İQTİSADİYYAT


Tələbələr energetika sahəsində görülmüş işlər barədə məlumatlandırılıb

Bakı, 23 fevral, AZƏRTAC

Energetika Nazirliyi, nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) və Bərpaolunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) nümayəndələri ilə Bakı Mühəndislik Universitetinin tələbə və müəllim heyəti arasında energetika sahəsində görülmüş işlər barədə tələbələrin məlumatlandırılması, onların müvafiq sahələr üzrə biliklərinin artırılması prosesinə dəstək verilməsi məqsədilə onlayn görüş keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tələbələrlə görüş zamanı ölkəmizdə energetika, o cümlədən bərpaolunan enerji mənbələrindən istifadənin inkişafı, hazırlanmış qanun layihəsi, günəş və külək enerjisi sahəsinə özəl investisiyaların cəlbi sahəsində görülmüş işlər, bu sahədə həyata keçirilən pilot layihələr və gələcək planlar haqqında geniş məlumat verilib. Mühəndislik fakültəsinin müəllim və tələbələri müvafiq sahədə elmi tədqiqat potensialının gücləndirilməsinə dair fikirlərini bölüşüb və təkliflərlə çıxış ediblər.

Görüşdə tələbələrə Energetika Nazirliyində vakant yerlərə işə qəbul prosesi, dövlət qulluğu, dövlət qulluğuna qəbul üzrə müsabiqə və müsahibə qaydaları barədə də ətraflı məlumat verilib. Eyni zamanda, tələbələr Energetika Nazirliyinin və AERA-nın rəsmi internet saytlarında enerji tənzimləmə və ümumilikdə energetika sahəsinin ayrı-ayrı bölmələri ilə tanış olublar, onlara bu qurumların mütəmadi yenilənən sosial media səhifələri barədə məlumat verilib. Sonda tələbə və müəllimləri maraqlandıran suallar qurum nümayəndələri tərəfindən cavablandırılıb.

Tədbirə Bakı Mühəndislik Universitetinin elektrik mühəndisliyi, elektronika mühəndisliyi və elektroenergetika ixtisasları üzrə təhsil alan tələbələr və müvafiq ixtisasları tədris edən müəllim heyətindən ibarət 60-dan çox iştirakçı qatılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.