Azərbaycanın mədəni zənginlikləri Türkmənistanda təqdim olunacaq
Bakı, 4 iyun, AZƏRTAC
İyunun 5-də Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlanır.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, üç gün davam edəcək tədbirlər çərçivəsində ölkənin Arkadağ və Aşqabad şəhərlərinin sakinləri Azərbaycanın zəngin mədəni irsi, musiqi sənəti və yaradıcı ənənələri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Proqramda konsertlər, sərgilər və müxtəlif mədəni tədbirlər nəzərdə tutulur. Bu layihə iki qardaş ölkə arasında humanitar əlaqələrin daha da möhkəmləndirilməsinə, eləcə də mədəni dialoqun genişlənməsinə xidmət edir.
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun siyasi iradəsi nəticəsində iki qardaş ölkə arasında münasibətlər bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Azərbaycan Mədəniyyəti Günləri də bu əməkdaşlığın humanitar və mədəni sahədə növbəti əhəmiyyətli təzahürlərindən biridir.
Azərbaycan Mədəniyyəti Günləri Türkmənistanın mədəni həyatında əlamətdar hadisələrdən biri olmaqla yanaşı, ortaq tarixə, ənənələrə və mənəvi dəyərlərə əsaslanan iki ölkənin dostluq münasibətlərinin yüksək səviyyəsinin növbəti təzahürü olacaq. Bu tədbir xalqlarımız arasında qarşılıqlı anlaşmanın, mədəni yaxınlığın və mənəvi bağların daha da güclənməsinə töhfə verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [14:53]
Ankarada Qərbi Azərbaycan və Qarsın geyim ənənələri təqdim edilib
- 04.06.2026 [13:39]
Azərbaycanlı müəllifin əsəri Qərbi Sibir səhnəsində
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [12:05]
Tarix, memarlıq və incəsənətin qovuşduğu məkan VİDEO
- 04.06.2026 [10:37]
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək
- 03.06.2026 [22:48]
Azərbaycan Dövlət Uşaq Filarmoniyasında konsert – “Retro dalğası”
- 03.06.2026 [20:02]
“Bir axşamın sehrli səsi” adlı hesabat konserti
- 03.06.2026 [18:25]