Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Qida məhsullarının müştərilərə çatdırılması xidməti necə həyata keçirilməlidir?

Qida məhsullarının müştərilərə çatdırılması xidməti necə həyata keçirilməlidir?

Bakı, 19 yanvar, AZƏRTAC

Pandemiya dövründə ictimai iaşə müəssisələrindən qida məhsullarının müştərilərə çatdırılması xidməti sahəsində göstərdiyi fəaliyyət nəzərəçarpacaq səviyyədə genişləndi. Məlum olduğu kimi, COVID-19-a yoluxma riskini azaltmaq üçün ictimai iaşə müəssisələrinin fəaliyyətini tənzimləyən bir sıra metodiki göstərişlər və xüsusi nəzarət mexanizmləri tətbiq edilir.

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a ünvanlanan maarifləndirici materialda qeyd olunur ki, həmin məkanlardan qida məhsullarının müştərilərə çatdırılması xidmətinin təşkili də Nazirlər Kabinetinin müvafiq qərarları və normativ hüquqi sənədlərin tələblərinə uyğun həyata keçirilməlidir.

Qida məhsullarının çatdırılması xidmətini göstərən ictimai iaşə müəssisələrində bir sıra qaydalara əməl olunmalıdır. Belə ki, hazır qida məhsullarının çatdırılması sanitar-epidemioloji tələblərə uyğun olan və lazımi avadanlıqlarla təchiz edilmiş daşınma vasitələrində aparılmalıdır.

Müştərilərə çatdırılma xidməti qida məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin qorunmasını təmin edən şərtlərə uyğun formada, eləcə də pandemiya şəraitinə uyğun qaydada həyata keçirilməlidir. Qida məhsullarının çatdırılması zamanı ilk növbədə daşınma qaydalarına düzgün riayət olunmalıdır. Daşınma şərtləri qida məhsullarının, hazırlanmış yeməklərin keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilir. Yoluxucu xəstəliklərin baş verməməsi və fiziki çirklənmənin qarşısının alınması üçün qida məhsullarının daşınması xüsusi və təmiz nəqliyyat vasitəsilə həyata keçirilməlidir. Nəqliyyat vasitəsi məhsulun daşınma qaydasına uyğun olmalıdır. Nəqliyyatın şəraiti (temperatur, rütubət) hər bir ərzaq məhsulu üçün normativ və texniki sənədlərin tələblərinə, xüsusilə də tez xarab olan qidaların daşınması qaydasına uyğun təchiz edilməlidir. Tez xarab olan məhsullar soyuducu və ya dondurucu ilə təchiz olunmuş nəqliyyat vasitəsilə daşınmalıdır. Bundan başqa, məhsulların daşınması üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsinin daxili hissəsi asan yuyulan və dezinfeksiya oluna bilən materialdan hazırlanmalıdır. Nəqliyyat vasitələrində təmizlik və dezinfeksiya işlərinin dövriliyinə, tətbiqinə icazə verilən dezinfeksiyaedici maddələrdən düzgün istifadə qaydalarına ciddi əməl edilməlidir.

Müntəzəm təmizlik-dezinfeksiya tədbirləri nəqliyyatın səthindəki patogenləri məhv edir və bu, qidanın və yeməklərin çirklənməsi ehtimalını aradan qaldırır. Dezinfeksiya işləri həyata keçirilərkən səthlərdə istifadəsinə icazə verilən dezinfeksiyaedici maddələrin təlimatına uyğun olaraq tətbiqinə riayət edilməlidir. Belə ki, dezinfeksiyaedici maddələrin istifadə təlimatında qeyd edilmiş yararlılıq müddəti və istifadə qaydası mütləq nəzərə alınmalıdır. Dezinfeksiyaedici maddələr lazım olan konsentrasiyadan (qatılıq) artıq istifadə edilməməlidir. Bundan başqa, yalnız qida sahəsində istifadə üçün təsdiq edilmiş dezinfeksiyaedicilərdən istifadə olunmalıdır. Həmin tip məhlullar mikroorqanizmləri effektli şəkildə məhv edir, eyni zamanda qidanın tərkibində və keyfiyyətində hər hansı dəyişikliyə səbəb olmur. Dezinfeksiya işlərindən sonra nəqliyyat vasitəsinin içərisi mütləq havalandırılmalıdır. Qida ilə təmasda olan səthlərin dezinfeksiyasından sonra su ilə durulanması da mütləqdir.

