İDMAN


Stanislav Çerçesov: Komandanın öz meydanında oynaması üstünlükdür

Bakı, 3 avqust, AZƏRTAC

Komandanın öz meydanında oynaması üstünlükdür. Azarkeşlər də öz futbolçularını irəli səsləyirdilər. Buna görə müəyyən anlarda müdafiə olunduq. Burada hava şəraiti də rol oynadı. Amma bizim də yaxşı epizodlarımız oldu. Bu da onu göstərir ki, heç də geri çəkilməmişdik.

AZƏRTAC xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Ağdamın “Qarabağ” klubunun qonağı olan Macarıstanın “Ferentsvaroş” komandasının baş məşqçisi Stanislav Çerçesov matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssisin sözlərinə görə, həm oyundan, həm də nəticədən razı qalıb: “Komanda bütün lazımi sözləri məndən eşidəcək. Elə şeylər var ki, öz aramızda danışırıq. Bu, ictimaiyyət üçün deyil. Deyəcəyim sözləri növbəti matçda nümayiş etdirəcəyik”.

Mütəxəssis komandasının avrokuboklarda bu mövsüm keçirdiyi əvvəlki matçlara da toxunub: “Artıq 4 və ya 5 oyun keçirmişik. Çox çətin səfər matçlarımız olub. Nəticələr göz qabağındadır. Komandamızda zədəli futbolçular var. Oyunçularıma çox sağ ol deyirəm. Çünki qarşıya qoyulan vəzifələri yerinə yetirirlər”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən “Qarabağ” - “Ferentsvaroş” oyunu 1:1 hesabı ilə başa çatıb. Komandalar arasında cavab matçı avqustun 9-da Budapeştdə keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.