SİYASƏT


Monteneqro telekanalının izləyicilərinə Azərbaycanın əks-hücum əməliyyatları barədə məlumat verilib VİDEO

Bakı, 15 оktyabr, AZƏRTAC

Azərbaycan-Monteneqro Mədəni-İqtisadi Mərkəzinin direktoru Seyran Mirzəzadə Monteneqronun “A1” televiziya kanalının “Tamo i natrag” (“Oraya və geriyə”) verilişinin qonağı olub. Bir qayda olaraq ölkədaxili, regional və beynəlxalq siyasi proseslərin təhlili aparılan verilişdə sentyabrın 27-dən etibarən Ermənistanın növbəti hərbi təcavüzünə qarşı Azərbaycan Ordusu tərəfindən həyata keçirilən əks-hücum əməliyyatları haqqında geniş məlumat verilib.

AZƏRTAC xəbər verir ki, Ermənistanın Azərbaycana qarşı əsassız iddiaları nəticəsində ölkəmizin ərazisində işğalçılara qarşı sülhə məcburetmə və torpaqlarımızın işğaldan azad olunması üçün əməliyyatların həyata keçirildiyi televiziya tamaşaçılarının diqqətinə çatdırılıb.

Bildirilib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin destruktiv və təcavüzkar siyasəti bu ölkəni çıxılmaz vəziyyətə salıb. Qeyd olunub ki, bütün dünya ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıdığına, Ermənistanın bu işğala haqq qazandırmaq üçün heç bir qanuni arqumentinin olmadığına görə ölkəmizə qarşı qarayaxma kampaniyası aparılır. Məhz bu səbəbdən bir sıra ağlagəlməz iddia və böhtanlarla beynəlxalq ictimaiyyəti aldatmağa cəhdlər göstərilib.

Seyran Mirzəzadə Ermənistan terrorçu dövlətdir. Hələ ötən əsrin 80-ci illərində erməni terror təşkilatları Avropanın bir sıra şəhərlərində, o cümlədən Belqradda türk diplomatlarına qarşı terror aktları törədiblər. Belə bir ölkənin Azərbaycanı döyüş bölgəsinə digər ölkələrdən terrorçular gətirməsi ilə bağlı ittiham etməsi absurddur.

Vurğulanıb ki, Ermənistan hökumətinin Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməməsi və işğal siyasətini davam etdirməsi nəticəsində münaqişə nəinki hərbi yolla həllini tapacaq, eyni zamanda, Ermənistanın dəhşətli humanitar fəlakətlə, sosial-iqtisadi böhranla üzləşəcək.

Həmçinin qeyd edilib ki, Azərbaycanın mövqeyi beynəlxalq hüquqa əsaslanır, beynəlxalq ictimaiyyətin ikili standartlardan çıxış edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.