Rəfiqə Şabanova: Avropa qitəsinin ilk Oyunlarının ölkəmizdə keçirilməsi məni hədsiz qürurlandırır
AzerTAg.az

Bakı, 28 aprel, AZƏRTAC
Sevincimin həddi-hüdudu yoxdur. Avropa qitəsinin ilk Oyunlarının ölkəmizdə keçirilməsi məni hədsiz qürurlandırır. Buna çox sevinirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri Naxçıvanda Alov festivalında iştirak edən Avropa Oyunları tarixinə ilk məşəlçi kimi düşən, “Monreal-1976” XXI Yay Olimpiya Oyunlarının çempionu, həndbolçu Rəfiqə Şabanova deyib.
Olimpiya çempionu bildirib ki, Avropa Oyunlarının ilk məşəlçisi olmaq həyatımın ən unudulmaz anıdır. Açığı, bu şərəfə layiq görüləcəyimi gözləmirdim. Bu xoşbəxtliyi mənə bəxş edənlərə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, idmançılarımız da “Bakı-2015”-də sözlərini deyəcək və xalqımızı, artıq adət etdiyimiz kimi, qələbələrlə sevindirəcəklər.
Xəbərin mətnində orfoqrafik səhv var