Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Meksikanın ən çox ziyarət olunan 60 turizm məkanı: ispan müstəmləkəsinin çəhrayı abidələri

Bakı, 2 oktyabr, Məmməd Məmmədli, AZƏRTAC

Meksikada olub onun rahat, qaynar və adamda xoş ovqat yaradan gözəl çimərlikləri, zəngin, yaraşıqlı, bol çeşidli restoranları, ispan koloniyasının abidələrini görməmək, onlar haqqında tarixi bilgilərə malik olmamaq mümkün deyil. Onlardan yan ötmək, turun maraqsız keçəcəyini düşünməyə əsas verir. Odur ki, bu ölkəyə ayaq basanda özünüzü onun ənənəvi, həm də fərqli gözəlliyə malik məkanlarını görmək və mənəvi zənginliyə sahib olmaqdan məhrum etməyin.

AZƏRTAC Meksikaya səyahət etmək istəyən turistlər üçün maraq doğura biləcək məkanlardan bir neçəsini təqdim edir.

Duranqo bazilikası katedralı

Menor de la Purisima Konsepsion katedral bazilikası ölkənin şimalında ən möhtəşəm və gözəl tikililərindən biridir. İndi bazilikanın içərisində səkkiz zaldan ibarət Sakro muzeyində XVII və XVIII əsrlərə aid 500-dən çox eksponat nümayiş olunur. Muzeyin kolleksiyasına yağlı boya ilə çəkilmiş 50 rəsm əsəri, heykəllər, liturgik mebel, xor kitabları və xüsusi dini kitablar daxildir. Yepiskoplara həsr olunmuş otaq çox qiymətli hesab olunur, çünki burada Duranqo yepiskoplarının hər birinin heykəli və şəkli saxlanılır. Bu tarixi abidə əsrlər boyunca özündə qədim xristian mədəniyyəti və tarixini qoruya bilmişdir. Onların sırasında meksikalılara miras qalan Duranqo əfsanələri xüsusi yer tutur.

Morelia tarix mərkəzi

Neoklassik və barroko üslubunda tikilən 249 tarixi abidə bu bölgəni xarakterizə edən əsl memarlıq xəzinəsidir. Tarixilik və müasirliklə harmoniya yaradan bu abidələrdən şəhərin əsrarəngiz mənzərəsini seyr etmək olar. Burada 70 metr hündürlükdə çəhrayı daşdan ucaldılan Kafedral kilsəsini, ölkənin 253 tağlı ən təsiredici su borusu şəbəkəsini, 1770-ci ildə tikilən Palasio de Qobierno, Palasio Klavixero, Plaza de Viyalonxin, Plaza de Armas və digər tarixi abidələri ziyarət etməyi unutmayın. Qeyd edək ki, Morelianın tarixi mərkəzi Meksikada postamenti olmayan yeganə məkandır.

İxtapa

Gözəl və rahat çimərlikləri ilə tanınan İxtapa həftəsonu səyahətə çıxanların hər zaman zövqünü oxşayır. Turistlər burda vaxtını səmərəli keçirir və bu cənnətməkanda həvəslə gəzintidə olurlar. Tropik iqlimi, əsrarəngiz çimərlikləri, qonaqpərvər əhalisi və yüksək səviyyəli turistik xidmətləri sayəsində İxtapa hər il 2 milyondan çox insanı özünə cəlb edir. Siz burada Las Ruinas Mayas de Xihuakan arxeoloji muzeyini ziyarət edə, Las Qatas çimərliyində vaxtını ləzzətlə keçirə, İxtapanın mərkəzində gəzintiyə çıxa, Marina İxtapa Nautika meydançasında qolf oynaya, İxtapa adasında suya dala, Palmar çimərliyindən zövq ala və VinKlub Kazinoda əylənə, velosiped kirayə götürüb, Bio La Eskoyera, Aventura Ixtapa və Akuatiko Macik Vorld parkında unudulmaz anlar yaşaya bilərsiniz.

Beyas Artes sarayı

Beyas Artes sarayını ziyarət etmək mütləqdir. Belə ki, bu saray öz gözəl arxitekturası ilə sizi heyran qoyacaq. Mexikonun Xuarez küçəsində yerləşən bu saray ölkə incəsənətinin simvolu hesab olunur. Muzeyin tərkibində İncəsənət və Milli Memarlıq muzeyləri fəaliyyət göstərir. İncəsənət muzeyində rəsm əsərləri, opera, konsert və heykəltəraşlıq, həmçinin milli və klassik baletdən ibarət bədii prezentasiyalar təqdim olunur. Muzeyin girişində Peqasonun heykəlləri nümayiş olunur. Saray ziyarətçilər üçün bələdçi xidməti, hədiyyə və disk dükanları, kitabxana və 1977 nəfərin yerləşə biləcəyi restoran təklif edir.

