İDMAN
Stolüstü tennisçilərimiz Avropanın ən istedadlıları sırasında
Bakı, 20 avqust, AZƏRTAC
Macarıstanın Kişkunfeledhaza şəhərində keçirilən stolüstü tennis üzrə Avrotalant İlkin Təsnifat Düşərgəsinə (Europtalents Pre-Selection Camp) yekun vurulub.
Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a bildiriblər ki, mərhələni uğurla bitirən Azərbaycan təmsilçiləri Xədicə Eylazova və Yağmur Məmmədli Yekun Təsnifat Düşərgəsində iştirak etmək hüququ əldə ediblər.
Yekun Təsnifat Düşərgəsi oktyabrın 16-23-də Sloveniyanın Otoçets şəhərində təşkil olunacaq.
Qeyd edək ki, daha bir istedadlı stolüstü tennisçimiz Onur Quluzadə bu ilin iyun ayındakı seçimlərin nəticəsinə əsasən sözügedən toplanışa dəvət alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [17:17]
Andrey Lunyov: “Qarabağ”da qalıb-qalmayacağımı zaman göstərəcək
- 10.05.2024 [16:41]
Mariya Stadnik Olimpiya lisenziyasının bir addımlığında
- 10.05.2024 [16:25]
Teymur Rəcəbov beynəlxalq turnirə qatılacaq
- 10.05.2024 [14:43]
“Böyük Dəbilqə”: Azərbaycanın 4 cüdoçusu medal görüşünə çıxacaq
- 10.05.2024 [13:13]