DÜNYA
Tallinn aeroportu Avropada 6-cı yerdədir
Tallinn, 22 oktyabr, AZƏRTAC
Bələdçilərin ənənəvi illik sorğusunda Avropanın 15 ən yaxşı aeroportu müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Tallinnin Lennart Meri adına beynəlxalq hava limanı cari il üçün bu siyahıda 6-cı yerdə qərarlaşıb. Tallinn aeroportu eyni sorğuda 2017-ci ildə 3-cü yeri tutmuşdu. Hazırda bu hava limanı ildə 3 milyonadək sərnişinə xidmət göstrərir.
İlk 3 yerdə isə müvafiq olaraq Helsinki (Finlandiya), Münxen (Almaniya) və Amsterdam (Niderland) var.
Sorğuda aeroportların komfortu, göstərilən xidmətlər, əyləncə, yemək seçimi, təhlükəsizlik və sənədləşdirmə qaydaları, sürətli yoxlamalar, təmizlik, naviqasiya və uzunmüddətli tranzitdə olan sərnişinlərin istirahəti kimi məqamlar əksini tapıb.
Dünyanın ən yaxşı aeroportu isə Sinqapurun “Changi” hava limanıdır.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [16:05]
Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində bir nəfər ölüb VİDEO
- 10.05.2024 [15:51]
Çadın hərbi lideri Debi İtno mübahisəli seçkilərin qalibi elan edilib
- 10.05.2024 [14:51]
Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb
- 10.05.2024 [14:44]
Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər
- 10.05.2024 [14:13]
Ukrayna F-16 qırıcısı üçün ilk uçuş simulyatorunu alıb
- 10.05.2024 [13:26]