Azərbaycan Dövlət İnformasiya Agentliyi

QARA İLYASOV ADINA QUBADLI 1 NÖMRƏLİ ORTA MƏKTƏBİNİN 125 İLLİK YUBİLEYİ QEYD EDİLMİŞDİR

Qubadlı rayonundakı Qara İlyasov adına 1 nömrəli orta məktəbin əsası 1882-ci ildə qoyulmuşdur. Məktəbin 125 yaşı tamam olmuşdur. Ermənistanın hərbi təcavüzü nəticəsində məcburi köçkünlərə çevrilmiş bu rayonun sakinləri, məlum olduğu kimi, əsasən Sumqayıtda məskunlaşmışlar. AZƏRTAC xəbər verir ki, dekabrın 15-də Səməd Vurğun adına Sumqayıt şəhər mədəniyyət sarayında təşkil edilmiş yubiley mərasiminə respublikanın dövlət qurumlarının, idarə və təşkilatların, rayon ictimaiyyətinin nümayəndələri və məktəbin məzunları toplaşmışdı.

Səhər tezdən rayon icra hakimiyyətinin nümayəndələri, qonaqlar və məktəbin pedaqoji kollektivinin üzvləri Bakıda Fəxri xiyabana getmiş, Azərbaycan xalqının ümummilli lideri dahi Heydər Əliyevin işıqlı xatirəsini yad etmiş, onun məzarı önünə tər güllər qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı önünə də tər çiçəklər düzülmüşdür. Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş, Sumqayıtdakı Şəhidlər xiyabanında uyuyan mərd vətən oğullarının xatirəsi də yad edilmiş, onların məzarları üzərinə güllər qoyulmuşdur.

Mədəniyyət sarayının foyesində bu gün qeyri-adi canlanma var idi. Burada Qara İlyasov adına 1 nömrəli orta məktəbin keçdiyi şərəfli yoldan bəhs edən böyük fotostend düzəldilmişdi. Əksəriyyəti ilk dəfə nümayiş etdirilən fotoşəkillərdə İrəvan gimnaziyasının məzunları, sonra bu dünyəvi məktəbin ilk müəllimləri olmuş direktor Həşim bəy Nərimanbəyovun və Mehdi bəy Məlikaslanovun nurlu simaları diqqəti cəlb edir. Fotomateriallar kaleydoskopuna baxan tamaşaçılar öz müəllimlərini bir daha xatırladılar. Axı, bu məktəbin on minlərlə məzunu məhz həmin insanların ağlı, zəkası, istedadı və yüksək vətənpərvərliyi sayəsində həyata vəsiqə almışdır.

Atalar yaxşı deyiblər ki, insanı nə qədər xatırlayırlarsa, onun ömrü də o qədərdir. Bu əlamətdar gündə məktəbin yubiley mərasiminə toplaşanlar onun inkişafına töhfələr vermiş, pərvazlandığı bu ocağa ləyaqətlə xidmət etmiş hər kəsin xatirəsini yad etdilər. “Bərgüşad” qəzetinin bu şanlı yubileyə həsr edilmiş xüsusi buraxılışı tədbir iştirakçılarına paylandı. Qəzetin bu nömrəsində məktəbin tarixinin bir sıra şanlı səhifələrindən bəhs edilir. Bu materiallarla tanış olduqda məlum olur ki, Qubadlıda ilk dünyəvi məktəb yaradılması təşəbbüsünü irəli sürənlər rayon sakinləri İbrahim bəy və Qazi Həsən bəy olmuşdur. Onlar 1882-ci ilin may ayında Yelizavetpol (Gəncə) qubernatorunun qəbulunda olmuş, rayonda ilk dünyəvi məktəbin açılmasına icazə almışdılar. Elə həmin ilin sentyabr ayında məktəb fəaliyyətə başlamış və iki nəfər müəllim 43 şagirdə dünyəvi elmlərdən dərs deməyə başlamışdı. Sonra bu məktəbin rəhbəri estafetini sovet dönəmində ilk ordenə layiq görülmüş soydaşımız Çingiz İldırımın yaxın qohumu, Qori Seminariyasında təhsil almış Həsən bəy Sultanov qəbul etmişdi. Məktəbdə tədrisin həm də rus dilində aparılması onun məzunlarına təhsillərini Rusiyanın və Avropanın ali məktəblərində davam etdirmək imkanı verirdi. Məktəbdə qızlar da oxuyurdu. Məktəbin ən yaxşı məzunlarının siyahısına yüksək nailiyyətlər əldə etmiş şagirdlərin adı daxil edilmişdir. Onların arasında 6 nəfər Milli Qəhrəman, 4 nəfər Sosialist Əməyi Qəhrəmanı, 9 nəfər görkəmli dövlət xadimi və ictimai xadim, 18 elmlər doktoru, 18 elmlər namizədi, 4 məşhur yazıçı, 3 jurnalist, 2 tanınmış idmançı vardır. Məktəbin müəllimlərindən beş nəfəri dövlət təltiflərinə layiq görülmüşdür.

