MƏDƏNİYYƏT
Rasim Ocaqov - 70
MİLLİ KİNOMUZUN CANLI KLASSİKİ
Rəsmi hissədən əvvəl istedadlı kino xadiminin həyat və yaradıcılığını əks etdirən “Rasim Ocaqov” sənədli filmi nümayiş etdirilmişdir.
Kinoteatrdan AZƏRTAC-ın müxbirinə demişlər ki, tədbirdə çıxış edən natiqlər Azərbaycan kino sənətinin inkişafında aparıcı rol oynayan və ömrünün 50 ilini kinematoqrafiyaya həsr edən adlı-sanlı sənətkar Rasim Ocaqovun sənət dünyasından, kino sahəsindəki xidmətlərindən, yaratdığı dəyərli ekran əsərlərindən söhbət açmış, onun həyatından maraqlı məqamlara toxunmuşlar.
Sonra yubilyara Mədəniyyət Nazirliyinin təsis etdiyi xüsusi medal və digər ictimai yaradıcı təşkilatların qiymətli hədiyyələri və mükafatları təqdim olunmuşdur.
Axırda Kinematoqrafçılar İttifaqının katibi, xalq artisti Rasim Ocaqov çıxış edərək, onun yaradıcılığına göstərilən yüksək diqqətə görə minnətdarlığını bildirmişdir.