Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Naməlum Şarcə: üfüqləri genişləndirərkən

Bakı, 29 iyun, AZƏRTAC

Şarcə qeyri-adi yer, 6000 illik tarixə malik müasir şəhər, sahillərini Ərəbistan və Oman körfəzləri sularının yuduğu, lacivərdi çimərliklərdən qumlu səhraya və dağlaradək uzanan landşaftı olan əmirlikdir.

Biz bu möcüzəli diyarla tanışlığı davam etdiririk. Marşrutumuz bizi şəhərin mərkəzindən şərq sahilindəki ən uzaq anklavlaradək aparır.

Şəhərin lap mərkəzində

Şarcənin paytaxtının ən gözəl yerlərindən biri Al Macazdır. Bu, dənizin sahilində yerləşən, çəmənliyi və qaçış yolları olan, uşaqlar və böyüklər üçün bir çox əyləncə obyektlərinin, o cümlədən miniqolf meydançasının, su attraksionlarının, qalereyaların, rəqs edən fəvvarənin, çoxsaylı kafe və restoranların yerləşdiyi məşhur parkdır. Orada biz xudmani “Zahr El Leymon” restoranına getdik. Bizə ərəb mətbəxi yeməklərindən ibarət bir ziyafət verdilər. Mutabalın (qızardılmış badımcandan hazırlanır), ədviyyatlı sousda ətin və kababın dadı damağımızda hələ uzun müddət qalacaq. Restoranın təəssüratını Xalid gölünə gedib çıxan terras gücləndirir. Bu fonda gözəl fotolar çəkmək olar.

Şarcənin digər cəlbedici mərkəzlərindən biri Al Kasbadır. Həyat burada hər zaman qaynayır. Al Kasbada desert və ənənəvi ərəb qəhvəsinin verildiyi çoxsaylı qəhvəxanalar, habelə qalereyalar, mağazalar var. Bunların üzərində 60 metrlik “Eye of the Emirates” attraksion-panoramı ucalır. Onun kabinələrindən gözəl mənzərələri seyr etmək olaq.

Yüksək mədəniyyətdən zövq almaq üçün İncəsənət Meydanına getməyiniz məsləhətdir. Burada Yaxın Şərqdə müasir incəsənət aləminin ən parlaq hadisələrindən biri olan Şarcə Biennalesi keçirilir. Körfəzin bu art-məkanında dünyanın hər yerindən yaradıcı adamlar öz innovativ mədəni təcrübələrini nümayiş etdirirlər. XIX əsrdə Britaniya komissarı üçün tikilmiş Al Serkal evi biennalenin meydançalarından biri kimi xidmət göstərir. 1960-cı illərin əvvəlində bu bina Şarcədə ilk doğum evinə çevrilib. Hazırda bu qəşəng üçmərtəbəli bina məşhur müasir rəssamların əsərlərinin sərgiləndiyi qalereya kimi fəaliyyət göstərir.

Şarcənin mərkəzində gəzintini alış-verişlə başa vurmaq olar. Burada çoxlu sayda müasir və böyük ticarət mərkəzləri fəaliyyət göstərir. Onların sırasında “Mega Mall”, “Sapphire Mall”, “Sahara Center”, “Sharjah City Centre” və digər məşhur ticarət-əyləncə mərkəzlərini qeyd etmək olar. Bu mərkəzlərdə mağaza və supermarketlərlə yanaşı, geniş çeşiddə əyləncə obyektləri də var. Məsələn, “Sahara Center”də “Adventureland” qapalı attraksionuna çoxlu əyləncə növləri, o cümlədən “Amerika təpəcikləri” daxildir.

Sivilizasiyanın beşiyi

Əgər siz əmirliyin paytaxtının qızıl qumlu səhrası və ən gözəl çimərlikləri olan ucqar yerlərinə getməsəniz, Şarcə ilə tanışlığınız mükəmməl olmayacaq.

