Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Telman Əliyev: İslahatların nəticələri “Caspian Energy Forum Baku – 2017”nin əsas mövzusudur

Telman Əliyev: İslahatların nəticələri “Caspian Energy Forum Baku – 2017”nin əsas mövzusudur

Bakı, 14 noyabr, AZƏRTAC

“Caspian European Club”un (Caspian Business Club) sədrinin birinci müavini, baş icraçı direktoru Telman Əliyev klubun yarandığı dövrdən ötən müddətdəki fəaliyyəti, həmçinin gələn il martın 15-də keçiriləcək 4-cü Beynəlxalq “Caspian Energy Forum Baku - 2017”nin təşkili və görüləcək işlər barədə AZƏRTAC-ın suallarını cavablandırıb. AZƏRTAC həmin müsahibəni təqdim edir.

- Gələn il “Caspian European Club”un (Caspian Business Club) yaranmasının 15 ili tamam olacaq. Bu dövr ərzində qazanılmış hansı nailiyyətləri xüsusilə vurğulaya bilərsiniz?

- Ötən ilin payızından Azərbaycan və “Caspian European Club” olduqca əlamətdar tarixi dövr yaşayır. 2002-ci ildə klub yaradılarkən qarşıya qoyulmuş hədəf indi öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Azərbaycan Respublikasının Prezidenti, “Caspian European Club”un Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkədə ciddi iqtisadi islahatlar aparılır. Həmin islahatlar artıq müəyyən nəticələr verməkdədir. Biz bunu Azərbaycanda biznes qurmağa, cərəyan edən proseslərdə fəal iştirak etməyə, investisiya qoymağa, həmçinin burada yeni partnyorlar tapmağa can atan və öz nikbinliklərini ifadə edən dünyanın 50 ölkəsindən olan xarici partnyorlarımızın timsalında hiss edirik. Bundan əlavə, onlar Azərbaycan brendlərinin dünya bazarlarına çıxışı üzrə bizə öz xidmətlərini təklif edirlər.

İkinci məqam kimi Azərbaycan şirkətlərinin indi daha çox qətiyyətlilik, əminlik nümayiş etdirdiklərini vurğulamaq istərdim. Azərbaycan şirkətlərinin ötən illər ərzində üzləşdikləri təzyiqlər və mənfi məqamlar artıq ikinci plana keçib. Dövlət başçısı bütün bu prosesləri indi öz nəzarəti altına götürüb. Yubiley ərəfəsində bizdə belə bir fikir formalaşıb ki, fəaliyyətimizin və ümumiyyətlə, klubumuzun yaradılmasının təşəbbüskarı olan Klubun Sədri ilk gündən “Caspian European Club” qarşısına qoyulan missiyaya indi daha çox dəstək nümayiş etdirir.

Fəaliyyətimizə gəlincə deyə bilərəm ki, “Caspian European Club” 1991-ci ildən mövcud olan “Caspian Energy Marketing” şirkətlərinin iştirakı ilə ildə iki dəfə iri və orta şirkət rəhbərləri arasında qapalı sorğu keçirir. Məqsəd islahatların aparılmasını labüd edən mənfi məqamları üzə çıxarmaqdır. Sonda sorğunun nəticələri vahid nüsxədə bilavasitə dövlət başçısına təqdim edilir.

- Yola salmaq üzrə olduğumuz ilin nəticələri barədə nələri qeyd edə bilərsiniz?

- Bu il əldə etdiyimiz nəticələr ürəkaçandır. Şirkətlər nikbinliyə kökləniblər, onlar mühüm nəticələrin qazanıldığını nümayiş etdirirlər. Düzdür, həll olunmamış problemlər də var. Amma biz əminik ki, ötən ilin payızında başlanılmış islahatlar bu templə davam etsə, qısa müddət ərzində biznesi narahat edən problemlərin çoxu öz həllini tapacaq.

