ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxana mütaliənin təbliği layihəsini davam etdirir
Bakı, 27 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) mütaliənin təbliği məqsədilə kitab hədiyyəsi və “Açıq kitabxana” layihələrini davam etdirir.
Kitabxanadan AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində MEK Dövlət Təhlükəsizlik Xidmətinə, Pirallahı Rayon İcra Hakimiyyətinə, bir sıra dövlət qurumlarına Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin, müasirlərinin əsərlərini, habelə akademik Ramiz Mehdiyevin, professor Əli Həsənovun, türkiyəli tarixçi, professor Seyit Sertçelikin və digər müəlliflərin kitablarını təqdim edib.
Həmçinin kitabxana layihə çərçivəsində AMEA-nın müəssisələrinə, Təhsil Nazirliyinin Cocuq Mərcanlı kənd orta məktəbi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi də daxil olmaqla təhsil müəssisələrinə, Mədəniyyət Nazirliyinə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fonduna, Beynəlxalq Biznes Məktəbinə, Respublika Elmi Pedaqoji Kitabxanasına, Diasporla İş üzrə Dövlət Komitəsi vasitəsilə aidiyyəti təşkilatlara əhalinin mütaliə imkanlarının genişləndirilməsi məqsədilə kitablar hədiyyə edib.