RƏSMİ XRONİKA
SƏNƏDLƏRİN İMZALANMASI
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, oktyabrın 17-də dövlət başçılarının geniş tərkibdə görüşü başa çatdıqdan sonra sənədlərin imzalanma mərasimi olmuşdur.
Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko “Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2015-ci ilə qədər sosial-iqtisadi əməkdaşlıq haqqında müqavilə”ni imzaladılar.
Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında “Kombinə edilmiş yükdaşımalar haqqında saziş”i Azərbaycan tərəfindən xarici işlər naziri Elmar Məmmədyarov və Belarus tərəfindən nəqliyyat və kommunikasiyalar naziri Vladimir Sosnovski imzaladılar.
Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə Belarus Respublikasının Nəqliyyat və Kommunikasiyalar Nazirliyi arasında “Nəqliyyat sahəsində əməkdaşlıq haqqında memorandum”u Azərbaycan tərəfindən xarici işlər naziri Elmar Məmmədyarov və Belarus tərəfindən nəqliyyat və kommunikasiyalar naziri Vladimir Sosnovski imzaladılar.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Belarus Respublikasının İdman və Turizm Nazirliyi arasında “Bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında saziş”i Azərbaycan tərəfindən xarici işlər naziri Elmar Məmmədyarov və Belarus tərəfindən idman və turizm naziri Aleksandr Qriqorov imzaladılar.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Belarus Respublikasının Təhsil Nazirliyi arasında “Təhsil sahəsində əməkdaşlıq haqqında saziş”i Azərbaycan tərəfindən xarici işlər naziri Elmar Məmmədyarov və Belarus tərəfindən təhsil naziri Aleksandr Radkov imzaladılar.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında “Əməkdaşlıq haqqında saziş”i Azərbaycan tərəfindən fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Belarus tərəfindən fövqəladə hallar naziri Ənvər Bariyev imzaladılar.
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə Belarus Respublikasının İqtisadiyyat Nazirliyi arasında “Kiçik sahibkarlığın inkişafı sahəsində əməkdaşlıq haqqında saziş”i Azərbaycan tərəfindən xarici işlər naziri Elmar Məmmədyarov və Belarus tərəfindən iqtisadiyyat naziri Nikolay Zayçenko imzaladılar.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında “Kənd Təsərrüfatı kompleksi sahəsində iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında saziş”i Azərbaycan tərəfindən kənd təsərrüfatı naziri İsmət Abasov və Belarus tərəfindən kənd təsərrüfatı və ərzaq naziri Leonid Rusak imzaladılar.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Belarus Milli Dövlət Teleradio Şirkəti arasında “Əməkdaşlıq haqqında saziş”i Azərbaycan tərəfindən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanov və Belarus tərəfindən Belarus Milli Dövlət Teleradio Şirkətinin sədri Aleksandr Zinovski imzaladılar.