Həmçinin diqqətinizə çatdırmaq istəyirəm ki, 2002-ci, 2005-ci və ya 2010-cu illərdə həmin dövr üçün aktual olan problemlər müzakirə olunurdusa, bu gün onlar öz həllini tapmaqdadır. Bir sözlə, nə qədər ki, biz bu və ya digər biznes forumlar, “dəyirmi masa”lar və işçi qruplar çərçivəsində dövlət qurumları ilə birgə müəyyən problemləri həll etməyə səy göstəririksə, biznesin təkliflərini öyrəniriksə, əvvəllər biznesin diqqət yetirmədiyi bəzi problemlər ortaya çıxır. Qanunvericilik bazasında, xüsusilə də yeni islahatlar çərçivəsində vergi, gömrük, əmək və miqrasiya məcəllələrində bəzı dəyişikliklərə ehtiyac var.

- Vəziyyətdən hansı çıxış yollarını görürsünüz?

- Vəziyyətdən əsas çıxış yolu Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş və hazırda həyata keçirilən islahatlardır. Söhbət iqtisadiyyatın real özəl sektorunun dəstəklənməsindən və stimullaşdırılmasından, bazarın liberallaşdırılmasından, dövlət əmlakının özəlləşdirilməsindən, xarici kapitalın stimullaşdırılması və cəlb edilməsindən, kiçik və orta biznesin inkişafından gedir. Şirkətlərimizə sərbəst üzmə imkanı yaratmalıyıq. Hansı istiqamətə doğru irəliləməyə isə onlar özləri qərar verəcəklər. Azərbaycan əsrlər boyu dünya ticarət yollarının kəsişdiyi mərkəzdə yerləşib və sahibkarlıq xalqımızın qanındadır. Düzdür, onlardan bəziləri müflis olacaq və bazarın “qurbanı”na çevriləcəklər. Amma dövlət və özəl sektorun əksər şirkətlərinin aparıcı birjalardakı göstəriciləri üzrə dünyanın TOP-100-lüyünə daxil olan regional əhəmiyyətli şirkətlərə, hətta beynəlxalq korporasiyaya çevrilmək şansı var. Zənnimcə, bunun üçün investisiya, qanunvericilik və institusional bazada dəyişiklik etməyə (bu, artıq edilir), marketinq araşdırması həyata keçirməyə, bazarın perspektivli seqmentlərini seçməyə və bizə yaxşı bəlli olan təcrübədən yararlanmaqla investisiya fondları üçün nüfuzlu dünya fond bazarlarına çıxmaq imkanı yaratmağa ehtiyac var.

Bu sahədə Azərbaycan üçün yeni heç nə yoxdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə “Əsrin müqaviləsi” imzalandıqdan sonra neft-qaz sektorunun qüvvədə olan bütün layihələri öz səhmdarları vasitəsilə bu və ya digər şəkildə dünya fond bazarlarına çıxarıldı. Onların müvəffəqiyyətini bazar dəfələrlə nümayiş etdirib. Biz bir vaxtlar böyük olmayan bir qərb şirkətinin Bakıda müqavilə imzalamasının, bir müddət sonra isə aksiyalarının durmadan bahalaşdığının və onun milyoner sahiblərinin multimilyonerə çevrildiyinin şahidi olmuşuq. Qlobal xarakter daşıyan bu layihələr uğurludur və hələ bir neçə onillik ərzində dünya investorlarının marağını cəlb edəcək. Biz isə kollektiv olaraq 1994-cü ildən bəri dünya bazarı üçün əhəmiyyətli olan strateji layihələrin informasiya dəstəyi ilə məşğul olduğumuz üçün qürur duyuruq.

- Zəhmət olmazsa, bir qədər də klub tərəfindən təşkil olunan biznes forumlar barədə danışardınız...

- “Caspian European Club” dövlət qurumlarının rəhbərlərinin - nazirlərin, dövlət komitələrinin, dövlət agentliklərinin və ya dövlət xidmətlərinin başçılarının iştirakı ilə ayda ən azı iki dəfə biznes forum təşkil edir. Həmin biznes forumlar çərçivəsində KİV nümayəndələrinin də dəvət olunduğu rəsmi hissə keçirilir, həmin dövlət qurumlarının rəhbərləri çıxışlar edir, öz fəaliyyətləri barədə iştirakçılara məlumat verirlər. Rəsmi hissə başa çatdıqdan sonra kütləvi informasiya vasitələri zalı tərk edir və şirkətlərlə problem və təkliflərin müzakirəsinə başlanılır. Fəaliyyətimizin əsas diqqət yetirdiyimiz hissəsi də məhz budur.

Biz sahibkarları birləşdirən digər təşkilatlar kimi hökumət, parlament və Prezident Administrasiyası üçün çoxlu sayda hesabatlar hazırlamırıq. Bir qayda olaraq, real sektorla, real bizneslə ünsiyyət qurmağa, onların problemlərini öyrənməyə və bu çətinlikləri birbaşa həmin fəaliyyət sahəsinə nəzarət edən nazirliklərin rəhbərləri səviyyəsində həll etməyə çalışırıq.

Bildiyiniz kimi, “Caspian European Club” çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində lider hesab olunan şirkət rəhbərlərinin başçılıq etdiyi sahə klubları fəaliyyət göstərir. Həmin sahə klubları çərçivəsində sahibkarların problem və təkliflərini öyrənmək məqsədilə çoxlu tədbirlər təşkil olunur. Sonda bütün nəticələr cəmlənir, ekspertlər şurası tərəfindən tədqiq edilir və ildə iki dəfə vahid paket şəklində Azərbaycan Respublikasının Prezidenti, “Caspian European Club”un Sədri İlham Əliyevə təqdim olunur. Bu yaxınlarda İdarə Heyətinin yeni tərkibi seçilib, ümid edirik ki, klubun fəaliyyəti müddətində ən səmərəlisi olacaq.

- Keçirilmə vaxtı bu ilin dekabrından 2017-ci ilə dəyişdirilən 4-cü Beynəlxalq “Caspian Energy Forum Baku” Forumu zamanı toxunulacaq aktual mövzular barədə bir qədər məlumat verərdiniz. Tədbirə neçə nəfərin qatılması nəzərdə tutulub? Forumda hansı ölkələrin nümayəndələrinin iştirakı gözlənilir?

- 2017-ci il martın 15-də “Caspian European Club” və “Caspian Energy İnternational Media Group” tərəfindən 4-cü Beynəlxalq “Caspian Energy Forum Baku - 2017” təşkil olunacaq. Forum neft və qeyri-neft sektorunun şirkətləri üçün meydança rolunu oynayır. Bir çox şirkətlər üçün bu forum klubumuzun ən böyük tədbiridir. Bundan əlavə, CEİBC-nin üzv şirkətlərinin fəaliyyət göstərdikləri dünyanın 50 ölkəsindən olan 5 min şirkət öz nümayəndələrinin forumda iştirakını təmin edir. Biz iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 300-dən 500-dək iştirakçını qəbul etməyi nəzərdə tutmuşuq. Əsasən də top-menecerləri. Sözügedən forumun ideyasını dəstəklədiyi üçün ilk növbədə Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk. Bununla yanaşı, forumumuzun işində iştirak edəcək Azərbaycan hökumət üzvlərinə təşəkkür edirik. Sözügedən forum “Caspian European Club”un (Caspian Business Club) 15 illik yubileyinə və “Caspian Energy” jurnalının 100-cü yubiley nömrəsinin işıq üzü görəcəyi vaxta təsadüf etdiyindən bizim üçün simvolik xarakter daşıyır.

