MƏDƏNİYYƏT
“Səyavuş Aslan – 85” başlığı altında videoçarx hazırlanıb
Bakı, 5 sentyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 nömrəli filialı Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti Səyavuş Aslanın doğum günü ilə əlaqədar "Səyavuş Aslan-85" başlığı altında videoçarx hazırlayıb.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarx kitabxananın sosial şəbəkə hesablarında paylaşılıb.
Görkəmli aktyor Səyavuş Aslan 1935-ci il sentyabrın 5-də Bakıda doğulub. 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. 1959-cu ildə Bakıya qayıdan Səyavuş Aslan Azərbaycan Dövlət Musiqili Komediya Teatrına qəbul olunur.
O, yaratdığı obrazlarla təkcə tamaşaçını güldürməyi deyil, eyni zamanda onu düşündürməyə bacarıb. Səyavuş Aslan həmdə məşhur kino aktyoru olub.
Səyavuş Aslanın teatr və kino sənətinə həsr etdiyi mənalı yaradıcılıq yolu neçə-neçə gənc aktyor nəsli üçün əsl sənət məktəbidir.