San Kristobal de las Kasas

Bu gözəl məkan Çiapas ştatında yerləşir və neoklassik, barokko və gümüş dekorlu tikililəri ilə müstəmləkə şəhəri hesab olunur. Məkanın özəlliyi onun küçələri, abidələri və təbiətidir. Bu, dünyanın ən romantik və möcüzəli şəhərlərindən biri hesab olunur. Küçələrin başında neoklassik və barokko üslubunda tikilən San Kristobal Martir katedralı ucalır. Burada şəhərin küçələrini dolaşanlar özlərinə ikinci vətən qazanırlar. Səyahət zamanı yeni dostlar tapacağınıza əmin olun.

Çolula

Meksikanın tarix baxımından ən qədim şəhərlərindən sayılan Çolula müstəmləkə dövründən qalan memarlıq abidələrinin cəmləşdiyi bir yerdir. Puebla şəhərin qərbində yerləşən Çolula bir-birindən fərqlənən iki zonaya və bir neçə yaşayış məntəqələrinə bölünür. Ərazinin bir-birindən maraqlı və gözəl abidələrilə tanış olun və bölgədə müqəddəs bayramlarda keçirilən festivallara qatılın. Meksikanın ən böyük piramidasını və heyrətamiz arxeoloji parkını ziyarət etməyi unutmayın. Çoxlu sayda kilsə ilə üzləşə biləcəyiniz San Pedro Çolulaya istiqamət götürün. Gününüzü küçədə ənənəvi kafelərdə tez-bazar səhər yeməyi ilə başlamaq üçün Plaza de la Konkordiaya yollanın. Meydanın Qərb tərəfində Portales kimi tanınan dorida üslubunda tikilən sütunları kəşf edin. San Andres Çolula gecə həyatının mərkəzi hesab olunur. Siz burada gecə klubları, səs-küylü barlar, eyni zamanda, qeyri-adi restoranlar tapa bilərsiniz. Şəhərin yaxınlığında yerləşən Popokatepetl və İztaksihuatl vulkanlarını seyr etmək üçün sübh çağından ayağa qalxacağınızı unutmayın.

La Alhondiqa de Qranaditas

1797-ci ildə təməli qoyulan La Alhondiqa de Qranaditas muzeyinin tikintisi 1809-cu ildə başa çatıb. Söhbət neoklassik üslubunda sadə, eyni zamanda, qüsursuz bir texnika ilə işlənən memarlıq abidəsindən gedir. Öz monumentallığı ilə o, Quanaxuato şəhərinin XVIII əsrədək çiçəkləndiyindən xəbər verir. Şəhərin tarixini bilmək üçün haqqında danışdığımız abidəni ziyarət etməyi də diqqətdə saxlayın.

Dos Oxos yeraltı gölü

Yeraltı çayları, gözəl sualtı mağaraları ilə seçilən Dos Oxos xəyala dalmaq üçün əvəzsiz bir yerdir. Sualtı dünyaya yalnız iki yerdən baş vurmaq olar. Əvvəlcə kiçik dəlikdən suya girib, geniş bir gölə daxil olursunuz, sonra Yarasa mağarası adlanan daha bir dar məkana keçirsiniz. Məlumat üçün bildirək ki, Dos Oxos yeraltı gölü eyniadlı parkın ərazisində yerləşir.

Nevado de Toluka

Nevado de Toluka təbiətin flora və faunasını qorumaq məqsədilə yaradılan bir qoruqdur. Orada vulkan dovşanlarına tamaşa etmək və ya alpinistlərlə Aqila və Fraile zirvələrinə qalxmaq üçün siz yalnız piyada yola çıxa bilərsiniz. Nevado de Toluka sizdə unudulmaz təəssüratlar yaradacaq. Ancaq dağdan enmək, velosiped sürmək, dağa dırmanmaq kimi ekstremal idman növləri üçün mütləq təcrübəli bir bələdçi kirayələməyiniz lazım gələcək, çünki ərazi hündürdə yerləşdiyi üçün sizə başgicəllənmə, ürəkbulanma və tarazlığın itirilməsi kimi hallar yaşada bilər.