Salonda bayram əhval-ruhiyyəsi hiss olunurdu. Azərbaycanın dövlət himni səsləndi.

Respublikanın təhsil naziri Misir Mərdanov Azərbaycan Prezidenti İlham Əliyevin təbrik məktubunu oxudu. Tədbir iştirakçıları dövlətimizin başçısının xoş sözlərini və arzularını ayaq üstə, gurultulu alqışlarla qarşıladılar. Nazir məktəbin direktoru Nuşirəvan Əsədova və pedaqoji fəaliyyətdə fərqlənmiş müəllimlərə “Respublikanın qabaqcıl təhsil işçisi” döş nişanlarını və nazirliyin fəxri fərmanlarını təqdim etmişdir.

Yubilyar məktəbin şagirdləri musiqi sədaları altında zala daxil olmuşlar. Vətənimizi və xalqımızı tərənnüm edən şeirlər səslənmişdir. Respublika Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün həyata keçirdiyi irimiqyaslı layihələr barədə məlumat vermişdir. Ə.Həsənov yubilyar məktəbin kollektivini təbrik edərək onları əmin etmişdir ki, növbəti tədris ili başlanana qədər Sumqayıtda dövlət vəsaiti hesabına bu məktəb üçün yeni bina tikiləcəkdir.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev qeyd etmişdir ki, XIX əsrin axırlarında Qubadlıda ilk təhsil ocağının yaradılması bu ucqar dağlıq diyarın əhalisinin maariflənməsində və inkişafında çox müsbət rol oynamışdır. Natiq qeyd etmişdir ki, bu məktəbin özünəməxsus ənənələri vardır. Bu ənənələr layiqincə davam etdirilir. Şəhər icra hakimiyyətinin başçısı tədbirə toplaşanları sumqayıtlılar adından təbrik edərək bildirmişdir ki, məktəb binasının tikilməsi üçün torpaq sahəsi ayrılmışdır.

Şuşa Rayonu İcra Hakimiyyətinin başçısı Nizami Bəhmənov, Cəbrayıl Rayonu İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev, Milli Məclisin deputatı, Texniki Universitetin prorektoru Aslan Şahverdiyev, məktəbin məzunları - Pedaqoji Universitetin professoru Edil Eyvazov və Bakı Dövlət Universitetinin professoru Abbas Abbasov onlara həyat vəsiqəsi vermiş doğma məktəb haqqında xatirələrini söyləmiş, onun kollektivinə uğurlar arzulamışlar.

Qubadlı Rayonu İcra Hakimiyyətinin başçısı Malik İsaqov yubiley tədbirinə yekun vuraraq çıxış edənlərə səmimi sözlərinə görə təşəkkürünü bildirmiş, dövlətimizin məcburi köçkünlərin ehtiyaclarına diqqətini və qayğısını xüsusi vurğulamışdır. Qeyd edilmişdir ki, respublika iqtisadiyyatının dinamik inkişafı bu qəbildən olan insanların rifahının yaxşılaşmasına təsir göstərir. Natiq qeyd etmişdir ki, yağı düşmənin təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşmüş rayon sakinləri bütün çətinliklərə baxmayaraq, yaxın gələcəkdə öz ata yurdlarına qayıdacaqlar. Rayon icra hakimiyyətinin başçısının qeyd etdiyi kimi, ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti buna əminlik yaradır. M.İsaqov bildirmişdir ki, Qubadlı camaatı möhtərəm İlham Əliyevi ölkəmizin alternativi olmayan prezidenti kimi görür. Rayon sakinləri Qarabağ probleminin dinc yolla həll edilməsinin mümkünlüyünü məhz Prezident İlham Əliyevin adı ilə bağlayırlar. Rayon rəhbəri qeyd etmişdir ki, Qubadlı sakinləri Prezident İlham Əliyevə tam etimad bəsləyir və növbəti seçkilərdə onu dəstəkləyəcəklərini bəyan edirlər.

Tədbir iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.

Təntənəli yığıncaqda Prezidentin İcra Aparatının məsul işçisi Rövşən Ağayev, Abşeron Rayonu İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Nazirlər Kabinetinin şöbə müdiri Qurban Sadıqov, Milli Məclisin deputatı İmamverdi İsmayılov və başqaları iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səudiyyə Ərəbistanı Suriyadakı layihələri üçün “İlaf” İnvestisiya Fondu yaradıb

Misirdə iri həcmdə narkotik qaçaqmalçılığının qarşısı alınıb

Qərbi Azərbaycan İcması: Ermənistan məhkəməsinin qərarı Azərbaycanın suverenliyinə qarşı yönəlib

Tbilisidə antisanitariya səbəbindən 9 məşhur restoran bağlanıb

Naxçıvan atleti ölkə üzrə rekord nəticə göstərib

Səudiyyə Ərəbistanı və Suriya birgə aviaşirkət təsis ediblər

Milandakı Qış Olimpiya Oyunlarında təqdim olunan milli formalar dizaynerlərin diqqət mərkəzindədir

Saloniki UNESCO tərəfindən “Qastronomiya şəhəri” seçilib

Neamts qalası: XVII əsrin gizli iqtisadiyyatı və saxta pul istehsalı

Azərbaycan və Türkiyə XİN rəhbərləri arasında telefon danışığı olub

Marneulidə Xalq artisti Qara Qarayevin xatirəsinə həsr olunmuş konsert verilib

“Odlar Yurdu” boks klubunun üzvü Berlində keçirilən beynəlxalq yarışda qələbə qazanıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Berlində keçirilən beynəlxalq yarışda qələbə qazanıb VİDEO

Nadir metallar uğrunda yarışda Rumıniya Aİ-nin strateji xəritəsində ön plana çıxır

“Exit-poll”: Liberal Demokrat Partiyası parlamentdə üstünlüyü təmin edib

“Qış nağılı” festivalında “Bakı-Neapol: musiqi körpüsü” kamera axşamı keçirilib VİDEO

“Qış nağılı” festivalında “Bakı-Neapol: musiqi körpüsü” kamera axşamı keçirilib VİDEO

Gürcüstanın qərbində torpaq sürüşməsi baş verib

Naxçıvanda tətbiq olunan güzəştlər sahibkarların fəaliyyətinin genişlənməsi üçün güclü baza yaradacaq - ŞƏRH

Emil Əfrasiyab: Qəbələ festivalı mədəniyyətimizin təbliğinə xidmət edən gözəl ənənəyə çevrilib

