CƏMİYYƏT


Mərkəzi Klinikada unikal əməliyyat icra olunub

Bakı, 18 dekabr, AZƏRTAC

Mərkəzi Klinika Xəstəxanasının (MKX) həkim briqadası klinikanın baş həkimi, kardiocərrah Kamran Musayev və ortoped-travmatoloq Elviz Qasımovun rəhbərliyi ilə bu günlərdə unikal əməliyyat icra edib.

Belə ki, Bakı sakininin MKX-ya müraciət etməsinə səbəb onun iş qəzası nəticəsində sol baldırın aşağı 1/3 nahiyəsinə 2 tonluq cihaz düşməsi nəticəsində aldığı ağır travma olub.

Klinikadan AZƏRTAC-a bildiriblər ki, xəstə baldırın arxa nahiyəsinin dəri və səthi əzələsi qalmaqla subtotal amputasiya olunub. İlk olaraq Sumqayıt Şəhər Xəstəxanasına aparılan xəstənin ətrafı orada total amputasiya edilərək sümük 8 santimetrə qədər kəsilərək güdül formalaşdırılıb.

Sonra MKX–ya gətirilən xəstə təxirə salınmadan əməliyyata alınıb. Ortopedlər tərəfindən güdül açılıb. Güdül və amputant diseksiya edilərək toxumalar (damar, sinir, vətər) müvafiq olaraq tapılıb, sümük eksternal fiksator ilə fiksasiya edilib. Damar cərrahları tərəfindən ilk olaraq tibialis posterior və dorsalis pedis arteriyaları tikilib, dərhal ayaq pəncəsində canlanma, isinmə hiss edilib, damarlar dolub. Sonra 3 dərin və 1 safen vena tikilib.

Ortopedlər tərəfindən əzələ və vətərlər tikilib. Axil vətəri qopmuş olduğundan funksiyası daha yaxın olan digər vətərlərlə rekonstruksiya edilərək, ön qrup vətərlər isə müvafiq əzələlərə tikilib.

Sinirlərdə 6-8 santimetr qısalıq olduğundan birincili tikilə bilinməyib, bağlanılaraq ikincili tikilmə (qreft) üçün hazırlanıb.

Dəri deffekti olduğundan plastik cərrah tərəfindən rotasion fleb çevrilərək safen venanın üzəri bağlanılıb. Bir həftə sonra yaranın açıq yerlərinə dəri qrefti köçürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.