Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisin deputatı AŞPA-nı qəbul etdiyi qətnamələrin icrasını təmin etməyə çağırıb

Milli Məclisin deputatı AŞPA-nı qəbul etdiyi qətnamələrin icrasını təmin etməyə çağırıb

Strasburq, 28 iyun, AZƏRTAC 

Bu gün mən Avropa Məhkəməsinin icra olunmayan qərarlarından, AŞPA-nın uzun illərdir həyata keçirilməyən qətnamələrindən və illərdir Ermənistan tərəfindən qeyri-qanuni olaraq girov saxlanılan azərbaycanlı məcburi köçkünlər Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışmaq istəyirəm. Azərbaycan dövlətinin səylərinə, sabiq baş katib Torbyorn Yaqlandın çağırışlarına baxmayaraq, Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılması istiqamətində hələ ki, heç bir müsbət irəliləyiş yoxdur. Ermənistan azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov saxlamaqda davam edir. Onlara zülm edilir, işgəncə verilir və sağlamlıqları ilə bağlı vəziyyətləri çox ağırdır. Bu insanların heç bir günahı yoxdur. Onlar, sadəcə, köçkün düşdükləri evlərini, ailə üzvlərinin məzarlarını ziyarətə getmişdilər. Amma Ermənistan neçə ildir ki, bu insanlara işgəncə verir. Dilqəm Əsgərovun oğlu bir neçə gündür Assambleyamızda tədbirlərdə, görüşlərdə iştirak edərək atasına qarşı Ermənistanda verilən işgəncələrin dayandırılmasını və onun azad edilməsi üçün Avropa Şurasının, Parlament Assambleyasının səylərini artırmasını xahiş edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-nın yay sessiyası çərçivəsində keçirilən azad müzakirələrdə qurumdakı nümayəndə heyətimizin üzvü Qənirə Paşayeva söyləyib.

Deputat bildirib ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailəsi və yaxınları onların qısa zamanda azad edilməsi üçün Avropa Şurasının yardımını gözləyirlər. O, Assambleyanı bu insanlıqdan kənar, qeyri-qanunu əməllərə son qoyması üçün Ermənistan dövlətinə ciddi etiraz etməyə, Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün Ermənistana təzyiq göstərməyə çağıraraq deyib: “AŞPA-dan azərbaycanlı girovların azad olunması üçün ciddi dəstək gözləyirik”.

Q.Paşayeva diqqətə çatdırıb ki, Avropa Məhkəməsinin qərarları üzv ölkələrdə icra olunmalıdır. Amma Ermənistan rəhbərliyi İnsan Haqları üzrə Avropa Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” adlı qərarını artıq neçə ildir yerinə yetirməkdən imtina edir. Doğma yurduna qayıda bilməyən qaçqın və məcburi köçkünlərin Avropa Məhkəməsinə müraciəti əsasında qəbul edilmiş bu qərarın yerinə yetirilməsi üçün Avropa Şurası qurumları da ciddi addımlar atmalı və qərarın yerinə yetirilməsi üçün Ermənistanın rəhbərliyinə təzyiq göstərməlidir. Avropa Məhkəməsinin qərarlarının yerinə yetirilməməsi Parlament Assambleyasını ciddi narahat etməlidir və onun yerinə yetirilməsi üçün AŞPA, Avropa Şurası təsisatları Ermənistana ciddi təsir və təzyiqlər göstərməlidir. Bu məsələlərə yanaşmada ikili standartlara yol vermək olmaz. Doğma evinə qayıda bilməyən qaçqın və məcburi köçkünlər AŞPA-nı bu məsələlərdə daha həssas olmağa, AŞPA-nın qəbul etdiyi 1416 saylı qətnamənin yerinə yetirilməsi istiqamətində də Ermənistana təzyiq göstərməyə çağırırlar. Ermənistan həmin qətnaməni yerinə yetirməkdən imtina edir və evlərindən didərgin düşən azərbaycanlıların doğma yurdlarına qayıtmasına imkan vermir.

Azərbaycanlı deputat Parlament Assambleyasının Sərsəng su anbarı ilə bağlı qəbul etdiyi 2085 saylı qətnamədən də danışaraq, Parlament Assambleyasının Ermənistandan su ehtiyatlarından siyasi təsir və təzyiq kimi istifadə etməyə son qoymasını tələb etdiyini xatırladıb. Amma Ermənistan bu qətnamənin həyata keçirilməsi üçün heç bir səy göstərilmir və on minlərlə azərbaycanlının sıx yaşadığı bir neçə rayon bundan ciddi əziyyət çəkir. İndi yay aylarıdır və susuzluqdan əziyyət çəkən bölgələrin əhalisi Assambleyanı bu məsələyə diqqət yetirməyə və qəbul etdiyi qətnamənin yerinə yetirilməsi istiqamətində daha sərt mexanizmlərə əl atmağa və onun yerinə yetirilməsi istiqamətində Ermənistana təzyiq etməyə çağırırıq.

