ELM VƏ TƏHSİL


“Sony” şirkəti ikinci nəsil “SmartBand” qolbağını təqdim edib VİDEO

“Sony” şirkəti ikinci nəsil “SmartBand” qolbağını təqdim edib   VİDEO

Bakı, 21 avqust, AZƏRTAC 

“Sony” şirkəti ilk fitnes-qolbağını təqdim edəndən bir il sonra “SmartBand 2”nin satışa çıxarılacağını elan edib. Yeni versiya qurğunun funksionallığını artıran ürək döyüntüsü və akselerometr datçikləri ilə təchiz olunmaqla təkmilləşdirilib. Artıq qurğu vasitəsilə “iPhone”lara qoşulmaq mümkündür.

AZƏRTAC hitech.vesti.ru saytına istinadla xəbər verir ki, “SmartBand”ın əvvəlki versiyası yalnız addımları hesablamaq üçün istifadə olunub. “SmartBand 2”nin yeni datçikləri sayəsində sahibinin sağlamlıq vəziyyəti və məşqlərini daha yaxşı izləmək mümkün olacaq. Qadjet insanın nəbzi, ürək döyüntülərinin dəyişkənliyi, bütün gün ərzində fiziki fəallıq və stress səviyyəsini ölçmək imkanına malikdir.

“SmartBand 2” istifadəçinin yuxuya getmə anını avtomatik aşkarlayaraq xəbərdarlıqları ona qoşulmuş smartfondan translyasiya etməklə daxil olan zənglərə və s. istifadəçinin diqqətini cəlb edə bilir.

Cari ilin sentyabrında ABŞ-da satışa çıxarılacaq qurğunun dəyəri 132 dollar təşkil edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.