Ümumilikdə forum Azərbaycanda aparılan islahatların ilkin nəticələrinə həsr olunub. Şərti olaraq forumu iki hissəyə bölmüşük. Birinci hissə neft-qaz və enerji sektorunun layihələrinə, ikinci hissə isə qeyri-neft sektorunun fəal inkişafına həsr edilib. Forum çərçivəsində əksəriyyəti iqtisadiyyatın müxtəlif sahələrinə nəzarət edən dövlət qurumlarının nümayəndəsi olan spikerlərimizi dinləmək imkanı yaradılacaq. Şirkətlər həmçinin kofe-breyk və işgüzar nahar çərçivəsində bir-birləri ilə əlaqələr qurmaq fürsəti qazanacaqlar. Bundan əlavə, “Caspian European Club”un üzvü olan otel və turizm şirkətləri Azərbaycana gələn əcnəbi qonaqlara maksimal endirimlər təqdim edəcəklər. Onlar tərəfindən paytaxtımızın görməli tarixi məkanlarına səyahəti nəzərdə tutan maraqlı turizm proqramı işlənib hazırlanıb.

- “Caspian European Club” hansı media layihələrin həyata keçirilməsi ilə məşğuldur?

- Bildiyiniz kimi, “Caspian European Club”un dəstəyi ilə “Caspian Energy International Media Group” fəaliyyət göstərir. Media qrupla əməkdaşlığımız çərçivəsində çoxlu sayda müxtəlif layihələr gerçəkləşdirilir. Məsələn, bizim flaqmanımız hesab olunan və dünyanın 50-dən çox ölkəsində tanınan “Caspian Energy” jurnalımız nəşr olunur. Dünyada yeganə jurnaldır ki, hər nömrəsində müxtəlif dövlətlərin prezidentləri və baş nazirləri ilə müsahibələr dərc edilir. Dünya ekspertləri, müxtəlif dövlət qurumlarının rəhbərləri böyük məmnuniyyətlə öz müsahibələrini burada çap etdirir, nəhəng beynəlxalq şirkətlərin başçıları “Caspian Energy” jurnalında öz fikirlərini oxucularla bölüşürlər. Böyük zövqlə həyata keçirdiyimiz daha bir yeni layihəmiz var. Söhbət “Caspian Energy News” elektron qəzetindən gedir. Siz qəzetin elektron versiyasının yerləşdirildiyi www.caspianenergy.net səhifəsinə daxil ola, Azərbaycanda və Xəzər-Qara dəniz regionunun digər ölkələrində həyata keçirilən islahatlar barədə öz fikirlərini bölüşən ekspertlərin müsahibələri ilə tanış ola bilərsiniz. İş adamları üçün zəruri alət hesab edilən xeyli layihələr var. Bu siyahıya keçirilən bütün tədbirlərin fotomateriallarını əldə etmək imkanı yaradan www.caspianenergy.photo, və təşkil etdiyimiz bütün tədbirlərimizin ətraflı videohesabatlarının yer aldığı www.caspianenergy.tv daxildir. 

- Yeni kadrların hazırlanmasına klub nə dərəcədə diqqət yetirir?

- “Caspian European Club”un dəstəyi ilə “Caspian Energy İnternational Media Group” rektorlar səviyyəsində memorandumlar imzaladığımız ali təhsil müəssisələrinin tələbələri üçün ödənişsiz treninqlərin təşkili üzrə yeni proqram tətbiq edir. Treninqlər “Caspian Energy İnternational Media Group”un redaksiyasında və müxtəlif departamentlərdə bir neçə istiqamət - praktiki treninqlər, nəzəri ideyalar üzrə keçirilir, tələbələr praktika zamanı jurnalın növbəti nömrəsinin hazırlanmasında, hansısa tədbirin təşkilində, bu və ya digər internet layihəsinin həyata keçirilməsində və sair proseslərdə iştirak edirlər. Bir sözlə, əmək fəaliyyətinə yenicə başlayanlar bu və ya digər layihənin həyata keçirilməsində öz məsuliyyətlərini hiss edə bilərlər ki, bu da onların gələcək fəaliyyətləri üçün çox önəmlidir.

Treninqlərin yekun nəticələri əsasında fərqlənən tələbələrə sertifikatlar təqdim olunur. Həmin sertifikat “Caspian European Club”un üzv şirkətlərinə işə düzəlməkdə onlara yardımçı olur.

Bundan əlavə, Azərbaycan, Qazaxıstan və Gürcüstanın idman federasiyaları ilə razılaşma əsasında psixoloqlar qrupu ilə birgə beynəlxalq yarışlarda əldə edilən nəticələri yüksəltmək məqsədilə idmançılar arasında psixoloji treninqlər keçiririk.

Treninqlərimiz bununla bitmir. Biz həm də hər rüb “Marketinq, brend-menecment və PR psixologiyası” mövzusu üzrə CEİBC-nin üzv şirkətlərinin top-menecerləri üçün treninqlər təşkil edirik. Bu treninqlər xüsusi populyarlıq qazanıb. Çünki onun səmərəsi artıq praktikada hiss olunmaqdadır.

- Mümkündürsə, biznes nümayəndələrinə təqdim etdiyiniz mükafatlar barədə ətraflı danışardınız...

- “Caspian European Club” üç mükafatın (“Caspian CEO Award”, “Caspian Brand Award” və “Caspian Media Award”) təqdimetmə mərasimlərinin təşkilatçısıdır. Həmin tədbirlər bir neçə ay davam edən internet səsverməsinin nəticələrinə əsasən keçirilir. Mükafat uğrunda mübarizəyə qatılmaq üçün “Caspian CEO Award” (www.award.ceo) saytında şirkətlərin top-menecerlərinin fotoları, ad və vəzifələri, “Caspian Brand Award” (www.brandaward.org) saytında korporativ brendlər, məhsul və xidmət brendləri, “Caspian Media Award” (www.award.az) saytında isə dövlət qurumlarının və diplomatik nümayəndələrin mətbuat xidmətlərinin rəhbərlərinin, özəl şirkətlərin marketinq və PR menecerlərinin, eləcə də KİV rəhbərlərinin fotoları yerləşdirilir. Səsvermədə yalnız “Caspian European Club”un dünyanın 50 ölkəsindən olan üzvləri iştirak edə bilərlər. Qeydiyyatdan və səsvermədə iştirakdan tutmuş mükafatın alınmasınadək bütün mərhələlər ödənişsizdir. Mükafatı əldə etməkdən ötrü 5 min səs toplanılmalıdır. Eyni nominasiya üzrə bir neçə iştirakçı 5 min səs topladığı halda qalib ən çox səs yığmış iştirakçı seçilir. Səs vermək hüququ əldə etmək üçün saytda qeydiyyatdan keçmək tələb olunur. Bir İP ünvanından gün ərzində bir dəfə səs vermək olar. Mükafatın təqdimetmə mərasimi ildə iki dəfə - mart və sentyabr aylarında keçirilir.

- Siz Caspian European Club-un (Caspian Business Club) Azərbaycanda biznes-hökumət dialoqunun inkişafına yardım etməsi barədə danışdınız. Maraqlıdır, klub ölkə hüdudlarından kənarda hansı xidmətləri göstərir?

- “Caspian European Club”un üzv şirkətlərinin 80 faizindən çoxu Azərbaycanın hüdudlarından kənarda fəaliyyət göstərir. Onların nə Azərbaycan, nə Qazaxıstan, nə də başqa bir Xəzəryanı ölkədə ofisləri yoxdur. Buna baxmayaraq, həmin şirkətlər gələcəkdə Xəzər regionu ölkələrində işləmək niyyətindədirlər. Bununla əlaqədar olaraq, biz Gürcüstan, Qazaxıstan, Latviya, Rusiya, Türkiyə, Ukrayna, Çexiya və digər ölkələrdə işi bərpa etməyi və ofislərimizin fəaliyyətini yeniləməyi planlaşdırırıq. Biz bu ölkələrdən hər hansı birində biznes marağı olan şirkətlərə müraciət etdik və həmin ofisin idarəsində onlarla əməkdaşlığı müzakirə etməyə hazır olduğumuzu bildirdik. Hər bir ölkədə 1-dən 4-dək partnyor ola bilər. Hər üç aydan bir bu tərəfdaşlardan biri rotasiya sistemi üzrə “Caspian European Club”un həmin ölkədəki fəaliyyətini idarə edəcək. Tərəfdaşlıq şirkətlərin biznesinin müxtəlif səviyyələrdə tanınmasına və irəliləməsinə yardımçı olacaq, həmçinin müştəri bazasını ciddi şəkildə genişləndirməyə və artırmağa imkan verəcək. Əcnəbi ofislərin fəaliyyət istiqamətlərindən biri Azərbaycan brendlərini həmin ölkələrdə inkişaf etdirmək və populyarlaşdırmaqdan ibarət olacaq. Avropa və Amerika şirkətləri bu gün bizimlə əməkdaşlıq etməkdə böyük maraq göstərirlər.