“İyirmi yeddi ildir evlərinə qayıda bilməyən bütün azərbaycanlı köçkünlər onların pozulan haqlarının müdafiəsi istiqamətində daha fəal mövqe tutmağı, bu istiqamətdə səylərinizi daha da artırmağınızı gözləyirlər. İnsan haqlarının müdafiəsi dəyərlərinin qorunması prinsipləri üzərində qurulan AŞPA o insanların səsini dinləməli və onların öz evlərinə qayıda bilməsinə dəstək olmalıdır”, - deyə deputat diqqətə çatdırıb. O, həmçinin vurğulayıb ki, Ermənistan rəhbərliyi, bu ölkənin müdafiə naziri Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsi istiqamətində heç bir addım atmamaqla yanaşı, bölgədə vəziyyəti daha da gərginləşdirən təxribat xarakterli açıqlamalar verirlər. AŞPA bu açıqlamalara sərt münasibət bildirməli və qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi üçün daha ciddi addımlar atmalıdır.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qaxda keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin xalq qarşısındakı xidmətlərindən danışılıb

Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub, birinci tunelin açılışında iştirak edib  YENİLƏNİB

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi İstanbulda ehtiramla anılıb

Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş YENİLƏNƏCƏK

İki nəfərin göldə boğularaq ölməsi ilə əlaqədar Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılır

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə Taxtakörpü qəsəbəsində ağacəkmə aksiyası keçirilib

Amerikalı mütəxəssisin AzMİU-da sərgisi açılıb

Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş ağacəkmə aksiyası keçirilib

Dörd ayda DSMF-nin xərcləri 267 milyon manat artaraq 2 milyard 271 milyon manat təşkil edib

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində bir nəfər ölüb

Dövlət Xidmətində bir qrup şəxsə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” medalı təqdim edilib

Prezident İlham Əliyev Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edib  YENİLƏNİB

Çinin Şaansi vilayətinin nümayəndə heyəti Sumqayıtda səfərdə olub

“Qafqazdan dünyaya doğan günəş” - tədbir

Çadın hərbi lideri Debi İtno mübahisəli seçkilərin qalibi elan edilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Qazaxıstanlı nazir: Bakı, Astana və Daşkənd energetika sistemlərinin inteqrasiyası layihəsi üzərində iş aparır

BDU tələbələrinin “MDB-nin ən yaxşı tədqiqatçıları - 2024” müsabiqəsində uğuru

Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNƏCƏK

Sadır Japarov: Qırğızıstandan gizli yolla qızıl çıxarılması barədə video saxtadır

Ümummilli Lider Heydər Əliyevin ideyaları daim yaşayacaq

Mədəniyyət Nazirliyinin kollektivi Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini ehtiramla anıb

Müdafiə Sənayesi Nazirliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub YENİLƏNƏCƏK

AZAL-ın kollektivi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edib

Şərqşünas alim Ankarada keçirilən simpoziumda məruzə edib

Ankaradakı Heydər Əliyev adına məktəbdə Ulu Öndərin xatirəsinə konsert proqramı təşkil olunub

Fidan Hacıyeva: İkinci Beynəlxalq Opera Festivalı da olacaq!

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNƏCƏK

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNƏCƏK

Bərdə rayon sakinini öldürməyə cəhd faktı ilə bağlı cinayət işi başlanılıb

Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb

BP-də çalışan azərbaycanlı işçilərin sayı artıb

Pekində Ulu Öndərin fikirləri əsasında hazırlanmış “Xalq öz dili ilə yaranır” adlı Azərbaycan dili dərsliyinin təqdimatı olub

ƏƏSMN-in kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla anıb

Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər

“Böyük Dəbilqə”: Azərbaycanın 4 cüdoçusu medal görüşünə çıxacaq

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

BƏƏ mediası Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş məqalə dərc edib

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlanıb

Sabunçu rayonunda aşkarlanan narkoplantasiyada 1500 ədəd çətənə kolu götürülüb VİDEO

Müstəqilliyimizi əbədi və dönməz edən Ulu Öndər

MEK Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş sərgi təqdim edir

Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə paylaşım edib

Ukrayna F-16 qırıcısı üçün ilk uçuş simulyatorunu alıb

Türk dillərinin qrammatikası üzrə əməkdaşlıq haqqında protokol imzalanıb

Azərbaycanda COP29-a töhfə vermək məqsədilə genişmiqyaslı ağacəkmə aksiyası və fləş-mob keçirilib

Budapeşt və Pekin beynəlxalq mübahisələrin sülh yolu ilə həllinin tərəfdarıdır

Maşın təlimi alqoritmlərinin müqayisəli təhlili aparılıb

ÇXR XİN: Bayden Çin mallarına yeni rüsumlar planlaşdırmaqla Trampın səhvini təkrarlayır

