İQTİSADİYYAT
Silvi Qanbye: Məhsullar çox dadlıdır və nəfis şəkildə qablaşdırılıb VİDEO
Paris, 29 sentyabr, AZƏRTAC
Zəfəran çayını ilk dəfə daddım. Qeyri-adi və gözəl dadı var. Dəfnə yarpağı və kəkotu arasında bir dad hiss etdim. Zəfəran mürəbbəsin də ilk dəfədir görürəm, inanılmazdır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Parisdə Sen-Sülpis (Saint Sulpice) meydanında təşkil edilmiş “Çay şəhərciyi”ndə ölkəmizi təmsil edən Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin “Azərbaycan” stendinin ziyarətçisi Silvi Qanbye söyləyib.
Bildirib ki, məhsullar nəfis şəkildə qablaşdırılıb. Çox estetikdir. Təbii yolla hazırlanmış məhsullar dadlarına görə fərqlənirlər. Quru meyvələr, qoz və fındıq ləpəsi, çaylar fövqəldir.
“Zəfəran mürəbbəsi ekzotikadır. Çox dadlıdır. Təbii yolla qurudulduğu üçün meyvələrin təbii dadını hiss etdim. Azərbaycan maraqlı ölkədir”, - deyə S.Qanbye deyib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [14:49]
BP-də çalışan azərbaycanlı işçilərin sayı artıb
- 10.05.2024 [13:17]
BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə xərcləri azalıb
- 10.05.2024 [13:14]
Cənubi Qafqaz Boru Kəmərinə bu il çəkilən xərclərin həcmi açıqlanıb
- 10.05.2024 [12:55]
BTC vasitəsilə 568 milyon ton xam neft nəql edilib
- 10.05.2024 [12:54]
Britaniya iqtisadiyyatında geriləmə dayanıb
- 10.05.2024 [12:43]
“Şahdəniz” yatağından 7 milyard kubmetr qaz hasil edilib
- 10.05.2024 [12:32]