- Klub biznesin xaricdə informasiya səviyyəsində irəliləyişinə necə yardımçı ola bilər?

- Təbii ki, şirkətlər öz mövqelərini nümayiş etdirmək istəyirlər. Klubun bütün üzv şirkətləri “Caspian Energy” jurnalının hər buraxılışında xüsusi sorğu kataloqunda çap olunur. Bundan əlavə, şirkət barədə geniş məlumatın, loqotipin və rəhbərin fotosunun, həmçinin təqdim edilən xidmət və məhsullar haqqında məlumatın dərc olunduğu “Caspian Energy INFO” informasiya portalımız fəaliyyət göstərir. Beləcə, biz virtual əməkdaşlıq çərçivəsində münasibətləri tənzimləməkdə şirkətlər üçün əlverişli şərait yaradırıq.

Fürsətdən istifadə edərək, bizimlə sıx əməkdaşlıq edən və fəaliyyətimizə diqqətlə yanaşan dövlət qurumlarının nümayəndələrinə minnətdarlığımızı bildirmək istərdik. Ümid edirik ki, müvafiq əməkdaşlıq sistemini və biznes-hökumət dialoqunu ən yüksək səviyyədə qurmaq məqsədilə gələcəkdə bu təcrübəni klubun fəaliyyət göstərdiyi digər ölkələrdə də tətbiq edə biləcəyik.

- Maraqlı müsahibəyə görə təşəkkür edirik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Rabat Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir

Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Livanda qeyd edilib

Vaşinqtonda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Ulu Öndər Heydər Əliyevin andan olmasının 101-ci ildönümü Parisdə qeyd edilib

CAR-da binanın çökməsi nəticəsində ölənlərin sayı 14-ə çatıb

Lorin Malmödə müvəqqəti butik açır

Latın Amerikası rekord temperatur və təbii fəlakətlərdən əziyyət çəkir

Qız voleybolçuların muxtar respublika birinciliyində qalib bəlli olub

İmtahanda ən yüksək nəticəni Laçın rayonundan olan şagird göstərib

Rumıniyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Qahirə Hüseynova: insanlarda Ulu Öndərin onları çətinliklərdən xilas edəcəyinə inam vardı

Latviyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə dəyirmi masa keçirilib

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “FEST101” festivalı keçirilib

Prezident İlham Əliyev Laçında kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib YENİLƏNİB

Rustavidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb YENİLƏNİB

Azərbaycan Basketbol Liqası: "Sabah" "Xırdalan"a qalib gələrək finala yüksəlib

Xətai rayonunda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konsert keçirilib

İraqda Ulu Öndərin xatirəsi anılıb

Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş  YENİLƏNİB-2 VİDEO

Gürcüstanın azərbaycandilli məktəblərində “Ulu Öndərin Ömür Yolu” adlı inşa müsabiqəsi keçirilib

YAP-ın təşkilatçılığı ilə “Heydər Əliyev irsi: milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” mövzusunda tədbir keçirilib

Ümummilli Liderin anadan olmasının ildönümü ilə əlaqədar Serbiyada tədbir təşkil edilib

Londonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

COP29-un prezidenti Pakistanda COMSATS-in baş qərargahında olub

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlim keçiriləcək

Pakistanın Baş naziri COP29-a dəvət olunub VİDEO

Premyer Liqa: "Neftçi" doğma meydanda "Kəpəz"i darmadağın edib

Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub YENİLƏNİB

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə SOCAR-da tədbir keçirilib

Prezident İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNİB

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq  YENİLƏNİB

UNESCO-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib VİDEO

Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB

Ordu quruculuğu sahəsində Ulu Öndərin siyasi xəttini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir

Azərbaycanda “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyasına start verilib

Naxçıvanda əlilliyi müəyyən olunmuş 12 şəxsə avtomobil təqdim edilib

Gənc prokurorluq əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib

AZƏRTAC-ın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb VİDEO

Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Nyu-Yorkda şahmat turniri keçirilib

Din xadimləri Ulu Öndərin xatirəsini yad ediblər

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın işıqlı sabahının təməlini qoyub

Türk Dövlətləri Təşkilatında təcrübə proqramı həyata keçirilir

DTX-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Ulu Öndər Heydər Əliyevin arzuladığı ucalığa yüksəlib

Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 128 min şəxsə 344 min xidmət göstərilib

MEK-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilən dəyirmi masa

Vitali Jakot: Heydər Əliyev Azərbaycan-Moldova münasibətlərinin banisi və memarıdır

Minskdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uruqvay mətbuatı Azərbaycan xalqının Ümummilli Liderindən yazıb

ADU-da “Azərbaycan-Çin” kitabı təqdim edilib

Respublika Elmi-Texniki Kitabxanasında Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbir keçirilib

MBBİ-nin magistraturasının məzunu Oksford Universitetində dissertasiya müdafiə edib

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin qalib layihələrinin müəllifləri ilə görüş olub

AQTA rəhbərliyi Ulu Öndərin xatirəsini anıb

Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Batumidə də qeyd edilib

Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq

Sosial-İqtisadi Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Ümummilli Liderin doğum günündə Naxçıvanda aztəminatlı ailələrə sovqatlar təqdim olunub

Naxçıvanda istehlakçılara 1,3 milyon manat ƏDV geri qaytarılıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNİB

Bıçaqla xəsarət yetirilən Bərdə sakininin vəziyyəti ağır-stabildir

Kür çayının daşması Qazaxda bir sıra fəsadlar yaradıb

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Tərtərlilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Şamaxıda da qeyd edilib

Rusiya Dövlət Duması hökumət sədri postuna Mixail Mişustinin namizədliyini təsdiqləyib

Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü ilə bağlı “Sehrli Ordubad” fotosərgisi açılıb

NAYORA Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNİB

ASAN könüllüləri Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar

“AzerGold” və törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Astarada yeni inşa olunan körpü istifadəyə verilib VİDEO

Medianın İnkişafı Agentliyində Ulu Öndərin anadan olmasının 101 illiyi ilə əlaqədar tədbir keçirilib, Ümummilli Liderin məzarı ziyarət edilib

Naxçıvanda “Heydər Əliyev və Naxçıvan” mövzusunda konfrans keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

İqtisadiyyat Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

ADY rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

® “PAŞA Holding”in törəmə şirkətlərindən olan “Agro Dairy”nin növbəti kənd təsərrüfatı təlimləri keçirilib

Qırğızıstanda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir təşkil edilib

Budapeştdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb VİDEO

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində ölənlərin sayı 3-ə çatıb

Daşkənddə Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib VİDEO

BŞTİ-nin sektor müdiri: Müsahibədə uğur qazana bilməyən şəxs apellyasiyaya müraciət edə bilər

Kubalı deputat: Kuba-Azərbaycan əlaqələrinin təməli Heydər Əliyev tərəfindən qoyulub

İmişli sakinləri Ümummilli Liderin xatirəsini ehtiramla anıblar

Yekaterinburqda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir

BDU boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir

Pan-Afrika İqlim Ədaləti Alyansı Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyini yüksək qiymətləndirib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşəcək

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Polşada qeyd edilib

® “AccessBank” Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib

Birinci sinfə qəbulda tədrisi digər dillərdə aparılan bölmələr üzrə təkrar müsahibədə kimlər iştirak edə bilər?