İDMAN
“Turan Tovuz” yoxlama oyununda “Dinamo”ya (Tbilisi) məğlub olub
Bakı, 28 iyul, AZƏRTAC
“Turan Tovuz” Gürcüstandakı təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, 2022/2023-cü il mövsümü üçün hazırlığını Tbilisidə davam etdirən komanda ikinci yoxlama oyununda yerli “Dinamo” ilə qarşılaşıb.
Baş məşqçi Ayxan Abbasovun yetirmələri sonuncu mövsümdə Gürcüstan Yüksək Liqasının gümüş medalçısı olmuş Tbilisi təmsilçisinə uduzub. Oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
“Turan Tovuz” ilk yoxlama oyununda Tbilisinin digər təmsilçisi “Merani”yə 3:1 hesabı ilə qalib gəlmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [16:25]
Teymur Rəcəbov beynəlxalq turnirə qatılacaq
- 10.05.2024 [14:43]
“Böyük Dəbilqə”: Azərbaycanın 4 cüdoçusu medal görüşünə çıxacaq
- 10.05.2024 [13:13]
Bakıda qızıl medal qazanan koreyalı atıcı yeni dünya rekorduna imza atıb
- 10.05.2024 [12:54]
Arif Əsədov: “Şamaxı”nın Premyer Liqaya vəsiqə qazanmaması uğursuzluq olar
- 10.05.2024 [11:45]