CƏMİYYƏT


“Meyvələrin kralı” manqo yaşlanmaya qarşı qida hesab olunur

Bakı, 15 avqust, AZƏRTAC 

Araşdırmalar “meyvələrin kralı” adlandırılan və tropik meyvə olan manqonun bir sıra faydalarını üzə çıxarıb.

AZƏRTAC xəbər verir ki, manqodakı antioksidant birləşmələrin orqanizmdə yoğun bağırsaq, qan, süd və prostat vəzilərinin xərçənginə qarşı müdafiə yaratdığı məlum olub. Bununla yanaşı, manqo yüksək lif, pektin və C vitamin ehtiva etməklə xüsusilə qanda aşağı sıxlıqlı lipoprotein xolesterinin səviyyəsini salmağa kömək edir.

Təmiz dəriyə sahib olmaq üçün manqonun istifadəsi məsləhət görülür. Belə ki, o, dəridəki dolmuş məsamələri təmizləyir və sızanaqları aradan qaldırır. Həmçinin həmin tropik meyvə insan orqanizminin qələvi ehtiyatını qoruyur.

Hər gün bir dilim manqo yemək A vitamininin gündəlik miqdarının 25 faizini təmin edir. Bu da yaxşı görməyə səbəb olmaqla yanaşı, gecə korluğu və gözlərin qurumasının qarşısını alır.

Manqo E vitamininin mənbəyi hesab olunur. Bununla yanaşı, tərkibindəki zəngin lif həzm prosesini tənzimləməyə, C və A vitaminin bolluğu isə immun sisteminin sağlam və güclü olmasına kömək edir.

Həmin meyvənin ehtiva etdiyi zəngin dəmir ehtiyatının anemiyanın müalicəsində müsbət təsiri var. Müntəzəm olaraq manqo yemək qırmızı qan hüceyrələrinin artmasına yardımçı olur. Manqo hamiləlik dövründə orqanizmin dəmir tələbatını qarşıladığına görə ana olmağa hazırlaşan qadınlar üçün də faydalıdır.

Manqo orqanizmdə kollagen zülallarının istehsalına kömək edən yüksək miqdarda A və C vitaminlərini ehtiva edir. Kollagen qan damarlarının və birləşdirici toxumaların mühafizəsinə yardımçı olur və beləliklə təbii yaşlanma prosesini ləngidir. Bu səbəbdən həmin meyvə haqlı olaraq yaşlanmaya qarşı qida adlandırıla bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.