REGİONLAR
Salyanda aşağı seçki komissiyalarının üzvləri seçki prosesi barədə məlumatlandırılıb
Salyan, 14 mart, Mahir Babayev, AZƏRTAC
Aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlıqla əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən aşağı seçki komissiyalarının üzvləri üçün təşkil olunan maarifləndirici treninqlər 59 saylı Salyan şəhər seçki dairəsində də davam edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, martın 14-də keçirilən treninqə 12 məntəqə seçki komissiyasının üzvləri qatılıb.
Treninqdə məntəqə seçki komissiyalarının üzvlərinə seçki hərəkətləri, səslərin hesablanması prosesi, səsvermənin nəticələrinin rəsmiləşdirilməsi, yekun protokolların doldurulması və digər prosedurlar barədə geniş məlumat verilib. Həmçinin məşğələlərdə müxtəlif mövzular ətrafında müzakirələr aparılıb, komissiya üzvlərini maraqlandıran suallar cavablandırılıb.
Aşağı seçki komissiyası üzvlərinə MSK tərəfindən “Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokolun verilməsi və digər zəruri nümunələr təqdim olunub.
Üç gün ərzində məşğələlərdə 216 nəfər komissiya üzvü iştirak edib.
Qeyd edək ki, treninqlər Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında təşkil olunur.
Martın 14-də 46 saylı Şirvan, 58 saylı Hacıqabul-Kürdəmir, 59 saylı Salyan, 60 saylı Salyan-Neftçala, 62 saylı Saatlı, 63 saylı Sabirabad I, 64 saylı Sabirabad II, 61 saylı Saatlı-Sabirabad-Kürdəmir, 66 saylı Biləsuvar, 79 saylı İmişli, 80 saylı İmişli-Beyləqan, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi dairə seçki komissiyalarında da aşağı seçki komissiyalarının üzvləri üçün treninqlər keçirilib.