İDMAN
“Qəbələ”nin “Herta” ilə oyunlarının vaxtı dəqiqləşib
Bakı, 31 oktyabr, AZƏRTAC
“Qəbələ” futbol klubunun U-19 komandasının UEFA Gənclər Liqasında “Herta” (Almaniya) ilə keçirəcəyi oyunların başlama vaxtı müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Çempionlar yolunun II mərhələsinin ilk oyunu noyabrın 7-də Qəbələ şəhər stadionunda saat 17:00-da başlayacaq.
Cavab matçı Berlində “Vurfplats” stadionunda oynanılacaq. Noyabrın 28-də baş tutacaq “Herta”-“Qəbələ” görüşü Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
Xatırladaq ki, cütün qalibi pley-off mərhələsinə yüksələcək və bu raundda Çempionlar Liqası yolunun qrup ikincilərindən biri ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [17:17]
Andrey Lunyov: “Qarabağ”da qalıb-qalmayacağımı zaman göstərəcək
- 10.05.2024 [16:41]
Mariya Stadnik Olimpiya lisenziyasının bir addımlığında
- 10.05.2024 [16:25]
Teymur Rəcəbov beynəlxalq turnirə qatılacaq
- 10.05.2024 [14:43]
“Böyük Dəbilqə”: Azərbaycanın 4 cüdoçusu medal görüşünə çıxacaq
- 10.05.2024 [13:13]