Yeməklər qeyri-ərzaq məhsulları ilə birlikdə daşınmamalıdır. Qida məhsullarının daşınması zamanı mal qonşuluğu qaydalarına riayət olunmalıdır. Xüsusilə də eyni avtomobildə daşınan tez xarab olan qidalar bir-biri ilə uyğun olmalıdır, yəni qoxusu və xüsusiyyətinə görə bir məhsul digərinə mənfi təsir göstərməməlidir.

Yeyinti məhsullarının müştərilərə çatdırılmasını həyata keçirən işçi heyət təmiz iş geyimi, eyni zamanda gün ərzində bir çox müştəri ilə təmasda olduğundan dezinfeksiyaedici məhlulla, qoruyucu və digər gigiyenik vasitələrlə təmin edilməlidir. Sifariş edilmiş qida məhsulu şəxsi gigiyena qaydalarına ciddi əməl olunmaqla müştərilərə təhlükəsiz çatdırılmalıdır. Şəxsi gigiyena qaydalarına riayət etmək qida mənşəli, eləcə də yoluxucu xəstəliklərin qarşısının alınmasının ən səmərəli üsullarından biridir. Qida ilə yoluxan xəstəliklər çox vaxt çirklənmiş əllər vasitəsilə yaranır. Qidanın çatdırılmasında iştirak edən şəxslər saçlarını qapalı saxlayan baş örtüklərindən və əlcəklərdən istifadə etməli, əlcəklər çirkləndikdə və ya zədələndikdə dəyişdirilməlidir. Əllərin gigiyenasında dırnaqların təmizliyinə də fikir vermək lazımdır. Dırnaqlarda çirk və mikroblar infeksiyanın yayılmasına səbəb olduğuna görə dırnaqlar qısa və təmiz saxlanılmalıdır.

Qida məhsulunun hazırlandıqdan sonra 3 saat ərzində realizə olunması tövsiyə edilir. Əks təqdirdə daşınılan qida məhsulunun temperatur göstəriciləri istehlak üçün uyğun olmayan həddə çatır. Daşınma zamanı xüsusi temperatur rejiminə əməl olunması şərtdir. Temperatur rejiminin uyğunluğu qidaların uzun məsafələrə daşınması zamanı xüsusilə vacibdir. Xatırladaq ki, şorba və digər birinci yeməklərin istehlakdan əvvəlki temperaturu minimum 75 dərəcə C, ikinci yeməklər üçün minimum 65 dərəcə C olmalıdır. Yeməklər üçün souslar ayrı, məhsula uyğun qablaşmada çatdırılmalıdır. Soyuq qəlyanaltılar və soyuq içkilər (şirələr, kompotlar) 7-14 dərəcə C temperaturda daşınmalıdır. Süd, dəniz məhsulları və digər tez xarab olan məhsullardan hazırlanmış yeməklərin daşınması zamanı “soyuq zəncir prinsipi”nə mütləq əməl olunmalıdır. Bu tip tez xarab olan qidaların daşınması zamanı məhsulların daxili temperaturunun 6 dərəcə C–dən yuxarı olmaması vacibdir. Tez xarab olan məhsullar helium tərkibli buz akkumulyatoru ilə təchiz olunmuş termokonteynerdə daşınmalıdır. Konteynerin üzərindəki etiketdə müştərinin adı, yeməyin bişmə vaxtı, qablaşdırılma saatı və saxlanma şəraiti barədə məlumat qeyd olunmalıdır. Etiketdə qabın çəkisi, tərkibi, qidanın kalori miqdarı və allergenlər haqqında məlumat da əksini tapmalıdır.

Kremli qənnadı məmulatların daşınması zamanı xüsusi temperatur rejiminə əməl olunmalıdır. Bu tip məhsullar maksimum 6 dərəcə C temperaturda refrijeratorlu nəqliyyat vasitələri ilə daşınmalıdır. Məhsulların fiziki çirklənmədən qorunması üçün qapaqlı metal və plastik qablarda, tortların isə istehsalçı tərəfindən qablaşdırılmış karton qutularda daşınması şərtdir. Ümumiyyətlə, daşınılan məhsulların qablaşması hər bir qidanın növünə uyğun olmalıdır. Məhsulun müştəriyə təhlükəsiz çatdırılması üçün qablaşmasının zədələnməməsinə xüsusi diqqət etmək lazımdır ki, qidanın keyfiyyətinin qorunması təmin olunsun.

Qidanın çatdırılması zamanı mikrob və bakteriyaların təsirini minimuma endirmək üçün pulla mümkün qədər az təmasda olmaq, nağdsız ödənişə üstünlük vermək daha məqsədəuyğundur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

Növbəti köç karvanı Füzuliyə çatıb

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb YENİLƏNƏCƏK

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-ün tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib