil ocaqları ilə sənaye müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən danışılıb.

Daha sonra sərgidə nümayiş olunan stendlərə baxış keçirilib.

Digər universitetlərdən 2500-dən artıq məzun və tələbənin qeydiyyatdan keçdiyi, ümumilikdə 5000-ə yaxın iştirakçının qatıldığı karyera festivalı çərçivəsində interaktiv fəaliyyətlər, oyunlar, əyləncəli təcrübələr təşkil olunub, tanınmış müğənnilərin ifasında musiqi nömrələri təqdim edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Sankt-Peterburqda dron hücumundan sonra baş verən yanğınlar söndürülür

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim