DÜNYA
Meksikada koronavirus infeksiyasına yoluxanların sayı 700 min nəfəri ötüb
Bakı, 23 sentyabr, AZƏRTAC
Meksikada COVID-19 infeksiyasına yoluxanların sayı 700 min nəfəri ötüb.
AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, sentyabrın 21-də Meksikada koronavirus infeksiyasına 3 min 542 nəfər, sentyabrın 22-si Bakı vaxtı ilə saat 22:30-a qədər isə 2 min 917 nəfər koronavirus infeksiyasına yoluxub.
Beləliklə, indiyə qədər ölkədə koronavirusa yoluxanların sayı 700 min 580 nəfərə, ölənlərin sayı isə 73 min 697 nəfərə çatıb. Hazırda müalicəsi davam edən 123 min 901 xəstədən 2 min 568 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Eyni zamanda, 502 min 982 nəfərin COVID-19 xəstəliyindən sağaldığı bildirilir.
Meksika COVID-19 xəstəliyinə yoluxanların sayına görə 7-ci, ölənlərin sayına görə isə 4-cü yeri tutur.
Qeyd edək ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Dünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni növ koronavirusun səbəb olduğunu müəyyən edib və sonradan həmin xəstəlik rəsmən COVID-19 adını alıb. Mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı yeni növ koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.