MƏDƏNİYYƏT


Şair Əkbər Qoşalının şeirlər kitabı Daşkənddə özbək dilində çap edilib

Daşkənd, 26 oktyabr, АZƏRTAC

Daşkənddəki “Yangi asr avlodi” nəşriyyatında şair Əkbər Qoşalının “Xəyalımı çağırdım” şeirlər kitabı Daşkənddə özbək dilində nəfis tərtibatla çap edilib.

AZƏRTAC xəbər verir ki, kitabın tərcüməçisi Rahmat Bobojon, rəyçilər Özbəkistanın Əməkdar jurnalisti Qoçqor Norkobil və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, məsul redaktoru Mirzohid Muzaffardır.

Kitaba şair Faxriyor “Ön söz” yazıb.

“Ön söz”də şairin həyatı və yaradıcılığı haqqında məlumat verilir, şeirlərindən sitatlar gətirilir.

Kitab iki hissədən ibarətdir. Birinci hissədə şerlər latın, ikinci hissədə isə kiril əlifbası ilə çap olunub.

Xatırladırıq ki, Əkbər Qoşalı Özbəkistanda yaxşı tanınır, onun şerləri müntəzəm olaraq ölkənin ədəbi nəşrlərində çap edilir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.