XX əsrin əvvəllərində Ərəb Əmirliklərində neft aşkar ediləndən sonra ölkənin sürətli inkişafı dillərdə dastan olub. Lakin Birləşmiş Ərəb Əmirlikləri dövləti yaranmamışdan əvvəl bu torpaqlarda insanların necə yaşaması barədə çox az adamın məlumatı var. Əmirlik ərazisində aparılmış arxeoloji qazıntılar Şarcənin qədim tarixi barədə maraqlı faktları üzə çıxarıb. Məsələn, bu regionda min il əvvəl həyatın necə olması barədə məlumatı “Mleiha” arxeoloji mərkəzindən öyrənmək olar. Burada dəmir dövründən b.e.ə. X-V əsr yaşayış məskənlərinin qalıqlarına qədər aşkar olunmuş artefaktlar Hacar dağlarının yeraltı sularından falac texnologiyası əsasında istifadə edilərək oturaq əkinçilik sivilizasiyasının inkişafını təsdiqləyir. Bu texnologiyanın əsası ondan ibarətdir ki, yeraltı və ya bulaq suyu ağırlıq qüvvəsinin təsiri ilə kənd təsərrüfatı və məişət ehtiyaclarını ödəmək üçün kilometrlərlə uzağa istiqamətləndirilir. Bu sistemin necə işlədiyini “Mleiha” arxeoloji muzeyinin müasir interaktiv ekspozisiyasında görmək olar. Qoruğun ərazisində qazıntılar zamanı, həmçinin b.e.ə. III minilliyə aid məzarlar aşkar edilib. İslamın yaranma dövrünə aid məzarlar da maraq doğurur. Bu məzarlarda nizə və dəvəsi ilə basdırılan insan qalıqları aşkar edilib. Arxeoloji muzeydə bu məzarın rekonstruksiyasını təbii ölçüdə də görmək olar. “Mleiha” arxeoloji mərkəzinin unikallığı ondan ibarətdir ki, buraya gələnlər nəhəng ərazini gəzərək qədim məzarları, mağaraları, yaşayış məskənlərinin qalıqlarını görə bilərlər. Bütün bu sadalananlar qum təpələri və qayalarla əhatə olunub. Burada, xüsusilə də qürubdan öncə çəkilən fotolar çox effektiv olur. Arzu edənlərə “Mleiha” mərkəzi sürücü və avtomobil təşkil edir.

Xor Fakkan kurortu

Xor Fakkan şəhəri qonşu Füceyra əmirliyinin ərazisində Şarcənin anklavlarından biridir. Şəhərin adı “iki çənə arasında” kimi tərcümə edilir və ərazinin iki coğrafi burun arasında liman olmasını bildirir. Xor Fakkan Oman körfəzi boyunca uzanır və turistləri qəşəng çimərlikləri və dağlarla əhatə olunmuş sahilyanı şəhər kimi cəlb edir. Burada sakit istirahət və dayvinq üçün şərait yaradılıb.

Təbii ki, Şarcənin mərkəzindən Xor Fakkana gəlmək üçün Füceyranın ərazisindən keçmək lazımdır. Yolda avtomobilin pəncərəsindən baxarkən görünən təpəciklərin üstündə qədim qalaçalar, müşahidə qüllələri ətraf mənzərəyə əsrarəngizlik verir.

Xor Fakkanın girəcəyində ölkənin ən qədim məscidi Al Badiya yerləşir. XV əsrdə tikilmiş bu dini ocaq 2003-cü ildə bərpa edilib. Bu obyektin memarlıq üslubu region üçün səciyyəvi məscidlərdən fərqlənir və daha çox Yəməndə Qırmızı dənizin sahilində tikilmiş məscidlərə bənzəyir. Müxtəlif ölçülü daşlardan və çiy kərpicdən tikilmiş bu bina çoxqatlı ağ suvaqla örtülüb. Maraqlıdır ki, bu balaca məscid indiyədək fəaliyyət göstərir.

Xor Fakkanın əhalisi kifayət qədər çox və zəngindir. Cənub tərəfdən gələndə siz dağlarla əhatə olunan böyük Şarcə Universiteti korpusunun yanından keçəcəksiniz. Sonra villalar və çoxmərtəbəli böyük binalar ucalır. Həmçinin qarşınıza meyvə-tərəvəz bazarı çıxacaq.

Xor Fakkanın şimalında dənizin sahilində “Oceanic Khorfakkan” kurort spa oteli yerləşir. Burada rusdilli adamlarla qarşılaşdıq. İstirahət edənlərə su idmanının müxtəlif növləri, balıq tutmaq və yaxtada gəzinti təklif edilir. Otelin damında dünya mətbəxi nümunələrini təklif edən restoran, çimərlikdə isə xudmani kafe yerləşir.

Son söz əvəzi

Şarcədən çox xoşumuz gəldi. Bu gözəl əmirliyin cazibəsi qarşısında davam gətirmək çətindir. Şəhərdə müasir infrastruktur bakirə təbiətlə - lacivərdi çimərliklər, göllər, dağlar və səhralarla yanaşı mövcuddur. Sürətli inkişaf və genişlənən multikultural mühit Şarcəyə öz irsini qoruyub saxlamağa mane olmur. Adamlar burada bir-birilə hörmət və nəzakətlə davranır, qonaqlara qeyri-adi mehribanlıq nümayiş etdirirlər. Elə buna görə də Şarcəyə bir daha qayıtmaq istəyirsən.

Yazının əvvəlini aşağıda qeyd edilən linkdən oxumaq mümkündür:   http://azertag.az/xeber/Namelum_Sarce-1071917

 

Emil Eyyubov

Fotolar Fuad Səfərəliyevindir

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Növbəti köç karvanı Füzuliyə çatıb

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb YENİLƏNƏCƏK

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-ün tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO