Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qafqaz Albaniyası məbədləri, viran qoyulan Dizaq məlikliyinin inzibati binası – Tuğ kəndinin tarixi tikililəri

Bakı, 27 mart, Ceyhun Rüstəmov, AZƏRTAC

AZƏRTAC Beynəlxalq Memarlar Akademiyası Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin üzvü, mədəni irsin araşdırılması üzrə ekspert Faiq İsmayılovun Qarabağdakı abidələrimizlə bağlı apardığı araşdırmaları təqdim edir. Bu silsilədən olan növbəti məqalə Xocavənd rayonunun Tuğ kəndinin tarixi tikililəri haqqındadır.

El arasında “qədim qala şəhəri” adlandırılan Tuğ - Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahididir. Kənd Xocavənd rayonunda, rayon mərkəzindən 53 kilometr cənub-qərbdə, Yuxarı Qarabağın cənub-qərbində, dəniz səviyyəsindən 1400-1500 metr yüksəklikdə yerləşir. Kəndin ətrafının uca dağlarla əhatə olunması təbii qala istehkamını xatırladır.

Keçən əsrlərdə bu kənddə 1500 ev, 10 min nəfər əhali olub. Kənd əhalisi əsasən üzümçülük, taxılçılıq, heyvandarlıq, tərəvəzçilik, bağçılıq və baramaçılıqla məşğul idi. Kənddə 135 yaşı olan orta məktəb, mədəniyyət evi, kitabxana, xəstəxana, 1 muzey, alban memarlığına uyğun 4 məbəd, 1 tarixi əhəmiyyətli körpü, at yarışlarının keçirilməsi üçün bir cıdır meydanı, kərpic hazırlayan bir neçə emalatxana, iki bulaq, dəyirman, 60-dan çox tarixi əhəmiyyətli qədim yaşayış evi, ümumilikdə, 100-dən çox tarix və mədəniyyət abidəsi olub. Lakin ermənilər son 28 ildə bu abidələrin demək olar ki, hamısını dağıdaraq yararsız hala salıblar.

Kəndin ətrafında yerləşən çoxsaylı qəbirüstü abidələr, qəbir daşları, məbədlər və qədim qalalar, mağaralar, Qarabağ məlikliyinin inzibati yaşayış binaları, müxtəlif sənaye, məişət binaları və yaşayış evləri Tuğun Azərbaycan üçün böyük tarixi və arxeoloji əhəmiyyətini göstərir.

Tuğ kəndinin məlikyeqanovlar, məlikaslanovlar, cahangirlilər, mehdibəylilər, aslanbəylilər, gülməmədlilər, talıbxanlılar, səlimbəylilər, cəfərlilər, vəliuşağılar və s. adlı tayfa, tirə və nəsilləri var. Azərbaycanda və dünyada məşhur olan Azıx və Tağlar mağaraları Tuğ kəndi yaxınlığındadır.

Qarabağın ən qədim tarixə və mədəniyyətə malik kəndlərindən olan Tuğun adı Azərbaycan tarixinə dair V-VIII əsrlərin mənbələrində xatırlanır. Tarixi baxımdan Tuğ kəndi olduqca zəngin ərazidir. Orada Ki-Tış qalası, Qafqaz Albaniyası dövrü abidələri və kəndin özündə çoxsaylı tarixi əhəmiyyətli memarlıq abidələri var. Bu kəndin adı və tarixi çox qədimlərə gedib çıxır. “Tuğ” sözünün bir neçə mənası var: bu adı “zirvə” və “bayraq” kimi də mənalandırırlar. Tarixi bilgilərə görə tuğ başında at və ya çöl öküzü quyruğu bağlanan nizədir. Bir bilgiyə görə isə Tuğ qıpçaq kökənli bir soyun adıdır.

Daha bir Tuğ etnotoponimində Tuq (tuk, tok) məşhur qıpçaq tayfalarından birinin adı ilə bağlı olduğu bildirilir. Qafqazda, o cümlədən Gürcüstanda bir çox yaşayış məntəqələrinin adları bu tayfa ilə əlaqədardır. Azərbaycanda üç Tuğ kəndi, Tuğ çayı, Tuğ dağı və Tuğ yurdu əraziləri məlumdur. Şimali Qafqazda da Tuq, Tuk, Tok, Tukdaq, Tukovo və s. kəndlər var. Qərbi Azərbaycanda (Ermənistanda) XIX əsrə aid olan xəritələrdə Tuğlu, Tuqun, Tuqut türk kəndlərinin adları öz əksini tapmışdır.

Qarabağ xanlığı dövründə Dizaq mahalının mərkəzi Tuğ şenliyi idi. 1727-ci ilə bağlı qaynaqda qeyd olunur ki, Tuğ kəndində 73 qeyri-müsəlman yaşayır. Kəndin 10 dəyirmanı var. Əhali dənli bitkilərdən buğda, arpa, darı əkir və çəltik becərirdilər.

Dizaq mahalını məliklər idarə edirdilər. Məlik mahalının mərkəzi Tuğ kəndi idi. Məliklər Tuğ şenliyində əyləşirdilər. Atadan oğula irsi keçən məliklik məhdud səlahiyyətli vəzifə idi. Məliklər öncə bəylərbəyindən, sonra isə Qarabağ xanından asılı idilər.

I Şah Abbas Səfəvinin (1587-1629) hakimiyyəti dönəmində Dizaq mahalının başçısı Məlik Sucum idi. Dizaq mahalını XVIII yüz ildən bəri Məlik Yeqan və onun oğlu idarə etmişdi. Dizaq mahalı, onun mərkəzi Tuğ kəndi Rusiya-İran savaşları dönəmində əsas məkan olmuşdu. Bu kənd varlı olduğundan, həm rus, həm də İran ordusunun düşərgə yerinə çevrilmişdi.

Tuğun müxtəlif dövrlərdə ölkəmizin ictimai-siyasi həyatında da əhəmiyyətli rolu olub. Belə ki, Azərbaycan Milli İstiqlal Hərəkatı tarixində ictimai-siyasi xadim kimi tanınan, xalqımızın əsrlərboyu yetirdiyi böyük şəxsiyyətlərdən biri Cavad bəy Rza bəy oğlu Məlikyeqanovdur.

1991-ci il oktyabrın 30-dan 31-nə keçən gecə Tuğ kəndi Ermənistan tərəfindən işğal edilərək vəhşicəsinə talan olunub. İşğal altında qalan bu kəndin tarix-mədəniyyət abidələrinin bir qismi ermənilər tərəfindən dağıdılıb, bir qisminin isə formaları dəyişdirilərək erməniləşdirilməyə cəhd edilib. Tuğ məbəd kompleksi də onlardan biridir.

Tuğ məbəd kompleksi

Tuğ kəndinin mərkəzində Qafqaz Albaniyası dövrü memarlığına uyğun, IX-X əsrlərdə inşa edilməsi güman edilən məbəd kompleks mövcud olub. Məbəd kompleksi mühafizə divarları və böyük giriş qapısı, yardımçı binalar və möhtəşəm üçnefli bazilikadan ibarətdir.

Məbədin uzunluğu 21,7, eni 12,9 metrdir. Bina düzbucaqlı zala və şərq tərəfə açılan giriş qapısına, 1,5 metrlik zirzəmiyə malikdir. Binanın tikintisində yerli pud daşlardan və əhəng məhlulundan istifadə edilib. Fasad divarları və tağlarda, o cümlədən giriş qapısının və pəncərələrin ətraflarının tikintisində yonulmuş daşlardan istifadə olunub.

Məbədin daxili və xarici divarlarında dini simvolikaların və zəng qülləsinin olmaması binanın dini xarakterli olmadığını göstərir.

Ermənilər işğal dövründə abidənin ətrafına çoxsaylı qəbir daşları düzərək, abidənin kilsə olduğunu sübut etməyə çalışdılar. Bu azmış kimi abidəni təmir edərək, əzəli görkəmindən də məhrum etdilər.

Vandalizmə uğratdıqları bu abidəni kilsə kimi təbliğ edirlər. Özlərinə saxta tarix yaratmağa çalışan ermənilər, kəndin ərazisinə, daşdan dekorativ xaç nümunələri yonaraq yerləşdiriblər.

İnşa tarixi məlum olmayan məbəd

Tuğun tarixi tikililəri arasında inşa tarixi məlum olmayan məbəd də var. Kəndin şimalında, maili bir yamacda yerləşir. Sadə formada olan bu Qafqaz Albaniyası dövrü abidəsi düzbucaqlı salon dizaynına malikdir.

Ermənilər 28 il kilsə kimi təbliğ etdikləri bu məbəddən, əslində, isti havalarda heyvanların kölgələnməsi üçün istifadə ediblər.

2018-ci ildə ermənilərin daşdan hazırladıqları, xristian dininin atributları hesab edilən 3 ədəd bədii xaç nümunəsi də heyvanların ayaqları altına atılmışdır. Bu isə ermənilərin xristian dinindən dini inancları üçün deyil, siyasi məqsədlər üçün istifadə etdiklərinin bariz sübutudur.

Dizaq məlikliyinin inzibati binası

Dizaq məlikliyinin inzibati binası da Tuğda yerləşir. Məlikliyin binasının XVIII əsrin 20-30-cu illərində inşa edildiyi güman olunur. Bu düzbucaqlı, ikimərtəbəli binanın özünəməxsus memarlıq ansamblı, mühafizə divarları və əsas binanın ətrafında yardımçı tikililər var. Əsas binanın uzunluğu 38, eni isə 13,24 metr olub. Ancaq erməni vandallığına tuş gələn bu kompleksin varlığından əsər-əlamət belə qalmayıb.

Ermənistan silahlı qüvvələrinin işğalından sonra bina və ətrafındakı yardımçı tikililər ermənilər tərəfindən dağıdılaraq yararsız hala salındı, salamat qalan kiçik bir hissəsi isə orijinal görkəmindən məhrum edildi.

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Tuğ kəndində olan 100-dən çox tarix və mədəniyyət abidəsinin yalnız bir neçəsi dövlət qeydiyyatına alınıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İngiltərədə hərbi helikopter qəzaya uğrayıb: Üç əsgər həyatını itirib

Xəzərdə zəlzələ olub

Simferopol şəhərinə hava hücumu nəticəsində 3 nəfər həlak olub

Zaxarova: Rusiya ABŞ ilə Ankoricdə başlayan danışıqları davam etdirməyə hazırdır

İsrail və Livan ABŞ-ın vasitəçiliyi ilə atəşkəs barədə razılığa gəliblər

Əl-Hədəs: İran-ABŞ razılaşması dörd mərhələdə həyata keçiriləcək

Tramp kömür enerjisinin inkişafı üçün 700 milyon dollar ayırmaq istəyir

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

“Çanmi” fırtınası Tokioda güclü yağışlara və torpaq sürüşmələrinə səbəb olub

Kamçatka sahillərində 30-a yaxın zəlzələ qeydə alınıb

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

“Rheinmetall” Beynəlxalq Aerokosmik Sərgisində ən son hərbi texnologiyalarını təqdim edəcək

Zelenski: Ukrayna müharibənin diplomatik yolla başa çatdırılmasının istənilən formatına hazırdır

Ukraynada “Patriot” sistemləri üçün raket çatışmazlığı davam edir, lakin ABŞ-dən tədarük dayanmır

Tramp: İranla danışıqlar yaxşı davam edərsə, razılaşma həftəsonu baş verə bilər

BDU “Bakı Enerji Həftəsi” çərçivəsində innovativ layihə ilə təmsil olunub

Avropa çempionatı: Azərbaycan minifutbol millisi finala yüksəlib

ABŞ Prezidenti Ankarada NATO sammitində iştirak edəcək

Bu mövsüm Oğuzda 28 kümçü ilə müqavilə bağlanıb

Tovuzda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

Azərbaycan Dövlət Uşaq Filarmoniyasında konsert – “Retro dalğası”

Bakıda “Əmir Əlişir Nəvainin irfani dünyası” monoqrafiyası işıq üzü görüb

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

Dünya Kuboku: Azərbaycanın basketbol millisi pley-in mərhələsində

Türkiyəli ekspert: Zəngəzur dəhlizi Ankara və Bakının maraqları kontekstində açılacaq

Almaniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilməyib

Naxçıvanda yeni tikiş fabriki fəaliyyətə başlayıb

Sol sahil magistral kanalı vasitəsilə dörd rayon üzrə 60 min hektar əkin sahəsinə su verilir VİDEO

Sol sahil magistral kanalı vasitəsilə dörd rayon üzrə 60 min hektar əkin sahəsinə su verilir VİDEO

Hərbi təhlükəsizlik sahəsində Azərbaycan və Qırğızıstan nümayəndələrinin görüşü olub

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov vəfat edib

KPMG rəhbəri: Region yaşıl enerjiyə yönəlir– MÜSAHİBƏ

Media nümayəndələri Sərsəng su anbarı ilə tanış olublar VİDEO

Media nümayəndələri Sərsəng su anbarı ilə tanış olublar VİDEO

“Bir axşamın sehrli səsi” adlı hesabat konserti

Bu saata olan əsas xəbərlər

Ankarada Türk dünyasının inteqrasiyası və gələcəyinə ortaq baxış müzakirə olunub

AHİK nümayəndə heyəti Cenevrədə BƏT-in növbəti illik Konfransında iştirak edir

Dünya Kuboku: Azərbaycan millisi növbəti qələbəsini qazanıb

Ağalıda məktəblilər veloyürüşə qoşulub

Sankt-Peterburqda MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

Birləşmiş Krallığın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini nazirə təqdim edib

Qivami Rəhimli: Mədəni irs milli kimliyimizin təməli, dövlətçiliyimizin mənəvi dayağıdır

Rubio İsrail ilə Livan arasında danışıqların birgə bəyanatla nəticələnəcəyinə ümid etdiyini bildirib

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi təşkil edilib VİDEO

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi təşkil edilib VİDEO

“Ukrinform”da AZƏRTAC-ın xüsusi müxbirinin Azərbaycanın enerji siyasətinə dair məqaləsi dərc edilib

Qaçış yarışlarının qalibi olan uşaqlar və yeniyetmələr mükafatlandırılıblar

Zəngilanda növbəti əmək yarmarkası təşkil olunub

“Z” nəslinin nümayəndələri ilə münasibətdə üç prinsip var: hörmət, açıq ünsiyyət və etimad – mütəxəssis

Rusiya miqrant işçilərin sağlamlığına nəzarəti gücləndirəcək

Gələn il Sidney ilə London arasında birbaşa reyslərə başlanıla bilər: “Airbus” ilk sınaq uçuşunu həyata keçirib

Azərbaycanın enerji diplomatiyası qlobal enerji təhlükəsizliyinin mühüm dayaqlarından birinə çevrilib - ŞƏRH

İspaniyada isti havalarla bağlı rekord sayda ölüm halları qeydə alınıb

“Araz-Naxçıvan” 41 yaşlı kapitanı ilə müqaviləni yeniləyib

Azərbaycanın enerji diplomatiyası regional əməkdaşlığı qlobal tərəfdaşlığa çevirən uğurlu modeldir - ŞƏRH

Bilyard üzrə Avropa Kuboku və Avropa çempionatında 10-dan çox ölkənin təmsilçisi çıxış edəcək

Yeni Dövlət Proqramı aqrar inkişafın strateji yol xəritəsidir ŞƏRH

Küveyt İran səfirliyinin iki əməkdaşını “arzuolunmaz şəxs” elan edib

Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb YENİLƏNİB

“Bakı Enerji Həftəsi”ndə yaşıl enerji gündəliyi diqqət çəkib ŞƏRH

Nazir: “Əmək və Məşğulluq” altsistemi əmək münasibətlərinin vahid rəqəmsal platformasıdır

Azərbaycan idmançıları ötən ay 231 medal qazanıblar

Mütəxəssis: Dağ-mədən sənayesi dayanıqlı şəhərsalmanın təmin edilməsində strateji rol oynayır

İslam maliyyə alətləri Qarabağ və Şərqi Zəngəzur bölgələrinin dayanıqlı inkişafı üçün mühüm əhəmiyyət daşıyır – ŞƏRH

Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub

Varşavada Türk Mədəniyyəti və İrsi Mərkəzinin təntənəli açılışı olub

Türk professor: Orta Dəhlizin genişlənməsi Azərbaycanın regional gücünü daha da artıracaq

Azərbaycan millisinin voleybolçusu klubundan ayrılıb

Ekspert: Enerji siyasəti ölkənin iqtisadi gücünü formalaşdırıb - ŞƏRH

Aİ Azərbaycanla yaşıl enerji əməkdaşlığını strateji prioritet hesab edir

Güləşçilərin sağlamlığının qorunması istiqamətində vacib addımlar atılacaq

Azər Şükürov: Ölkəmizin tikinti materialları ehtiyatları şəhərsalma siyasətinin həyata keçirilməsi üçün mühüm imkanlar yaradır

Azərbaycan neft və qaz resurslarını qarşılıqlı əməkdaşlıq platformasına çevirib ŞƏRH

Azərbaycan-Argentina münasibətləri təhsil və mədəniyyət müstəvisində

Mərkəzi Bank Naxçıvanda vətəndaşlarla görüşlərin əlçatanlığını artırır

Bakı–Tbilisi–Qars xəttinin modernləşdirilməsi Orta Dəhlizin inkişafında yeni mərhələnin başlanğıcıdır ŞƏRH

UNEC ilə İCMA arasında əməkdaşlıq memorandumu imzalanıb

Milli Məclisin sədri Qlobal Konfrans çərçivəsində bir sıra görüşlər keçirib

Energetika naziri Venesuela və İranın nazir müavinləri ilə enerji sektorunda əməkdaşlıq imkanlarını dəyərləndirib

ISO-nun Turizm və əlaqədar xidmətlər üzrə Texniki Komitəsi indiyədək 61 beynəlxalq standart hazırlayıb

“Böyük Qayıdış”ın yaratdığı təbəssüm

Şərqşünaslıq İnstitutunun ilk direktorunun 120 illik yubileyi qeyd edilib

Azərbaycanla Almaniya arasında təbii qaz və bərpaolunan enerji sahələrində əməkdaşlıq perspektivləri dəyərləndirilib

İmişlidə sexdə baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

İmişlidə sexdə baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

® Kreditini “Birbank”a gətirənlər 6 faizədək endirim qazanır – kampaniya davam edir

Mütəxəssis: “mygov” vahid rəqəmsal xidmət platformasının formalaşdırılması baxımından düzgün yanaşmadır

Tarixi yaddaş və milli kimlik - panel müzakirə

Ekspert: Ukrayna-Rusiya müharibəsinin aktiv mərhələsi başa çatmış ola bilir VİDEO

Ekspert: Ukrayna-Rusiya müharibəsinin aktiv mərhələsi başa çatmış ola bilir VİDEO

“Reuters”: Donald Tramp İranın nüvə silahından imtina etməyə razı olduğunu bildirib

Bakıda Ümumdünya Velosiped Günü veloyürüşlə qeyd edilib

Tuqay meşələrinin mövcud vəziyyəti araşdırılıb

Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır

Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi – Bakıda I beynəlxalq elmi konfrans VİDEO

Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi – Bakıda I beynəlxalq elmi konfrans VİDEO

Musa Mərcanlı: İRS jurnalı 22 il ərzində Qərbi Azərbaycanla bağlı 150-dən çox material dərc edib

Bakıda “Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyi təşkil edilib

İqtisadiyyat Nazirliyinin tabeliyindəki qurumlar və DİF rezidentlər üçün vörkşop təşkil edib

Azərbaycan alimləri Niderlandda beynəlxalq elmi konfransda iştirak ediblər

Avropa İttifaqı İsveçi sərhəd nəzarətini ləğv etməyə çağırır

DSX-nin Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir

Azərbaycan və Keniya arasında məhkəmə-hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri nəzərdən keçirilib

Tarixçi-alim: Ermənistanda monoetnik mühit deportasiyalar və məcburi köçürmələr vasitəsilə formalaşdırılıb

Fərhad Qaraşov: Yeni Dövlət Proqramı aqrar sektorun innovativ inkişaf modelinə keçidini sürətləndirəcək