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində seminar keçirib

Milli Məclisin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Akademik İsa Həbibbəyli Türk Dil Qurumunun rəhbəri professor Osman Mert ilə görüşüb

Səfir: Hazırda türk birliyinə gedən yolda əmin addımlarla irəliləyirik

Məzahir Pənahov: Parlament seçkiləri ilə bağlı fəaliyyətimizi artıq həyata keçiririk

İlin ən yaxşı baş məşqçisi, futbolçusu və komandası adına namizədlər açıqlanıb

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

Ulu Öndər Heydər Əliyevin unudulmaz xatirəsi AzMİU-da anılıb

Baş Prokurorluq Mehman Xəlilovun təqsirləndirildiyi cinayət işi üzrə mediada yayılan məlumatlara münasibət bildirib

XRİTDX Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünü qeyd edib

Ceyhun Bayramov: COP29 əməkdaşlıq üçün yeni platformadır

Nigeriyada naməlum silahlılar tələbələri girov götürüblər

DİN-in əməkdaşları Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini böyük ehtiramla anıblar

ETSN-in mətbuat katibi: Sabahdan “Təmiz ölkəm” şüarı ilə maarifləndirici təmizlik aksiyalarına başlanılır

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə xərcləri azalıb

Şotlandiyanın yeni birinci naziri: Beş il ərzində Şotlandiya müstəqil ola bilər

Cənubi Qafqaz Boru Kəmərinə bu il çəkilən xərclərin həcmi açıqlanıb

Bakıda qızıl medal qazanan koreyalı atıcı yeni dünya rekorduna imza atıb

Andrey Kovalenko: Rusiyanın Ukraynanın Xarkov şəhərinə hücumu üçün resursları yetərli deyil

QDİƏT PA Baş Assambleyasının 63-cü plenar iclası Tirana şəhərində keçiriləcək

Səngəçal terminalından ixrac edilən neft və kondensatın hamısı BTC vasitəsilə nəql edilib

Cahit Bağcı: Türk şirkətləri Qarabağda aparılan bərpa-quruculuq işlərində fəal iştirak edirlər VİDEO

Kino Agentliyinin Apellyasiya Komissiyası film layihələri ilə bağlı yekun nəticələri elan edib

Naxçıvanda “Bookfest” festivalında 900 çeşiddə 70 minə yaxın kitab və digər nümunələr sərgilənir

Britaniya gəmisi Ədən körfəzində hücuma məruz qalıb

BTC vasitəsilə 568 milyon ton xam neft nəql edilib

Arif Əsədov: “Şamaxı”nın Premyer Liqaya vəsiqə qazanmaması uğursuzluq olar

Britaniya iqtisadiyyatında geriləmə dayanıb

Tbilisidə və Rustavidə xalqımızın Ümummilli Liderinin abidəsi ziyarət olunub

Prokurorluğun rəhbər heyəti və əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər

Ukraynada Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uinston Çörçilin təsvir olunduğu rəsm əsəri hərraca çıxarılıb

Bakıdakı Rus evi 9 May - Qələbə Gününə həsr olunmuş konsert təşkil edib

“Şahdəniz” yatağından 7 milyard kubmetr qaz hasil edilib

AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib

Ulu Öndər Heydər Əliyev Azərbaycan gənclərinin xaricdə təhsil almasında mühüm rol oynayıb

® Sabunçu rayonunda könüllü qanvermə aksiyası keçirilib

Tayvan sahillərində 5,7 bal gücündə zəlzələ olub

“AzerGold”un Müşahidə Şurasının növbəti iclası olub

Bu ilin birinci rübündə AÇG yatağından 31 milyon barel neft çıxarılıb

Professor: Heydər Əliyevin yüksək nitq mədəniyyəti xüsusi araşdırmaya layiq mühüm bir məsələdir

Bakıda beynəlxalq seysmoloji konfrans keçiriləcək

® İlk dəfə rekord sayda spiker “Caspian Investment Forum Prague 2024”də

Müstəqil dövlətimizin ən müasir tarixi Ulu Öndərin adı ilə bağlıdır RƏY

MİQ üzrə müsabiqəyə buraxılacaq qeydi-pedaqoji ixtisasların siyahısı müəyyənləşib

Tanınmış mütəxəssisin Azərbaycan millisinə baş məşqçi təyin olunacağı ilə bağlı xəbərlərə aydınlıq gəlib

Cari ilin birinci rübündə AÇG üzrə əsaslı məsrəflərə 347 milyon dollar xərclənilib

Dendrologiya İnstitutu İtaliyadan yeni toxum növləri əldə edib

ABA: Türk bank icmalarının birgə fəaliyyəti ölkələr arasındakı iqtisadi bağların güclənməsinə imkan yaradacaq