MƏDƏNİYYƏT


OĞUZDA YENİ SAĞLAMLIQ MƏRKƏZİ TİKİLƏCƏKDİR

Oğuz, 5 avqust (AZƏRTAC). Son illər Oğuz rayonunda turizmin inkişafı üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin Oğuza səfəri zamanı söylədiyi “Oğuz şəhəri çox gözəl təbii sərvətlərə malikdir. Gözəl təbiəti var, iqlimi var. Əminəm ki, turizmin inkişafı Oğuz rayonunun gələcək inkişafına böyük xidmətlər göstərəcəkdir” fikirləri yerli iş adamlarının, sahibkarların bu sahəyə marağını daha da artırmışdır.

Rayon İcra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, tezliklə Oğuz şəhərinin girişində smeta dəyəri 8 milyon manat təşkil edəcək 90 çarpayılıq yeni sağlamlıq mərkəzinin tikintisinə başlanılması nəzərdə tutulur. Tikintinin aparılması üçün artıq ilkin hazırlıq işləri başa çatdırılmışdır. Mərkəzin tikintisinə bu ilin sentyabrında başlanılacaqdır.

Bundan əlavə, hazırda Oğuz şəhərində, habelə rayonun Calud və Xalxal kəndləri ərazisində yeni turizm obyektlərinin tikintisi davam etdirilir. Bu obyektlərin tikintisinə ümumilikdə 15 milyon manata yaxın sərmayə qoyulması nəzərdə tutulur. Eyni zamanda, “Qoşabulaq” adlanan ərazidə 2007-ci ildə tikintisinə başlanılan və smeta dəyəri 2 milyon manat olan yeni turizm obyektinin, habelə “Azərbaycan-60” adlanan ərazidə smeta dəyəri 6 milyon manat olan ala balıqların bəsləmə mərkəzinin tikintisi də davam etdirilir. Mərkəzdə həm də turizm obyektləri fəaliyyət göstərəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.