Gürcüstanın fiqurlu konkisürmə komandası Qış Olimpiya Oyunları tarixində ilk dəfə finala yüksəlib

Naxçıvanda 8–18 yaşlı şahmatçılar arasında birinciliyə yekun vurulub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sulutəpə dairəsi istiqamətindəki təmir işləri ilə bağlı yollarda nəqliyyatın sıxlığı müşahidə edilir

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Əməkdar artist: “Qış nağılı” ölkəmizdə keçirilən nüfuzlu festivallardan biridir

Azərbaycan aliminin elmi məqaləsi Oksford Universitetinin jurnalında dərc edilib

Gənc ifaçı: Belə mötəbər festivalda iştirak etdiyimə görə qürur duyuram

Misli Premyer Liqasında XIX tura start verilir

Azərbaycanın qadın güləşçisi reytinq turnirində bürünc medal qazanıb

Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə qadın sahibkarın sağlam qida brendi ilə tanış olublar

Sulutəpə dairəsi istiqamətində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb

Gəncə Dövlət Milli Dram Teatrında “İsi və Piti” animasiya serialının premyerası olub

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Gəncənin Şah Abbas məscidini ziyarət

Dünya birjalarında neft bahalaşıb

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə uşaq evində olublar

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə STEAM mərkəzində və 37 nömrəli tam orta məktəbdə olublar

Leyla Əliyeva və Alena Əliyeva Gəncə Memorial Kompleksini və Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər

Tailandda parlament seçkiləri keçirilir VİDEO

Tailandda parlament seçkiləri keçirilir VİDEO

Milanda polislə etirazçılar arasında toqquşmalar baş verib

Yaponiyada parlament seçkiləri keçirilir

Aralıq dənizində 5 maqnitudalı zəlzələ baş verib

Mbappe PSJ-dən 6 milyon avro tələb edir

Azərbaycan karateçiləri Kiprdə keçirilən Avropa birinciliyində 4 bürünc medal qazanıblar

Paris bələdiyyə seçkiləri: Lökornü Datidən gələn həftənin sonunadək hökumətdən getməsini istəyib

İspaniya səkkizinci dəfə qitə çempionu olub

"Mançester Yunayted"dən ardıcıl 4-cü qələbə, "Qarabağ"ın rəqibi evdə uduzub

“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayıb

İsmayıllıda istirahət mərkəzində baş verən yanğın söndürülüb-YENİLƏNİB

Elektron siqaretin görünməyən təhlükələri VİDEO

Elektron siqaretin görünməyən təhlükələri VİDEO

Azərbaycan pəhləvanı Türkiyədə qar üzərində güləş turnirinin qalibi olub

Rusiya Ermənistan AES-də yeni enerji bloku tikmək niyyətindədir

Azərbaycan cüdoçusu “Böyük Dəbilqə” turnirinin qalibi olub

ABŞ Dövlət katibinin müavini gələn həftə Azərbaycana səfəri zamanı vitse-prezident Vensə qoşulacaq

Ermənistan XİN-də Azərbaycan ilə sülh sazişi müzakirə olunub

Azərbaycanın hərbi attaşesi Kayseri və Kahramanmaraşda şəhid ailələrini ziyarət edib

Güləş üzrə U-20 Azərbaycan çempionatı başa çatıb

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu finala vəsiqə qazanıb

Bolqarıstan Sosialist Partiyasının sədri istefa verib

Milli Aviasiya Akademiyası ilə Təhsilin İnkişafı Fondu və “Kapital Bank” arasında əməkdaşlıq memorandumları imzalanıb

Bədii rəhbər: 90 illik yubileyini qeyd edən Xor kollektivi səhnəyə kino musiqisi ilə çıxacaq

II “GİNius” intellektual yarışı başlayıb YENİLƏNİB VİDEO

II “GİNius” intellektual yarışı başlayıb YENİLƏNİB VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

