CƏMİYYƏT


Tədqiqatçılar qarabaşaq yarmasını çox miqdarda istehlak etməyi tövsiyə edir

Bakı, 2 avqust, AZƏRTAC

Qarabaşaq yarmasının orqanizm üçün çoxsaylı faydaları var. Tədqiqatçılar onun yaşlanmanı yubatdığını, uzunömürlü olmağa kömək etdiyini aşkarlayıb.

AZƏRTAC Sibir Federal Universitetinə istinadla bildirir ki, rusiyalı alimlər orqanizmdə sirtuin-1 (SIRT1) protein səviyyəsini artıran "uzunömürlülük zülalı" adlanan pəhriz hazırlayıblar. Universitetin tədqiqatçıları yaradılan pəhrizin qarabaşaq qidasına əsaslandığını qeyd ediblər. Qarabaşaq bədəndəki toksinləri xaric edir, bu da yaşlanmanı yavaşladır. Lakin qarabaşaq pəhrizi xroniki xəstəliklərdən əziyyət çəkən insanlara tövsiyə olunmur.

Sirtuin-1 zülalı hüceyrələrdəki bir çox prosesdə, o cümlədən qocalma zamanı orqanizmdə gedən dəyişikliklərdə iştirak edir. Bu zülal orqanizmdə kalorinin məhdudlaşdırılması zamanı maksimum miqdarda əmələ gəlir. Beləliklə, alimlər qeyd edir ki, orqanizm nə qədər az kalori qəbul edirsə, "uzunömürlülük zülalı" o qədər aktiv olur.

Təcrübə zamanı mütəxəssislər qarabaşaq ilə qidalanan eksperiment siçovulların çəkilərində artım müşahidə ediblər. Eyni zamanda, gəmiricilərin bədənində sirtuin-1 zülal səviyyəsi 30 qat artıb.

Tədqiqatçılar qarabaşaq yarmasını çox miqdarda istehlak etməyi tövsiyə edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.