Las Koloradas

Bu balaca liman mülayim iqlimi ilə bütün insanlarda xoş təəssüratlar yaradır və sən özünü evdəki kimi hiss edirsən. Las Koloradas Yukatan yarımadasının şimalındakı sahildə yerləşir. Siz burada duz sənayesi və balıq ovu ilə məşğul olan əhalini müşahidə edə biləcəksiniz. Liman balaca olduğundan oranı piyada dolaşmağınız məsləhətdir. Amma nə edirsən et çimərliyi nəzərdən qaçırma. Çünki bu çimərlikdə sən özündən başqa heç kəsi görməyəcəksən. Ən gözəli və maraqlısı da odur ki, burada su çəhrayı rəngə boyanır. Las Koloradas limanına getmək məsləhətdir, çünki sahildəki qum təpələri səyahət boyu sizə əvəzsiz anlar bəxş edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İtaliyalı diktator Mussolini üçün tikilən sığınacaq ziyarətçilərə açılıb

BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibəti ilə tədbir keçirilib

BMT-nin mənzil-qərargahında kommunal xərclərə qənaət üçün kondisionerlər söndürülüb

Bülbülün memorial muzeyində beynəlxalq muzeylər günü qeyd olunub

İtaliyada leysan daşqınlara səbəb olub

İsveç müxalifəti: Hökumət milliyyətçi partiyaya təslim olur

Həştərxanda növbəti Xəzər Media Forumu keçiriləcək

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bir sıra qərarları ləğv edilib

Sankt-Peterburq Hərbi Rabitə Akademiyasında partlayış nəticəsində 7 hərbçi yaralanıb

Qızıl Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi Xorvatiyanı məğlub edib

Türkiyə parlamentinin spikeri azərbaycanlı gəncləri qəbul edib

Premyer Liqa: Çempion 7 qolun vurulduğu oyunda "Turan Tovuz"a qalib gəlib

Azərbaycanla Kuba arasında COP29-la bağlı fikir mübadiləsi aparılıb

Əməkdar rəssam Həmzə Sadiqovun fərdi yaradıcılıq sərgisi açılıb

Şəmkirdə iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var

Saatlıda minik avtomobili su kanalına düşüb VİDEO

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb

Vəkillər Kollegiyasının rəhbərliyi hakim təyin olunan vəkilləri təltif edib

FAO, üzvləri və tərəfdaşları COP29-a hazırlaşır

Yığmanın baş məşqçisi: Təəssüf ki, komanda bu gün istədiyi oyunu nümayiş etdirə bilmədi

Böyük Britaniya Şimali Koreyaya və Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi Rumıniya seçməsinə məğlub olub

“Şəhidi şəhidimiz, bayrağı bayrağımız” - ədəbi-bədii gecə

FHN: İntensiv yağışlar səbəbindən Kürdəmir və Saatlıda bəzi ərazilər subasmaya məruz qalıb VİDEO

Bakıda “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu” keçirilib

Fransa Yeni Kaledoniyaya əlavə polis qüvvələri göndərib

Elm və təhsil naziri Masallıda vətəndaşlarla görüşüb

Azərbaycanın təmir üçün göndərdiyi manevr teplovozlarından biri Bakıya çatdırılıb

Rusiya səfiri: Britaniya Ukrayna müharibəsinin “de-fakto” iştirakçısıdır

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”ı təsdiqlənib

Nazir müavini: COP29-un müvəffəqiyyətini təmin etmək üçün irəli sürülən təşəbbüslərin reallaşdırılması üzrə işlər aparılır

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edib

Alimlərin sintez etdiyi yeni maddələr Altsheymerin və şəkərli diabetin müalicəsində istifadə olunacaq

Deputat: Dövlət iqlim dəyişikliyilə bağlı özəl sektorun bütün təşəbbüslərini dəstəkləməyə hazırdır

Azərbaycan hərbi pilotlarının iştirak etdiyi “Anadolu Ankası–2024” beynəlxalq təlimi başa çatıb VİDEO

Belarus Prezidentinin Füzuliyə və Şuşaya səfəri iki ölkə arasında əsl dostluğun nümunəsidir ŞƏRH

® “Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!

Hesablama Palatasının nümayəndə heyəti Kazanda beynəlxalq tədbirdə iştirak edib

Bakıda “AzMİ Akademiya” yaradılır

Kirayə mexanizmi çərçivəsində daha 328 mənzil vətəndaşların seçiminə verilir

“Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təşkil olunan təlim proqramı başa çatıb

® “Kapital Bank”ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı

Şuşa şəhəri ilə tanışlıq Belarus Prezidentində dərin təəssürat doğurub

Baş məşqçi: Nazim Babayev və Anna Skidanın Avropa çempionatında iştirakı dəqiqləşib

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb

Salyan rayonundakı regional seminar-müşavirə yanğın təhlükəsizliyinin təmin edilməsinə həsr olunub

