İQTİSADİYYAT
“PAŞA Həyat Sığorta” ASC nizamnamə kapitalını 25,2 milyon manata çatdıracaqdır
Bakı, 8 may (AZƏRTAC). Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “PAŞA Həyat Sığorta” ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına almışdır.
ASC-dən AZƏRTAC-a bildirilmişdir ki, səhmlərin hər birinin nominal dəyəri 3 min 600 manat, sayı 7 min ədəd, emissiyanın ümumi həcmi isə 25,200 milyon manat təşkil edir.
Emissiya sığorta şirkətinin hər birinin nominal dəyəri 2 min 150 manat olan 7 min ədəd (ümumi həcmi 15,050 milyon manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcəkdir. Konvertasiya nəticəsində sığorta şirkətinin nizamnamə kapitalı 67,4 faiz artaraq 25,200 milyon manata çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]