ELM VƏ TƏHSİL
TQDK tərəfindən hazırlanmış “İnformatika” vəsaiti çapdan çıxmışdır
Bakı, 12 fevral (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən hazırlanmış “İnformatika” vəsaiti çapdan çıxmışdır.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, “İnformatika” vəsaiti tələbələr, bakalavrlar, doktorantlar, dissertantlar, magistraturaya və vakant iş yerlərinə qəbula hazırlaşanlar üçün tərtib edilmişdir.
İnformatika üzrə magistraturaya qəbul proqramına uyğun hazırlanmış bu vəsaitdə bütün mövzuların nəzəri şərhi test tapşırıqları ilə müşayiət olunur. Bu da qəbula hazırlaşanlara həm öz bilik və bacarıqlarını artırmağa, həm də hazırlıq səviyyələrini testlər vasitəsilə yoxlamağa imkan verəcəkdir.
Vəsaiti TQDK-nın inzibati binasının qarşısındakı “Abituriyent” köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.