“Savadlı danışıq, xəbər dilində məsuliyyət” - təlim

Media: ABŞ-ın Tayvana silah satışı Donald Trampın Çinə səfərini qeyri-müəyyən edir

Azərbaycan sumo güləşçisi ilk dəfə Yaponiyada Hakuho kubokunda yarışıb VİDEO

Azərbaycan sumo güləşçisi ilk dəfə Yaponiyada Hakuho kubokunda yarışıb VİDEO

Sudanda silahlıların hücumu nəticəsində 24 nəfər həlak olub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib

Tərtər sakini narkotikə görə həbs olunub

Naxçıvanda Tumbul kəndinə qazın verilişi müvəqqəti dayandırılacaq

Nazir: Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır

Şəmkirdə ötən il baş vermiş qətlin üstü açılıb

Səudiyyə Ərəbistanı Suriya ilə yeni investisiya müqavilələri imzalayacaq

İşsizlik müavinətinin azaldılması finlərin gəlirlərini aşağı salıb

Qazaxıstanın yeni Konstitusiyasının layihəsi vətəndaşların təklifləri əsasında tamamlanır

Gürcüstan Prezidenti: Ümidvaram ki, ABŞ-la münasibətlərimiz dinamik şəkildə davam edəcək

AAYDA-nın İdarə Heyətinin yeni sədri kollektivə təqdim edilib

Həkimlər: Rusiya ordusunun sui-qəsdə uğrayan generalının həyatı üçün təhlükə yoxdur

Zelenski: Ukrayna energetikasına hücumda 400-dən çox PUA və 40-a yaxın raketdən istifadə olunub

At ətini mal əti adı altında satmaq istəyən şəxslər saxlanılıb VİDEO

At ətini mal əti adı altında satmaq istəyən şəxslər saxlanılıb VİDEO

Nəsimi rayonunda 3,5 kiloqramdan çox narkotik vasitə aşkarlanıb VİDEO

Nəsimi rayonunda 3,5 kiloqramdan çox narkotik vasitə aşkarlanıb VİDEO

Astarada torpaq sürüşməsi: Pensərçayda beton bəndlər çöküb

Sabahın hava proqnozu açıqlanıb

Şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Festival iştirakçısı: Bu təəssüratı yaşamaq insana çox böyük fərəh hissi verir VİDEO

Festival iştirakçısı: Bu təəssüratı yaşamaq insana çox böyük fərəh hissi verir VİDEO

Türkiyə Suriyanın enerji sektoruna investisiyalarda həlledici rol oynayacaq

Rusiya yenidən Ukraynanın enerji obyektlərinə kütləvi hücuma keçib

İsveçdə immiqrasiya qaydalarının geri tarixlə tətbiqi planlaşdırılır

Ötən ay gecikdirilmiş 45 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub

Müəssisələrdə texniki təhlükəsizliyin təmin edilməsinin vacibliyi təbliğ olunub

Şeyxülislam Allahşükür Paşazadə Vatikana səfər edəcək

Salyan sakini itkin düşüb

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

“Qış nağılı” festivalının iştirakçısı: Belə gözəl ab-havada çıxış etmək çox xoşdur VİDEO

“Qış nağılı” festivalının iştirakçısı: Belə gözəl ab-havada çıxış etmək çox xoşdur VİDEO

FHN: Daha bir qanunsuz tikili sökülüb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

Mahir Tağızadə: Qəbələ festivalında musiqi, incəsənət və qışın sehri birlikdə yaşanır VİDEO

Mahir Tağızadə: Qəbələ festivalında musiqi, incəsənət və qışın sehri birlikdə yaşanır VİDEO

Albaniya Baş nazirinin müavini məhkəmə qərarı ilə vəzifədən uzaqlaşdırılıb

Yol polisi: Yollarda diqqətsizlik ağır nəticələrə yol aça bilər

ABŞ BMT-yə üzvlük haqqını ödəyəcək