REGİONLAR
UCARDA TAXIL BİÇİNİ KAMPANİYASI MÜTƏŞƏKKİL KEÇİR
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramından irəli gələn vəzifələrin uğurla həyata keçirildiyi Ucar rayonunda təsərrüfatın əsas sahələrindən olan taxılçılığın inkişafı ilə əlaqədar məqsədyönlü tədbirlər görülür. Ötən payızda səpin aparılmış 10 min 250 hektar əkin sahəsindən bol məhsul gözlənilir.
Bir neçə gündür ki, rayonda taxıl biçini kampaniyası başlanmışdır. Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, biçin kampaniyasını müvəffəqiyyətlə başa çatdırmaq, meydana çıxan çətinlikləri operativ surətdə aradan qaldırmaq məqsədi ilə qərargah yaradılmışdır.
Hər gün zəmilərə orta hesabla 43 kombayn, 80-ə yaxın yedəkli traktor və yük avtomaşını çıxarılır. Gündə 300 hektardan artıq sahənin taxılı biçilir.
Biçin kampaniyasının optimal müddətdə başa çatdırılması üçün bütün zəruri tədbirlər görülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]