İQTİSADİYYAT


Nazir müavini: Azərbaycan Xəzəryanı ölkələrin hər biri ilə siyasi və iqtisadi sahədə sıx əməkdaşlıq edir

Bakı, 19 sentyabr, AZƏRTAC

Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya Azərbaycan və Rusiya arasındakı ikitərəfli münasibətlərin töhfəsidir. Azərbaycan Xəzəryanı ölkələrin hər biri ilə siyasi və iqtisadi sahədə sıx əməkdaşlıq edir. Bu da Xəzərdə qarşılıqlı təhlükəsizliyin, etimadın təmini üçün mühüm amildir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Xarici İşlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov sentyabrın 19-da işə başlayan IX Beynəlxalq “Caspian Energy Forum Baku – 2019”da deyib.

X.Xələfov qeyd edib ki, Xəzərin hüquqi statusu haqqında Konvensiya 3 istiqaməti əhatə edir: “Birincisi, regionda əməkdaşlığın daha da möhkəmlənməsidir. Bu Xəzəryanı ölkələr arasında siyasi dialoqun, beynəlxalq münasibətlərin inkişafına təkan deməkdir. İkinci istiqamət iqtisadi, üçüncü istiqamət isə ekoloji əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Xəzərin ekoloji hüququnun formalaşması burada həyata keçirilən bütün layihələrin beynəlxalq ekologiya standartlarına cavab verməsinə səbəb olacaq. Xəzər yalnız ətrafındakı ölkələri yox, həmçinin Avropa və Asiyanı birləşdirir”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.