Qarsda Zəngəzur dəhlizinin əhəmiyyəti müzakirə olunub

Sabah muzeylərdə “Açıq qapı” günü olacaq

Moskvada Qazaxıstan və Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin Texnoloji fakültəsini ziyarət edib

Kitabxanaşünaslığın aktual problemləri müzakirə edilib

Nağdsız valyuta bazarında 9 milyard dollarlıq əməliyyat baş tutub

Türkiyədə arxeoloji qazıntı və tədqiqatların sayının 2026-cı ilə qədər 800-ə çatacağı gözlənilir

Fizika və astronomiyanın problemləri - elmi konfrans

“Caspian Agro 2024” sərgisi çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar keçirilib

Gənc cüdoçulardan ibarət Azərbaycan millisinin Avropa Kuboku üçün heyəti açıqlanıb

Təranə Yusifova: Cahangir Cahangirovun musiqisi o qədər əsrarəngizdir ki...

Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş olub

Meksika körfəzində barjın toqquşması nəticəsində təxminən 48 barel neft sızması baş verib

Azərbaycan ərazilərinə dair Osmanlı təhrir dəftərləri tədqiq edilir

Son 10 ildə Prezidentin sərəncamları əsasında Naxçıvana 688 milyon manatdan çox vəsait ayrılıb

“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb

“Avro-2024”: İsveçrə millisinin ilkin heyəti bəlli olub

Taliblər Əfqanıstanda məktəbdə 79 qadının zəhərlənməsini təsdiqləyiblər

ƏAİZ sədri: Logistika və nəqliyyat xidmətlərinə olan ehtiyacları qarşılamaqla yanaşı, nəqliyyat-logistika mərkəzləri yaradırıq

Sərhədçilər qarlı havada xidməti vəzifələrini şərəflə yerinə yetirirlər FOTOLAR VİDEO

Pedaqoji Universitetdə “Heydər Əliyev dərsləri” davam edir

İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı plenar iclasa tövsiyə olunub

“Avropanın mədəniyyət paytaxtı” Liepayada “Azərbaycan Günü”

Lerikdə uçqun olub, Çayrud kəndinə gedən yol bağlanıb FOTO

Bakı Elm Olimpiadası: Məktəblilərin tətbiqi elmlərə marağı artır

DYP: Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək

Bakıda atletika üzrə lisenziya xarakterli ölkə çempionatı start götürüb

Yanğın təhlükəsizliyi ilə bağlı növbəti regional müşavirə keçirilib

Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib

® “Ziraat Bank Azərbaycan” “Fintex Sammit 2024” tədbirində mükafatla təltif edilib

CAR-da çökən binada xilasetmə işləri yekunlaşır

BMU-da “Plagiat.pl” şirkətinin nümayəndələri ilə müzakirələr aparılıb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub: 16 nəfər 300 bal toplayıb

Qobustan və Şamaxı rayon sakinlərinin müraciətləri dinləniləcək

XRİTDX-nin əməkdaşları AzTU-nun tələbələri üçün növbəti ustad dərsi keçiblər

Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək şagirdlər məlum olub

Rişi Sunakın və həyat yoldaşının şəxsi sərvəti 120 milyon funt sterlinq artıb

“Kinomuzu yaradanlar, yaşadanlar” layihəsində növbəti film – “Böyük dayaq”

Azərbaycanın Baş prokuroru Düşənbədəki görüşlərdə həmkarlarını Qarabağdakı bərpa və quruculuq işləri barədə məlumatlandırıb

BMT-Azərbaycan münasibətləri müzakirə olunub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsinin nəticələri açıqlanıb

Azərbaycan Dillər Universitetində Koreya haqqında viktorina keçirilib

AZƏRTAC-ın baş buraxılış redaktoru BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün təlim keçib

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin rektoru ilə görüşüb

Azərbaycan və Serbiya icbari tibbi sığorta sahəsində əməkdaşlıq edəcək

Vladimir Putin: Rusiyanın Xarkovu tutmaq planı yoxdur

Pedaqoji Universitetdə professor Buket Ağqoyunlunun ustad dərsi təşkil olunub

Tezliklə insulin iynələri əvəzləyərək həb şəklində buraxılacaq

Bütün dövlətlərin daxili işlərinə qarışan Fransa təhlükəsizlik yastığını daha makro hesab edir - ŞƏRH

MİQ üzrə qeydiyyatdan keçən müəllimlərin sayı açıqlanıb

AMB-də Neft Fondunun valyuta satışlarının həyata keçirilməsi üzrə 22 hərrac keçirilib

Qazaxıstan Xəzər dənizi ilə daşımaların həcmini artırır

Yağışlı hava şəraitinin mayın 21-dək davam edəcəyi gözlənilir