DÜNYA


SSRİ xalq artisti Vladimir Etuş 97 yaşında vəfat edib

Bakı, 9 mart, AZƏRTAC

SSRİ xalq artisti Vladimir Etuş bu gün 97 yaşında vəfat edib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Vaxtanqov adına teatrın direktoru Kiril Krok bildirib. Onun sözlərinə görə, Xalq artisti dünən xəstəxanaya yerləşdirilmişdi.

Vladimir Etuş 1922-ci ildə Moskvada yəhudi ailəsində doğulub. Kinoda 1953-cü ildə debüt edən aktyor 150-dən çox filmdə çəkilib. Ona ən çox məşhurluğu Leonid Qaydayın “Qafqaz əsiri”, “12 stul”, “İvan Vasilyeviç peşəsini dəyişir” kinokomediyalarında yaratdığı obrazlar qazandırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.